Icma.az
close
up
RU
Afrika xalqlarının nağılları

Afrika xalqlarının nağılları

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Böyük yolun uğurlu başlanğıcı

REDAKSİYADAN:

İlayda Abusətdar müasir Azərbaycan gəncliyinin istedadlı, fəal, yaşına görə kifayət qədər geniş dünyagörüşə malik, həm də nikbinliyi və ünsiyyətcilliyi ilə seçilən nümayəndəsidir. 2007-ci ildə Bakıda doğulmuş İlayda, Bakı Dövlət Universitetinin Xüsusi Pedaqogika ixtisası üzrə ikinci kurs tələbəsidir. Gələcəkdə peşəkar bir dil terapisti olmaq üçün əzmlə oxuyur və çalışır, vaxtaşırı müxtəlif yerli və xarici kurslara, təlim proqramlarına qoşulur. Bu sırada Amerikanın məşhur Yel Universitetinin (Yale University) də kursu var. Kliniki psixologiyaya xüsusi marağı olduğu üçün gələcəkdə magistr təhsilini bu istiqamətdə almaq fikrindədir.

İlaydanın dil öyrənməyə sonsuz marağı, həvəsi və yüksək qabiliyyəti var. Özü bu barədə deyir: "Dil öyrənmək, onları tətbiq etmək mənə xüsusi zövq verir. İngilis və türk dillərini səlis bilirəm, hazırda rus dili səviyyəmi artırmaqla məşğulam. Təhsil aldığım universitetin Dil Klubunda ingilis dili təlimçisiyəm, həm də bu dil üzrə repetitor kimi fəaliyyət göstərirəm. İngiliscəni bu səviyyədə bilməyim sayəsində bir çox yarışmalarda qalib olmuşam".

 İlayda hobbi kimi rəsmlə, keramika ilə yaxından maraqlanır, incəsənəti, xüsusən rəqs sənətini ruhuna çox doğma bilir. Artıq dördüncü ildir ki, Hindistanın Jodhpur şəhərindəki Ritm-Rəqs İnstitutuyla (Rhythm Dance İnstitute) sıx əlaqəli şəkildə Kathak klassik rəqs növü ilə məşğuldur. O, 2023-cü ildə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş I Uşaq İncəsənət Festivalında həvəskar rəqqas kimi birinci yeri tutub. Dəfələrlə Hindistanın Azərbaycandakı səfirliyinin dəvəti əsasında tədbirlərdə rəqs nömrələri ilə çıxış edərək alqışlar qazanıb.

Yüksək nitq mədəniyyətinə, düzgün və təsirli qiraət tərzinə yiyələnmək üçün inadla çalışan İlaydanın müxtəlif şeir qiraəti müsabiqələrində çıxışları da hər zaman uğurlu, yaddaqalan olub. Nitqinin daha da inkişafı üçün bir sıra təlimlərdə iştirak edib, tanınmış teleaparıcı Sevda Ağazadədən məxsusi nitq dərsləri alıb.

Səyahəti çox sevir, vaxtaşırı həm Azərbaycanın bölgələrinə, həm də xarici ölkələrə səfər edir, maraqlı, görməli yerlərlə əyani tanış olur. "Asiya ölkələrinin heyranıyam - deyir İlayda. - Oralardakı fərqliliklər mənə böyük zövq verir, yaxşı mənada yüksək həyəcan yaşadır".

O, ədəbiyyatı, mütaliəni ruhunun daimi ehtiyacı, gündəlik həyatının ayrılmaz parçası sayır. Deyir ki, xaricə səfərlərim zamanı hər fürsətdə kitab mağazalarını, kitabxanaları zövqlə, yorulmadan gəzib-dolaşıram, səyahətlərdən çoxlu yeni kitablarla qayıdıram.

Söz sənətinə, ədəbiyyata, xarici dillərə məhəbbəti İlaydanı bədii tərcüməyə də meyilləndirib, onu dünya xalqlarının yazılı və şifahi ədəbiyyatından nümunələri dilimizə çevirməyə həvəsləndirib.

İstedadla, qabiliyyətlə çıxdığı, inamla, əzmlə irəlilədiyi bu işıqlı yolda İlayda Abusətdara yeni uğurlar diləyir, bədii tərcümələrindən bir neçəsini dərc edirik.

Tərcümə edən: İlayda Abusətdar

Bala siçanla bala ilanın nağılı

Qədim zamanlarda çay kənarındakı düzənlikdə bir siçanla bir ilan balalamışdı. Ana siçan balasına evin yaxınlığındakı çaya yaxınlaşmağa icazə vermirdi. Qorxurdu ki, körpəsi suya düşər, boğular.

Günlərin birində düzənlikdə oynayan bala siçanla bala ilan rastlaşdılar. Dostlaşan balalar bir yerdə oynamağa başladılar. Axşam düşəndə isə hərə öz evinə qayıtdı.

Siçan balası evə çatanda anası onun islanmış tüklərini görüb narahatlıqla soruşdu:

- Sən çaya getmişdin? Axı mən sənə ora getməyi qadağan etmişdim!

- Yox, ana, çaya getməmişdim, - bala siçan cavab verdi.

- Bəs niyə belə islanmısan?

- Dostum ilan məni tüpürcəyi ilə islatdı.

Bunu eşidən ana siçan həyəcanla dedi:

- Mənə diqqətlə qulaq as! Ta əcdadlarımızın vaxtından bəri ilanlar bizim dostumuz olmayıb. Onlar bizə ləzzətli yemək kimi baxırlar. Bu gündən ilanla dostluğunu unut! O, dost yox, düşməndir. Əgər bir də onunla oynasan, səni öldürüb yeyə bilər. Ondan uzaq dur!

O biri tərəfdə isə ilan balası evə dönəndə anası onun balaca ağzında ilişib qalan tükləri görüb:

- Nə vaxtdan bəri mənsiz yemək yeyirsən? - deyə soruşdu.

- Yox, mən heç nə yeməmişəm, - bala ilan cavab verdi.

- Bəs ağzındakı bu tüklər haradandır?

- Mən dostum siçan balası ilə oynayırdım...

Ana ilan hirsləndi:

- Vay, səfeh! Siçan bizim sevimli yeməyimizdir, dostumuz yox! Sabah yenə onunla oynamağa gedəndə belə et: o, sənə yaxınlaşanda dərhal sanc və evə gətir.

- Baş üstə, ana. Dediklərini başa düşdüm. Sabah onu sənə gətirəcəm.

Ertəsi gün ilan balası dostu ilə görüşdükləri yerə daha tez çatdı. Gülümsəyərək siçan balasını səslədi:

- Dostum, harada qaldın, gəl oynayaq!

Ancaq ağıllı bala siçan bu dəfə ilan balasının davranışında qəribəlik hiss etdi. O, anasının sözlərini yada salıb dedi:

- Yox, artıq səninlə oynaya bilmərəm. Biz analarımızın nəsihətinə qulaq asmalıyıq. Sən indi mənim dostum yox, düşmənimsən. Bilirəm ki, məqsədin məni öldürüb evinizə aparmaqdır.

Çox məyus olan ilan balası evə qayıdıb anasına dedi:

- Ana, siçanın anası onu hər şeydən xəbərdar edib. O, heç mənə yaxın da gəlmədi...

Siçanla ilanın əcdadlarından gələn bu nifrət heç vaxt unudulmadı, düşmənçilik nəsildən-nəsilə keçdi.

Kişi olmaq istəyən oğlan

Bir zamanlar böyüyüb kişi olmağı səbirsizliklə gözləyən bir oğlan vardı. O, hər gün anasından soruşardı:

- Ana, mən nə vaxt böyüyüb kişi olacam?

- Öz ailəni doyura biləndə.

Oğlan başını yelləyib oynamağa gedərdi. Gecə düşəndə isə atasından soruşardı:

- Ata, mən nə vaxt kişi olacam?

Atası dərin nəfəs alıb deyərdi:

- Gündüz işləyib axşam dincəlməyə öz evin olanda, oğlum.

Oğlan gözlərini yumub yuxuya dalardı.

O, ata-anasına hər dəfə eyni sualları verib eyni cavabları eşitməyə vərdiş etmişdi. Bir gün isə anası fərqli cavab verdi:

- Sən artıq böyüyüb kişi olacaq yaşa çatmısan. İndi get, gör arzuladığın insan ola bilirsənmi?

Oğlan nə edəcəyini bilmirdi. O, ailə başçısı olmaqdan, ailə dolandırmaqdan xəbərsiz idi.

Bunu heç kəsə bildirməmək üçün özünə ailə tapıb onu doyuracaq yolları axtarmağa başladı.

Oğlan meşənin içərisiylə irəliləyəndə qarşısına qırmızı və bənövşəyi giləmeyvələrlə dolu bir kol çıxdı. "Bunlar yeməli görünürlər! Ailəm olanda onları bu giləmeyvələrlə doyuraram".

Oğlan giləmeyvələri torbasına yığıb yoluna davam etdi. O, evə dönərkən ağacdan sıyrılıb düşən bir ilan görəndə düşündü: "Bax, bu, mənim ailəm ola bilər, özü gəlib qabağıma çıxdı". İlanı götürüb torbasına qoydu.

Evə çataçatda ağacların arasında dolaşan vəhşi donuzla rastlaşdı. Ailəsinin yeni üzvünü evlərinin yanındakı ağaca bağlayıb yatmağa getdi.

Axşam yatmazdan əvvəl atasına eyni sualı verəndə onun da cavabı fərqli oldu: "Böyüyüb kişi olduğunu göstərməyin, öz evini tikməyin vaxtıdır. Sabah bunu təsdiqləmək üçün yola çıx".

Oğlan həmin gecə səhərədək gözlərini yummadı, evi necə tikəcəyini bilmirdi. Həm də istəmirdi ki, kimsə onun bu işlərdən baş çıxarmadığını bilsin.

Səhəri gün ilanı, giləmeyvələri götürüb, donuzla birgə evi tərk etdi. Bir az getmişdi ki, qarşısına düzəngah çıxdı. Ürəklə: "Evim burada olacaq", - dedi.

O, ailəsini orada qoyub ev tikmək üçün lazım olan şeyləri axtarmağa getdi. Gün batmamış tapdığı kiçik taxta parçaları, saman, yarpaqlar və kəndirlə balaca daxmasını tikib qurtardı.

"Atam haqlı imiş, - düşündü oğlan, - ağır işdən sonra ən böyük xoşbəxtlik öz evində dincəlməkdir".

Ailəsini yanına alıb daxmaya girdi, ürəyi yerinə gəlmişdi.

Düşündü ki, indi ailəni yedirtmək vaxtıdır. Giləmeyvələri və ilanı torbadan çıxartdı, donuzun ipini açdı.

"Mən artıq kişiyəm, ailəmi tapmışam, onları yedirdirəm, öz evimi də tikmişəm. Bax, donuzum giləmeyvələri necə yeyir!"

Elə bunu demişdi ki, qəfildən donuzun rəngi dəyişməyə başladı, heyvan nazik səslə çığırırdı.

"Yox! - oğlan qışqırdı. - Giləmeyvələr zəhərliymiş!"

Donuz bərkdən səslənib ayaqlarını yerə çırpır, aləmi bir-birinə qatırdı. Birdən necə oldusa, ilanı tapdaladı. Əzilən ilan son nəfəsində donuzu sancdı. Donuz daha da pis çığıranda oğlan qorxudan yerindən sıçradı. Onun sıçraması ilə samandan qurduğu daxmanın uçması bir oldu.

Səpələnən samanlar arasında oğlanın gördüyü bircə əzilmiş giləmeyvələr, rəngi dəyişmiş donuz və tapdanmış ilan oldu.

O, qanıqara halda evə qayıdıb başına gələnləri ailəsinə danışdı. Valideynləri onu qucaqlayıb təskinlik verdilər: "Bilirdik ki, sənə çətin olacaq, oğul. Lakin sən böyüməyi çox istəyirdin. Unutma ki, kişi olmağı öyrənməyə uzun vaxt lazımdır. Hələlik balaca olmağın sevincini yaşa, hər günündən zövq al. İstəsən də, istəməsən də, gözlədiyin gün mütləq gələcək".

Oğlan o gecə heç bir sual vermədi, kişi olana qədər yaşayacağı sevincli anları düşünərək üzündə xoşbəxt bir təbəssümlə yuxuya getdi.

İt və tamahkar tısbağa

Bir vaxtlar Heyvanlar Krallığına aclıq üz vermişdi. Çox uzun sürən qıtlıq nəticəsində krallıqda dişə dəyəcək heç nə tapılmırdı. Heyvanlar anlayırdılar ki, təcili tədbir görməsələr, hamısı bir-bir məhv olacaq. Bütün heyvanların iştirakı ilə yığıncaq təyin olundu. Onlar qərara gəldilər ki, nəsilləri kəsilməsin deyə analar qurban verilsin. Aclıqla sınağa çəkilən heyvanlar öz analarını yeyəcəkdilər.

Bu qərar iti çox məyus etmişdi. Axı o, anasını çox sevirdi. Verilmiş hökm haqqında uzun-uzadı düşünəndən sonra bu qərara gəldi ki, anasını yeməyəcək. Ağıllı it anasını krallığın ac heyvanlarından qorumaq üçün onu göy üzündə gizlətdi. O, hər gün anası ilə sözləşdikləri yerə gedər, anasının kəndiri sallaması üçün nəğmə oxuyardı. Bala it kəndirlə göy üzünə dırmananda görürdü ki, anası süfrə açıb onu gözləyir. Bir gün it anasının kəndiri sallaması üçün mahnı oxuyarkən oradan keçən tısbağa bundan duyuq düşdü. O, gizlənərək nə baş verdiyini öyrənmək istədi. Tısbağa itin mahnı oxuduğunu, səmadan aşağıya ip atıldığını, sonra itin yuxarıya dırmandığını gördü.

Ertəsi gün tısbağa həmin yerə gedib itdən eşitdiyi mahnını yamsılamağa başladı. Əvvəlki gün olduğu kimi, bu dəfə də səmadan kəndir atıldı. Tısbağa kəndirdən tutub göyə dırmanmağa başladı. Elə bu vaxt həmin yerə yaxınlaşan it tısbağanın kəndirlə göy üzünə dırmandığını gördü. O, tez-tələsik anası üçün mahnı oxumağa başladı. İtin mahnısında deyilirdi ki, kəndirlə dırmanan o deyil, anası ipi kəsməlidir. Ana tez qayçını götürüb ipi kəsdi. Zərblə yerə çırpılan tısbağanın çanağı bir neçə yerə parçalandı. Tısbağa bu parçaları bir-birinə yapışdırsa da, çanağı əvvəlki kimi səliqəli və hamar olmadı. O gündən bəri tısbağaların çanağı çat-çatdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Sentyabr 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert “90 illik irs”

24 May 2026 01:53see360

ABŞ Ermənistanı Rusiyanın siyasi orbitindən tamamilə çıxarmağa çalışır

25 May 2026 17:14see276

Piri mürşüdün ölümündən öncəki son sözləri

23 May 2026 23:07see225

Azərbaycanlı diplomat İranda həlak oldu

23 May 2026 22:46see212

F1 komandaları 2027 mövsümündə bəzi yarışların qısaldılmasını dəstəkləyiblər

24 May 2026 03:20see201

Atmosferin yuxarı hissəsi niyə daim soyuq olur? Sirr açıldı

24 May 2026 06:52see199

“YouTube Shorts”da süni intellektlə video redaktəsi dövrü başlayır

24 May 2026 05:58see194

8 saatdan çox yatanlar vaxtından tez qocalır Alimlər təsdiqlədi

24 May 2026 07:00see186

Milyon avroluq avtomobilləri oğurladılar

25 May 2026 01:58see180

Tramp Si Cinpinlə görüşündə Yaponiyanın Baş nazirini müdafiə edib

24 May 2026 10:40see171

May ayının sonuna qədər sərvət qazanacaq BÜRCLƏR

25 May 2026 00:04see170

KİV: ABŞ İran sazişinin layihəsi zənginləşdirilmiş uran məsələsini həll edə bilmir

24 May 2026 07:58see163

Qaş aldırmaq hansı hallarda günah sayılır?

24 May 2026 07:20see163

Bu ölkə ordusunu “Azərbaycan modeli” əsasında QURUR

24 May 2026 16:50see160

Universitetin elmi fəaliyyətinin inkişafına xidmət edən ömür... ​Professor Kərim Həsənov

24 May 2026 09:51see158

Dəmir Yolları əhaliyə xidmət göstərir, ya imtiyazdan istifadə edir? KONKRET

25 May 2026 13:29see154

Millinin sabiq futbolçusu narkotik alverinə görə həbs olundu

25 May 2026 02:08see151

1946 cı ildən sonra doğulanlar daha çox XƏSTƏLƏNİR

24 May 2026 11:01see149

Mourinyo Real da ildə 6 milyon avro qazanacaq İDDİA

25 May 2026 04:06see145

Barselona onun üçün 60 milyon avro ödəyəcək?

25 May 2026 00:28see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri