Yol kənarında saxladığı maşın işə düşdü: bacısı öldü
GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Lerik rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.
Globalinfo.az bildirir ki, “Report”un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Tikaband kəndində qeydə alınıb.
Kənd sakini Akif Ağacanov idarə etdiyi “Niva” markalı avtomobili Dico kəndində yol kənarında saxlayaraq maşından düşüb. Lakin bir qədər sonra maşın qəfildən hərəkət edərək dərəyə aşıb.
Qəza nəticəsində maşında olan sürücünün bacısı, 1973-cü il təvəllüdlü Yeganə Ağacanova hadisə yerində ölüb.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:Lerikdə yol kənarında dayanan maşın dərəyə aşdı Sürücü öldü
10 Dekabr 2025 09:59
Lerikdə ağır QƏZA: Yol kənarında saxladığı “Niva” dərəyə aşdı Bacısı həyatını itirdi
10 Dekabr 2025 14:09
Bərdədə yol kənarında park edilmiş maşın kanala düşdü VİDEO
02 Dekabr 2024 18:02
Yol kənarında dayanan oğlanı maşın vurub öldürdü Video
23 Dekabr 2024 11:40
Maşın çökəkliyə düşdü Sürücü öldü
05 İyul 2025 00:35
Baxış sayı:98
Bu xəbər 10 Dekabr 2025 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















