Icma.az
close
up
RU
Yol kənarlarında qatıq, süd satanlar cərimələnə bilər XƏBƏRDARLIQ

Yol kənarlarında qatıq, süd satanlar cərimələnə bilər XƏBƏRDARLIQ

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Biləsuvar-Salyan yolunda yol kənarında "hinduşka" və "qaz" adı ilə şişirdilmiş toyuqların satılması faktı ortaya çıxıb. Tanınmış naşir Şahbaz Xuduoğlu məhsulu aldıqdan sonra evdə onun sadəcə toyuq olduğunu görüb və bu barədə məlumat paylaşıb. Hadisə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən yoxlanılıb və fakt təsdiqlənib.
Şahbaz Xuduoğlu vətəndaşlara, xüsusilə sürücülərə, yol kənarında satılan qidalara qarşı diqqətli olmağı tövsiyə edib.
Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova mövzu barədə Demokrat.az-a açıqlamasında deyib ki, yol kənarında və dövlət nəzarətindən keçməyən yerlərdə ət və ət məhsullarının, süd məhsullarının, eləcə də yüksək risk qrupuna aid digər qida məhsullarının alınması birmənalı şəkildə tövsiyə olunmur:
“Xüsusilə son dövrlərdə marketinq hiylələrindən istifadə edilərək bu cür məhsullar “kənd məhsulları”, “orqanik məhsullar”, “təbii məhsullar” adı altında istehlakçılara təqdim olunur və bu yolla vətəndaşlar aldadılır. Lakin nəzərə almaq lazımdır ki, bu məsələ yalnız istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilməməlidir. Bu, eyni zamanda birbaşa qida təhlükəsizliyi baxımından ciddi risk yaradır. Belə ki, əgər bu qidalar baytar nəzarətindən keçməyibsə və eyni zamanda ekoloji baxımdan uyğun şəraitdə saxlanılmayıbsa, həmin kənd məhsulları və heyvan mənşəli qidalar insan sağlamlığına ciddi zərər vura bilər. Ona görə də tövsiyə olunur ki, satılan məhsullar yalnız mənşəyi bəlli olan, dövlət nəzarətindən keçmiş, saxlanılma şəraiti və temperatur rejimi uyğun olan etibarlı satış yerlərindən alınsın. Toyuq və hinduşqa məsələsinə gəldikdə isə, əgər xoşagəlməz hal baş veribsə, istehlakçılar çox zaman bu məhsullarla bağlı hara şikayət edəcəklərini bilmirlər. Çünki səyyar şəkildə satış həyata keçirən şəxslər məhsulu satdıqdan sonra yerlərini dəyişirlər və ya başqa ərazilərdə fəaliyyət göstərirlər. Bu səbəbdən belə hallarla rastlaşan bütün istehlakçılar aidiyyəti qurumun qaynar xəttinə mütləq şəkildə məlumat verməlidirlər. Ən azı alıcılar özləri daha diqqətli və sayıq olmalıdırlar”. 
O bildirib ki, əgər məhsulun mənşə sənədi yoxdursa, qeydiyyatdan keçməyibsə və xüsusilə yol kənarında satılırsa, bu halda etiketlənmə tələblərinə də əməl olunmur:
“Bu problem yalnız toyuq və ət məhsulları ilə məhdudlaşmır. Digər risk qrupuna aid məhsullar da mövcuddur ki, bunlara qaymaq, süd, eləcə də ev üsulu ilə hazırlanmış turşular və konservləşdirilmiş məhsullar daxildir. Bu məhsullar düzgün hazırlanmadıqda və saxlanılmadıqda insan sağlamlığı üçün ciddi fəsadlar yarada bilər. Əgər bu cür məhsullar hər hansı bir satış müəssisəsində realizə olunursa, həmin müəssisə barəsində şikayət edildiyi halda cərimələr və digər inzibati cəza tədbirləri tətbiq oluna bilər. Bu isə bu kimi halların qarşısının alınmasına xidmət edir. Lakin bunun üçün mütləq şəkildə daimi dövlət nəzarəti təmin edilməlidir. İctimai maarifləndirmə aparılmalı, bu cür hallara yol verildikdə tətbiq olunan cəzalar daha sərt olmalıdır ki, növbəti dəfə oxşar hallar təkrarlanmasın. Bir daha vurğulamaq lazımdır ki, dövlət nəzarətindən keçməyən, mənşəyi bəlli olmayan və etibarlı hesab edilməyən satış yerlərindən bu cür məhsulların alınması ümumiyyətlə tövsiyə olunmur”. 
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:310
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Fevral 2026 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see296

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see295

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see275

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see272

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see261

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see259

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see250

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see243

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see236

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see232

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see232

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see232

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see230

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see215

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see212

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see210

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see202

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see202

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see192

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri