Icma.az
close
up
RU
İctimai yerdə söyüş söyənlər cərimələnə BİLƏR XƏBƏRDARLIQ

İctimai yerdə söyüş söyənlər cərimələnə BİLƏR XƏBƏRDARLIQ

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məlum olduğu kimi ictimai yerlərdə siqaret çəkmək və siqaretin kötüyünün hara gəldi atılmasının qarşısını almaq üçün ölkəmizdə inzibati cəza tədbirləri mövcuddur. Etiraf etməliyik ki, bu cəza tədbirinin tətbiqindən sonra ictimai yerlərdə siqaret çəkənlərin sayı kəskin azalıb.

İndi isə digər bir məsələ gündəmə gəlib.

İctimai yerlərdə ayrı-ayrı adamların söyüşlə danışmağı ciddi narahatlıq doğurur.

Maraqlıdır ki, bir çox ölkələrdə bu cür şəxslər üçün cəza tədbirləri var. Hətta Rusiya Dövlət Dumasında ictimai yerlərdə və internetdə söyüş söyməyə görə nəzərdə tutulan cərimənin 10 dəfə artırılması təklif edilib.

Dövlət Dumasının deputatı Aleksandr Aksenenko İnzibati Xətalar Məcəlləsinə ictimai yerlərdə və internetdə nalayiq sözlərdən istifadəyə görə cərimələrin min rubldan 10 min rubla qədər artırılmasını nəzərdə tutan dəyişikliklər edilməsini təklif edib.

Bəs, ölkəmizdə belə bir qaydanın tətbiqi mümkündürmü?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Millət vəkili Ceyhun Məmmədov bu problemdən yeganə çıxış yolu kimi cərimələri görmür:

“Əvvəla tərbiyə yüksək olmalıdır. İnsanlar özlərinə qarşı məsuliyyətli olmalıdırlar. Harada hansı ifadənin işlədilməsinin düzgün olmadığını yaddaşlarına həkk eləməlidirlər. Bunun üçün insanlar arasında dəyərləri təşviq etməli, təbliğatı gücləndirməliyik. O zaman daha yaxşı nəticəyə nail ola bilərik. Yəni çalışmalıyıq ki, cəmiyyətimiz üçün tərbiyəli vətəndaşlar yetişsin. Sonrakı dövrdə digər addımlar atılmalıdır.

Yəni ictimai yerlərdə söyüş ifadələri işlədənlərin gələcəkdə cərimələnməsini nəzərdən keçirmək olar. Bəzi insanlar bilməlidir ki, ictimai yerdə söyüş söyərkən onları hansısa cəza tədbiri gözləyir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://news24.az
archiveBu xəbər 09 Aprel 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri