Yol nişanına məhəl qoymayan “TIR” sürücüsü qəza törətdi VİDEO
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Abşeron rayonu, Atyalı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəza avqustun 12-də saat 15:43 radələrində Şamaxı-Yevlax yolunun 16-cı kilometrliyində qeydə alınıb: “Belə ki, Məhərrəmov Vüsal Əbülfəz oğlunun idarə etdiyi 90-ZR-627 dövlət nömrə nişanlı “TIR” markalı yük maşını, Məmmədov Eyvaz Şəkixan oğlunun idarə etdiyi 77-NJ-861 dövlət nömrə nişanlı “Volkswagen” markalı avtomobillə toqquşub. Qəzaya səbəb “TIR” sürücüsünün yol nişanının tələbinə riayət etməməsi olub. Hadisə zamanı xəsarət alan olmasa da hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib”.
Qeyd edək ki, faktla bağlı araşdırma davam edir.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 13 Avqust 2025 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















