Nişana məhəl qoymayan “BYD” sürücüsü prospektdə qəza törətdi REAL VİDEO
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Paytaxtın Ziya Bünyadov prospektində kobud qayda pozan sürücü qəzaya səbəb olub.
Avtosfer.az-ın məlumatına görə, hadisə dekabrın 15-də saat 13:32 radələrində qeydə alınıb. Videodan göründüyü kimi, ən sol zolaqda hərəkətdə olan 90-YZ-185 dövlət nömrə nişanlı “BYD” markalı avtomobilin sürücüsü yol nişanının tələbinə məhəl qoymayaraq, yalnız sola dönmək üçün nəzərdə tutulan zolaqdan düz istiqamətdə hərəkət edib.
Nəticədə sürücü yol nişanının tələbinə uyğun hərəkət edən və sağ zolaqdan sola manevr edən avtomobili vurub. Qəza məhz səhv zolaq seçimi və yol nişanına əməl olunmaması səbəbindən baş verib.
Qeyd edək ki, Yol Hərəkəti Qaydalarına əsasən, sürücülər yol nişanlarının və zolaqlar üzrə hərəkət tələblərinin göstərişlərinə riayət etməlidirlər. Bu tələblərin pozulması yol-nəqliyyat hadisələrinin baş verməsinə, eləcə də digər hərəkət iştirakçılarının təhlükəsizliyinin ciddi şəkildə risk altına düşməsinə səbəb olur.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 18 Dekabr 2025 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















