Icma.az
close
up
RU
Yol polisi cəriməni avtomobilin markasına görə yazır?

Yol polisi cəriməni avtomobilin markasına görə yazır?

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

Xətai DYP kameranın nömrəni yaxşı çəkmədiyini bildirir

2 aydır Xətai yol polisinin TESLA markalı 90GB007 dövlət nişanlı avtobilimizə qanunsuz yazdığı cərimə silinmir. Əksinə, qanunsuz cərimə məbləğinə gecikməyə görə dəbbə pulu əlavə olunur. Cərimənin qanunsuzluğunu sübut etməyə isə ehtiyac yoxdur: CƏRİMƏ YAZILAN AVTOMOBİLİN NÖMRƏSİ KAMERA ÇƏKİLİŞİNDƏ QEYD OLUNMAYIB! Belədə qayda pozuntusunu məhz bizim avtomobilin törətməsini iddia edib 40 manat və 2 bal cərimə tətbiq edilməsi absurddur. Hələ üstəlik qanunsuz cərimənin ləğvindən imtina edilməsi də qanunsuzdur.

102 çağrı mərkəzinə beşdən yuxarı şikayət qeydə alınıb, bir neçə dəfə zəng edib, cərimənin silinəcəyi deyilib, Baş DYP İdarəsinin rəis müavini Pərvin Səfərəliyev Xətai RPİ-nin rəisi Vaqif Müslümova tədbir görülməsinə müraciət edib. Di gəl, heç bir tədbir görülmür. Martın 15-də 0707849090 nömrəsindən zəng edən Musa adlı yol polisi əməkdaşı  kamera çəkilişinin yaxşı aparılmadığından nömrənin düşmədiyini (??-M. B.) , amma maşının markasının TESLA olduğu səbəbindən (?-M.B) və görüntünü çəkən əməkdaşın izahatı əsasında cərimənin düzgün yazıldığını (?-M. B.) bildirib, kamera görüntülərini təqdim etməkdən imtina edib.

Maraqlı əsaslandırmadır, maşının markası və əməkdaşın izahatı ilə maşın yiyəsinə cərimə tətbiq olunması qanuni sayılır! (?) Onda bütün TESLA markalı maşınlar şübhə altındadır, niyə məhz bizim maşının “təqsirliliyi” qərara alınıb? Bəlkə başqalarına da yazılıb, xəbərimiz yoxdur?

Əcəb cərimə qərarıdır, maşına nömrəsinə görə yox, markasına görə sanksiya tətbiq edilir. Özü də 40 manat və dəbbə pulu bir yana, hələ 2 bal da əlavə olunur.  Qayda pozuntusunu sübut etmək isə inzibati orqanın üzərinə düşür.

Qanunsuz, sübutsuz cərimənin silinəcəyi ümidi ilə

Məğrur Bədəlsoy,

DİN-in 1-ci dərəcəli Qarabağ əlili

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 31 Mart 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri