Yol polisi əməkdaşı ilə motosikletçi arasında İNSİDENT VİDEO
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yol polisi əməkdaşı ilə motosikletçi arasında baş verən hadisə sosial şəbəkələrdə geniş rezonans doğurub. Avtosfer.az xəbər verir ki, Rusiyanın Vladimir şəhərində dəbilqə kamerası tərəfindən qeydə alının videodan görünür ki, hüquq-mühafizə orqanı əməkdaşı sürətlə gələn motosikletçini saxlamağa çalışır. Sürücü tabesizlik göstərərək sürəti azaltmadıqda isə polis inspektoru gözlənilməz addım atıb – o, əlindəki jezli (rezin dəyənəyi) birbaşa hərəkətdə olan motosikletçinin baş nahiyəsinə doğru qaldıraraq zərbə endirməyə cəhd edib.
Motosikletçi son anda çevik manevr edərək zərbədən yayına bilib. Hadisə yerindən uzaqlaşarkən isə o, polis əməkdaşına qarşı qeyri-etik jest (orta barmaq) nümayiş etdirib.
Hadisənin görüntüləri qısa müddətdə internetdə trendə çevrilib və kəskin müzakirələrə səbəb olub.
Sözügedən insidentin kadrlarını təqdim edirik:
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 04 İyun 2026 20:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















