Yol polisi əməkdaşı qanun pozan motosikletçini belə saxladı VİDEO
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Yol polisi əməkdaşı əli ilə qanunu pozan motosikletçini saxlayıb.
Avtosfer.az xəbər verir ki, Barnaul şəhərində baş verən hadisənin görüntülərini Rusiya Daxili İşlər Nazirliyinin Altay diyarı üzrə Baş İdarəsi yayıb.
İdarədən bildirilib ki, aprelin 8-də axşam saatlarında xidmətdə olan yol polisi əməkdaşları motosiklet sürücüsünün sənədlərini yoxlamaq üçün ona “Saxla” əmrini veriblər. Lakin, o, buna məhəl qoymayaraq qaçmağa cəhd edib. Bundan sonra polis inspektorlarından biri yayınmağa çalışan motosikletçini qaçaraq təqib edib və bir-neçə metr sonra onu motosiklet qarışıq yerə yıxaraq yaxalayıb.
Hadisəni törədən şəxsin 15 yaşlı oğlan olduğu üzə çıxıb. Motosiklet xüsusi dayanacaqda yerləşdirilib. Ona qarşı müvafiq qaydada protokol tərtib edilib.
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 10 Aprel 2025 20:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















