Yol polisi işləmək istəyənlərin nəzərinə: Vakansiya elan edildi
Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yol patrul xidməti inspektoru vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.İdarədən BAKU.WS-ə verilən məlumata görə, müsabiqədə avtomobil nəqliyyatına aid orta-ixtisas və ya ali təhsilli, kompüterlə işləmək bacarığı, sürücülük vəsiqəsi olan, habelə sürücü kimi 3 il əmək stajına malik, yaşı 20-dən aşağı, 25-dən yuxarı olmayan, boyu 180 santimetr və daha yüksək, idman cüssəli, həqiqi-hərbi xidməti tam başa vurmuş, özü və yaxın qohumu məhkum olunmamış, yalnız Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşlar iştirak edə bilərlər.Həmçinin, müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi, yol hərəkəti qaydaları üzrə nəzəri bilikləri və sürücülük vərdişləri müəyyən olunmuş qaydada yoxlanılacaq, xarici dil bilən və dövlət təhsil müəssisələrində ali təhsil almış namizədlərə üstünlük veriləcək.Müsabiqədə iştirak etmək istəyən şəxslər 2017-ci ilin dekabr ayının 10-dək hər gün (istirahət günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək BPİ-nin Dövlət Yol Polisi İdarəsinin inzibati binasında (Bakı şəhəri, Badamdar qəsəbəsi, M.Müşfiq küçəsi, kənar dairəvi yolun kəsişməsi) müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:- Şəxsiyyət vəsiqəsi- Təhsil haqqında sənədin əsli- Hərbi bilet (kişilər üçün)- əmək kitabçası (olanlar üçün)- sürücülük vəsiqəsi- kompyuterdə işləmək bacarığını təsdiq edən sənəd (sertifikat və s.)Əlavə məlumat üçün əlaqə telefonları: (012) 590 21 65, (012) 590 21 66BAKU.WS
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Bu mövzuda digər xəbərlər:Müəllim işləmək istəyənlərin nəzərinə! Vakansiya var
20 May 2025 16:09
Universitetdə işləmək istəyənlərin nəzərinə! Vakansiya var
19 Fevral 2025 11:41
Bağçalarda işləmək istəyənlərin nəzərinə! Vakansiya var
11 Dekabr 2024 12:24
Universitetdə işləmək istəyənlərin nəzərinə! Çoxlu vakansiya var
02 May 2025 12:52
Baxış sayı:91
Bu xəbər 21 Dekabr 2025 05:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















