Yol polisi sabiq nazirin şikayətinə reaksiya verdi: “Araşdırma aparılacaq”
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
"Qaldırılan məsələ diqqətə alınacaq və bununla bağlı araşdırma aparılacaq".
"Cebheinfo.az" xəbər verir ki, bunu "Yeni Sabah"a Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis baş leytenantı Elvin Hacıyev bildirib.
O, sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun YPX-dən şikayətinə bu cür münasibət bildirib.
E. Hacıyev əlavə edib: “İcraçı təyin olunacaq və 15 gün ərzində araşdırma aparılacaq. Saytımızın "Vətəndaş müraciəti" bölməsinə gəlincə, Dyp.gov.az saytının eletron müraciət bölməsi aktivdir və müraciətləri qəbul edir”.
Xatırladaq ki, keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov polis özbaşınalığı ilə üzləşib. O, “Facebook” hesabında yazıb ki, parklanma qaydasını düzgün yerinə yetirmədiyi iddiası ilə cərimələnib. Zülfüqarov cəriməni ödəyəcəyini bildirib, lakin polis əməkdaşı onunla qaydalara uyğun davranmayıb və etiraza “get, kimə istəyirsən de!” hədələyici tonu ilə cavab verib.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 04 Aprel 2025 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















