Yol polisi sürücüləri süni intellektlə CƏRİMƏLƏYƏCƏK
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Ölkə.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İstismar və texniki təminat şöbəsinin inspektoru, baş leytenant Toğrul Quliyev deyib.
O bildirib ki, Bakı Ekspo Mərkəzində keçirilən “Road & Traffic 2026” – 14-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisində iştirakın əsas məqsədi yol hərəkəti təhlükəsizliyi sahəsində istifadə olunan müasir avadanlıqları nümayiş etdirməkdir. Həmin avadanlıqlar insanların rifahının, sağlamlığının və həyatının qorunması istiqamətində tətbiq olunan üsulları vətəndaşlara göstərməyə imkan verir.
BDYPİ təmsilçisinin sözlərinə görə, nümayiş olunan avadanlıqların demək olar ki, hamısı süni intellektlə vəhdət təşkil edir. Videoanalitik sistemlər təhlükələri əvvəlcədən aşkarlamaq potensialına və funksiyalarına malikdir.
Onun sözlərinə görə, süni intellektlə işləyən radar cihazı sürət həddinin aşılması ilə bağlı qayda pozuntusunu aşkar etdikdən sonra məlumatı mərkəzi informasiya sisteminə ötürür. Bundan sonra insan müdaxiləsi olmadan inzibati tənbeh tətbiq edilməsi haqqında qərar avtomatik şəkildə qəbul olunur.
İnspektor vurğulayıb ki, sərgidə iştirakın əsas məqsədi bu müasir avadanlıqları ictimaiyyətə tanıtmaqdır.
Sürücülərə müraciət edən Toğrul Quliyev bildirib ki, əsas məqsəd yol-nəqliyyat hadisələrinin sayını azaltmaq, yollarda ölüm hallarının qarşısını almaq və bütün yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etməkdir. O, sürücüləri nəqliyyat vasitəsini idarə edərkən mobil telefonlardan istifadə etməməyə, piyadaları isə diqqətli olmağa çağırıb.
Qeyd edib ki, diqqətin ən kiçik dərəcədə yayınması belə, böyük faciələrə səbəb ola bilər. Bu istiqamətdə hər il daha geniş təbliğat işləri aparılır.
“Hər birimiz bu məsələyə bir ailə kimi yanaşmalıyıq. Məqsəd yalnız insanların yol hərəkəti sahəsində rifahını, əmlakını, sağlamlığını və həyatını qorumaqdır”, – deyə Toğrul Quliyev vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 16 Oktyabr 2026 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















