Yol polisi xəbərdarlıq edir: Azyaşlıların avtomobil idarə etməsi təhlükəlidir FOTOLAR
Icma.az, Sia Az portalına istinadən məlumat yayır.
Yetkinlik yaşına çatmamış şəxslərin avtomobil sürməsi qəti qadağandır və ciddi fəsadlara səbəb ola bilər. SİA xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, ötən gün Ağdam rayonunda azyaşlı sürücünün idarə etdiyi avtomobilin aşması nəticəsində həmyaşıdının həlak olduğu qəza baş verib.
Yol polisi qeyd edib ki, nəqliyyat vasitəsini yalnız qanunla müəyyən olunmuş yaşa çatmış və sürücülük hüququna malik şəxslər idarə edə bilər. Bu qaydanın pozulması həm insan həyatı üçün təhlükə, həm də qanuni məsuliyyət yaradır.
Eyni zamanda vurğulanıb ki, bəzi valideynlər və böyüklər məsuliyyətsizlik göstərərək azyaşlıların və ya ailə üzvlərinin sürücülük vəsiqəsi olmadan avtomobil idarə etməsinə şərait yaradırlar. Bu hərəkət qanunla qadağan olunmaqla yanaşı, həm sürücü, həm sərnişin, həm də piyadalar üçün böyük risk təşkil edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 13 Sentyabr 2025 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















