Yol polisindən avtomobildə yüksək səslə musiqi dinləyənlərə XƏBƏRDARLIQ
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
İdarədən Redaktor.az-a verilən məlumata görə, müraciətdə deyilir:
"Yaşayış məntəqələri – sakitliyin və təhlükəsizliyin təmin olunduğu zonalardır.
Nəqliyyat vasitəsinin yaşayış məntəqəsində idarə edilməsi zamanı mühərrikin əsassız şəkildə yüksək dövriyyədə işlədilməsi və ya avtomobildə yüksək səslə musiqi dinlənilməsi cəmiyyətin qəbul etdiyi davranış qaydaları ilə uzlaşmır və ətraf mühitin ahənginə ciddi şəkildə mənfi təsir göstərir.
Unudulmamalıdır ki, bu ərazilər yalnız nəqliyyatın hərəkəti üçün deyil, məhz insanların gündəlik fəaliyyəti və istirahəti üçün nəzərdə tutulmuş məkanlardır. Burada körpələr yatır, yaşlı insanlar dincəlir, ailələr sakitlik axtarır.
Səssiz və intizamlı hərəkət – sosial məsuliyyətin təzahürüdür. Hər bir sürücüdən gözlənilən, təkcə yol hərəkəti qaydalarına deyil, həm də ictimai davranış normalarına riayət etməkdir.
Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri bir daha ətraf mühitin səssizliyinə hörmətlə yanaşmağa, ictimai rahatlığı nəzərə almağa çağırır".
Baxış sayı:95
Bu xəbər 08 May 2025 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















