Icma.az
close
up
RU
Yüksək səslə musiqi dinləyən sürücülərə XƏBƏRDARLIQ

Yüksək səslə musiqi dinləyən sürücülərə XƏBƏRDARLIQ

Icma.az, Bizim media saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrində yüksək səslə musiqi dinləmək, əsassız səs siqnalından istifadə etmək, habelə insanların sıx məskunlaşdığı yaşayış zonalarında, məktəb və xəstəxana ətraflarında avtomobillərin yüksək sürətlə idarə etməklə bağlı sürücülərə çağırış edib. Çağırışda bildirilir ki, bu cür davranışlar yalnız yol hərəkəti intizamına mənfi təsir göstərmir, eyni zamanda sürücülər və piyadalar arasında çaşqınlıq və gərginlik yaradır, ictimai asayişi pozur və qəza riskini dəfələrlə artırır.
Bəs ictimaiyyəti nəzərə almayan, çağırışa əməl etməyən sürücüləri hansı cərimələr gözləyir?
Məsələylə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Bizim.Media-ya bildirdi ki, bu çağırış Baş Dövlət Yol Polisi İdarəsinin məsələyə çox ciddi yanaşdığının göstəricisidir:
“Yüksək səslə musiqi dinləmək, səsgücləndirici ilə siqnallardan istifadə etmək, xüsusilə də gecə saatlarında ədəbsizlik, mədəniyyətsizlikdir. Ağlı başında olan normal adam bunu etməz. Mən o insanları anormal hesab edirəm ki, gecə saat 2-də hansı ağılla, düşüncə ilə musiqiyə belə səs verir... VAZ21 07, Tofaş, köhnə Opel kimi dəyəri 3000-4000 olan maşına kreditə girib 500 manata maşına səsgücləndirici yığdırır.
Adamlar yaşayış tərzini unudublar, nəyləsə seçilməyə çalışırlar ki, diqqət çəksinlər. Son vaxtlar yol polisi tərəfindən ciddi tədbirlər görülür, vətəndaşlar da şikayət edə bilərlər. Sadəcə burda cəzaların tətbiqi mexanizminə elə baxmaq lazımdır ki, məsələn post patrul xidməti əməkdaşları hadisə olanda yerindəcə tədbir görüb sənədləşdirə bilsin. Yəni öncə qanunvericilikdəki boşluq aradan qaldırılmalıdır ki, konkret addımlar atılsın.
Ona görə də bu məsələdə inzibati metodları sərtləşdirmək və tətbiqi mexanizmin dairəsini genişlındirmək lazımdır”.
Qeyd edək ki, hazırda qanunvericilikdə avtomobildə musiqinin yüksək səslə dinlənməsi üçün müəyyən bir “səs limiti” və ya “ölçüsü” göstərən standart İnzibati Xətalar Məcəlləsinə görə mənzillərdə, yaşayış evlərinin həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə saat 00:00‑dan səhər saat 07:00‑ə qədər televizor, radio, maqnitofon və s. aparatların gur səslə istifadəsi qadağandır. Fiziki şəxslər üçün bu pozuntuya görə cərimə 150‑200 manat, vəzifəli şəxslər üçün isə 2000‑2500 manat civarında cərimə nəzərdə tutulur.
Şəfiqə Şəfa, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:461
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 Sentyabr 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri