Yol polisinin bu görüntüləri sosial mediada rəğbətlə qarşılandı VİDEO
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Abşeron rayonu ərazisində baş vermiş hadisə zamanı Yol-Patrul Xidməti (YPX) əməkdaşının göstərdiyi yardımsevərlik görüntüləri sosial şəbəkələrdə rəğbətlə qarşılanıb.
Avtosfer.az xəbər verir ki, Masazır dairəsində “VAZ 2104” markalı avtomobilin üzərində daşınan meyvə-tərəvəz məhsulları hərəkət zamanı yola tökülüb. Avtomobildə düzgün yığılmayan məhsulların yerə dağılması nəticəsində ərazidə xidmət aparan yol polisi əməkdaşı dərhal vətəndaşa yardım edib.
Polis yola dağılan məhsulların yığılmasında vətəndaşa kömək göstərərək məhsulun zay olmasının qarşısını alıb. Onun bu nümunəvi davranışı ərazidəki insanlar tərəfindən də təqdir olunub. Hadisə mobil telefonla qeydə alınıb və sosial şəbəkələrdə yayılaraq istifadəçilər tərəfindən yüksək qiymətləndirilib.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 11 İyun 2025 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















