Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır
Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyədə yol qəzasında həlak olan jurnalist Emin İbrahimov keçmiş yüksək vəzifəli məmurun övladıdır.
“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, onun atası Rəşid İbrahimov uzun illər Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin müdiri işləyib.
R.İbrahimov parlamentin keçmiş sədri Oqtay Əsədovun dövründə bu vəzifədə çalışıb və bir neçə il əvvəl işdən çıxarılıb.
E.İbrahimov isə jurnalistliklə yanaşı sahibkarlıqla da məşğul imiş. O, Bakıda yerləşən “CINEX Azerbaijan Film Productions” şirkətinin rəhbəri olub. Şirkət tam istehsal və post-istehsal xidmətləri göstərir, çəkiliş icazələrinin alınması, prodüserlik, stringer və fiksator xidmətləri təklif edir. Şirkət həmçinin avadanlıq və ekipaj üçün kirayə evi kimi fəaliyyət göstərir.
Bu arada, Emin İbrahimovun cənazəsi Türkiyədən Azərbaycana gətirilib. Noyabrın 14-də Təzə Pir məscidində mərhumla vida mərasimi keçiriləcək. E.İbrahimov Xırdalan qəbiristanlığında dəfn olunacaq. Noyabrın 16-da Təzə Pir məscidində yas mərasimi keçiriləcək.
Qeyd edək ki, azərbaycanlı journalist, “Euronews” telekanalının əməkdaşı Emin İbrahimov Türkiyədə yol qəzasında dünyasını dəyişib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 13 Noyabr 2025 18:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















