Ağdamda batan şəxs şəhid övladıdır
Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ağdamda su anbarında övladları ilə birlikdə batan polis Şərif İsgəndərov şəhid övladı olub.
"Bakupost" “Teleqraf”a istinadla xəbər verir ki, iyulun 4-də su anbarında baş verən faciə nəticəsində iki övladı ilə birlikdə həyatını itirən Şərif İsgəndərov şəhid polis əməkdaşı Şəmsəddin Cəfər oğlu İsgəndərovun oğludur.
Şəmsəddin İsgəndərov 1990-cı ildə könüllü olaraq həmin dövrdə yaradılmış ilk polis batalyonuna qoşulub. O, Ağdam, Cəbrayıl, Laçın, Kəlbəcər və digər qaynar döyüş bölgələrində ön cəbhədə xidmət edib.
Şəmsəddin İsgəndərovun son döyüşü 1992-ci il martın 8-də Qaraqaya istiqamətində olub. Həmin gün düşmən gülləsinə tuş gələn polis əməkdaşı şəhidlik zirvəsinə ucalıb.
Bu mövzuda digər xəbərlər:Statistika Komitəsinin yeni sədri şəhid övladıdır DOSYE
10 Fevral 2026 14:56
Ağdamda sinəsinə armatur batan şəxs ÖLDÜ
13 May 2025 14:54
Ağdamda su anbarında övladları ilə birlikdə batan polis şəhid övladı imiş
04 İyul 2026 19:43
Ağdamda silahlı şəxs SAXLANILDI
19 Mart 2025 10:55
Ağdamda şəhid ailəsi Qurban bayramında ziyarət olunub FOTO
06 İyun 2025 16:10
Baxış sayı:196
Bu xəbər 04 İyul 2026 20:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















