Icma.az
close
up
RU
Yol tədarükü

Yol tədarükü

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Akif ABBASOV
Şirvan şəhərində olarkən mənə iki əhvalat danışdılar. Xoşuma gəldi, dedim, onları qələmə alacağam. Soruşdum: düzünü deyin, bu əhvalatları haradansa oxumusunuz, yoxsa sizə danışıblar? Dedilər, yazılmayıb, eşitmişik, olan əhvalatlardır. Doğrusu, qaldım belə. Bilmədim qələmə alım, almayım. Axırda yazdım.
Yol tədarükü
(hekayə)
Mehman birinci dəfə idi ki, rayona qatarla gedirdi. Dördnəfərlik kupedə iki nəfər idilər. Bu gün sərnişin az idi.
Kupenin qayda-qanunu yoldaşlarından soruşub öyrənmişdi. Demişdilər, gecəni yol gedəcəksən. adətən özünlə yol tədarükü götürürsən. Yol yoldaşın yeməyə nəsə çıxarıb ortaya qoyur. Sənə də təklif edir. Ona görə də əli boş yola çıxmaq yaxşı düşmür. Sən də özünlə bir şey götürəsən ki, nuşcanlıqla şam edib, sonra başını atıb yatasan.
Kasıbın şor-çörəkdən başqa nəyi var ki? Əlqərəz, arvad büküb onun çantasına şor-çörək, duzlu xiyar, acı bibər qoydu ki, ac qalmasın.
Yol yoldaşı tərpənmirdi. Mehman qabaqdangəlmişlik elədi. Çıxarıb yeməyi ortaya qoydu və qabaq-qənşərində oturan sərnişinə baxdı:
“İmkanlı adama oxşayır. Onu süfrəyə dəvət edim. Yəqin bu da özü ilə toyuq soyutması, kabab, mineral su, dovğa, ya da ayran götürüb”.
Odur ki, üzünü ona tutaraq:
- Çörək kəs, qonşu.
Sərnişin süfrədəki şor-çörəyə, duzlu xiyarla, acı bibərə baxaraq qaşlarını çatdı:
- Yox, ay qonşu, sən yeməyini ye. Mən duzlu şeylər yemirəm. Mənim babasilim var.
Mehman elə bildi ki, o, utandığından elə deyir. Ona görə də təkid etdi:
- Yol yoldaşıyıq. Gərək mehriban olaq. Çörək kəs, bu yeməklərdən dadaq, sonra da sənin babasilini yeyərik.
Sən demə, bu binəva Mehman babasilin nə olduğunu bilmirmiş.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://reyting.az
archiveBu xəbər 22 May 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1437

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see712

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see566

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see489

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see478

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see467

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see450

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see415

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see398

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see353

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see320

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see305

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see300

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see296

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see291

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see288

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see274

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see272

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see272

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see271
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri