Yolayrıcına necə gəldi girən sürücü az qala motosikletlə toqquşacaqdı VİDEO
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Paytaxtın Şövkət Məmmədova küçəsində qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 18-də saat 14:55 radələrində qeydə alınıb. Kadrlardan aydın görünür ki, 99-MK-716 dövlət nömrə nişanlı “KIA” markalı avtomobilin sürücüsü yolayrıcında “Yol ver” nişanının tələbinə əməl etməyib. O, soldan gələn motosikletə əhəmiyyət vermədən yolayrıcına daxil olub və bu zaman moto sürücüyə real qəza şəraiti yaradıb.
Təhlükə ilə üzləşən motosikletçi siqnal verərək onu xəbərdar edib və baş verəcək qəzanın qarşısını alıb.
Qeyd edək ki, qanunvericiliyə görə, “Yol ver” nişanı quraşdırılan yolda sürücü hərəkəti yavaşlatmalı, zərurət yaranarsa tam dayanmalı və üstünlüyü digər nəqliyyat vasitələrinə verməlidir. Bu qaydanın pozulması inzibati xəta hesab olunur və sürücü barəsində qanunvericiliyə uyğun tədbir görülə bilər.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 10 Dekabr 2025 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















