Yoldakı çuxura düşən avtomobilin zərərini kim qarşılayır? AÇIQLAMA
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bir neçə gün öncə Binəqədi rayonu Süleyman Sani Axundov küçəsində yolun kiçik hissəsi çöküb. Lakin xəbərdarlıq nişanı qoyulmayıb və sürücülərdən biri çuxuru görmədiyi üçün avtomobilin təkəri zədələnib.
Bəs belə hallarda maşına dəyən ziyanı aidiyyəti dövlət qurumu ödəməlidir, yoxsa sığorta şirkəti?
Sualımızı cavablandıran sığorta eksperti Nicat Əlibəyli Redaktor.az-a açıqlamasında bildirdi ki, icbari sığorta yoldakı çuxura görə avtomobilə dəyən ziyanı ödəmir:
"Əgər maşının kasko sığortası varsa və hadisə dərhal DYP (polis) tərəfindən yerindəcə rəsmiləşdirilibsə, kasko növü üzrə ödəniş ala bilər. Əgər kasko sığortası yoxdursa, hadisə yerində DYP tərəfindən akt tərtib olunduqdan sonra, məsələ aidiyyəti qurumla araşdırıla və yaranacaq nəticəyə əsasən, mübahisə məhkəmə qaydasında həll edilə bilər. Hər iki halda mütləq hadisə yerinə polis əməkdaşlarının çağırlması və akt tərtib edilməsi vacibdir".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 02 İyul 2026 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















