Xaçmazda çuxura düşən avtomobilin zərərini kim ödəyəcək? VİDEO
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xaçmazda Nabran yolunda baş verən qəfil çökmə nəticəsində hərəkətdə olan avtomobil yaranmış dərin çuxura düşüb. Hadisə zamanı nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Bu halda maşına dəymiş ziyanı sığorta şirkəti, yoxsa yola nəzarət edən dövlət qurumu ödəməlidir?
Avtosfer.az-ın məlumatına görə, sığorta eksperti Nicat Əlibəyli Redaktor.az-a açıqlamasında qeyd etdi ki, belə hallarda məsuliyyətin hansı tərəfə aid olması konkret hadisənin başvermə şəraitindən və aparılacaq rəsmi araşdırmanın nəticələrindən asılı olaraq müəyyən edilir:
"Ümumiyyətlə, bu tip hallarda avtomobilə dəymiş ziyanın qarşılanması daha çox könüllü sığorta (Kasko) müqaviləsinin şərtlərinə uyğun olaraq həyata keçirilir. İcbari sığorta isə əsasən üçüncü şəxslərə dəymiş zərərləri əhatə edir və bu kimi hallarda tətbiqi məhdud olur. Eyni zamanda, yol infrastrukturunun vəziyyəti ilə bağlı məsələlər aidiyyəti qurumlar tərəfindən araşdırıldıqdan sonra hər hansı məsuliyyət məsələsinə hüquqi qiymət verilə bilər. Bu baxımdan, həm sığorta şirkətinə müraciət olunması, həm də hadisə ilə bağlı rəsmi araşdırmanın nəticəsinin gözlənilməsi məqsədəuyğun hesab olunur".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 06 May 2026 21:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















