Yolu keçən Cəbrayıl sakinini maşın vurub öldürdü
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Hacıqabulda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, hadisə Hacıqabul rayonunun Pirssat kəndinin ərazisində baş verib.
Belə ki, yolda hərəkət edən avtomobil yolu keçən Cəbrayıl rayon sakini, 1968-ci il təvəllüdlü Əhmədova Şəhla İdris qızını vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.

