Yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən keçən qadını MAŞIN VURDU
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Bakının Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, avtomobil yolu keçən piyadanı vurub.
Ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə çatdırılan şəxsin komatoz vəziyyətinə düşdüyü bildirilir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Oxu.Az-ın sorğusuna cavabında qeyd olunub ki, hadisə ötən gün 21:15-də Rüstəm Rüstəmov küçəsində qeydə alınıb:
"Tural Binnət oğlu Balakişiyev idarə etdiyi KIA markalı, 77-SB-649 dövlət nömrə nişanlı avtomobillə yolu piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən piyada 1968-ci il təvəllüdlü Gülər Xəlil qızı Nuralaşı vurub".
Faktı Nizami Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
Əzizə İsmayılova

Yolu nəzərdə tutulmayan yerdən keçən uşaqlar özlərini təhlükəyə atdı
03 Fevral 2025 17:37
DYP: “Qanunla nəzərdə tutulmayan yerdən keçən iki piyada ölüb” Video
13 Fevral 2025 15:04
Yolu sağa baxaraq keçən qadını motosiklet vurdu VİDEO
18 Aprel 2025 09:01
Yolu keçən piyadalar belə vuruldu
04 Mart 2025 22:19
Skamyada əyləşən qadını MAŞIN VURDU: Sürücü yeniyetmə imiş VİDEO
26 Fevral 2025 16:06

