Piyada yolu nəzərdə tutulmayan yerdən keçərsə...
Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, 3 piyada təxminən 200-220 metr yaxınlıqda yeraltı piyada keçidi olmasına baxmayaraq, yolun hərəkət hissəsindən istifadə edib. Motosiklet sürücüsü isə onları vurmamaq üçün dayanmaq istədikdə idarəetməni itirərək yıxılıb və xəsarət alıb. Hadisə zamanı piyadalar xəsarət alan sürücüyə kömək göstərmək əvəzinə hadisə yerini tərk ediblər.
Piyadaların yol hərəkəti qaydalarını pozması hansı məsuliyyət yaradır?Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına danışan Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib: “Qanunvericiliyin tələblərinə uyğun olaraq, piyadanın yolu piyada keçidindən kənar yerdən keçməsinə görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən 20 manat məbləğində inzibati cərimə nəzərdə tutulur”.
Günel Həsənova, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 14 İyul 2026 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















