Icma.az
close
up
RU
Yolu qana boyayan dəhşətli hadisənin pərdəarxası 7 nəfəri əslində kim öldürüb?

Yolu qana boyayan dəhşətli hadisənin pərdəarxası 7 nəfəri əslində kim öldürüb?

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şəmkirdə 7 nəfərin həyatına son qoyan dəhşətli yol qəzası bir daha sübut etdi ki, nəqliyyat təhlükəsizliyi yalnız texniki yoxlamalardan ibarət deyil. Belə ki, həmin qəzada hadisəyə səbəb sürücünün ürəktutması olub. Bu fakt peşəkar sürücülərin sağlamlıq vəziyyətinə nəzarətin nə qədər vacib olduğunu və tibbi müayinələrin real tətbiq mexanizmlərinin nə dərəcədə effektiv işlədiyini ciddi sual altına alır.

Sözügedən məsələ necə tənzimlənir – sürücülərin hər il müayinədən keçməsi üçün qayda varmı? Ümumiyyətlə, belə problemlərin yaşanmaması üçün necə bir sistem qurulmalıdır?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, rəsmi açıqlamalara görə, qəzanı törədən sürücü qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olub.

Onun sözlərinə görə, problem də məhz buradan başlayır:

“Belə faciələr baş verəndə diqqət yalnız qanunsuz daşımalara yönəlir. Halbuki qanuni sərnişindaşıma fəaliyyəti ilə məşğul olanlar arasında da qaydaları pozanlar, səhhətində ciddi problemlər olanlar var. Məsələn, gündəlik reysqabağı tibbi müayinələr necə aparılır? Texniki baxış hansı formada, harada və kim tərəfindən həyata keçirilir? Bu məsələlər hələ də tam aydın deyil. Təəssüf ki, belə problemlər yalnız faciələr baş verdikdən sonra yada düşür. Halbuki bu, çoxdan sistemli şəkildə həll olunmalı idi.

Son hadisədə 7 nəfər həyatını itirib. Məlum olur ki, sürücünün ürək çatışmazlığı olub. Avtomobilin nə fərqlənmə nişanı, nə buraxılış vəsiqəsi, nə də buraxılış kartı varmış. İllərdir bu sahədə müzakirələr aparılır, amma nəticə yoxdur. Bir vaxtlar avtovağzaldan kənar fəaliyyət göstərən mikroavtobuslar qanunsuz elan olundu. Sonra isə onlara müəyyən şərtlərlə – fərqlənmə nişanı, buraxılış sənədi və s. ilə fəaliyyət imkanı verildi. Amma bu şərtlərə necə nəzarət olunur? Kim bu nəqliyyat vasitələrini yoxlayır? Faktiki olaraq nəzarət mexanizmi yoxdur”.

Ekspert əlavə edib ki, bir çox suallar açıq qalır və cavab tapmaq asan deyil:

“Qanuna ciddi əməl etmək istəyəndə bəziləri belə deyir: “çörəyimə bais olursan”. Göz yumanda da belə faciələr baş verir. Ortada bir ikililik var: həm qanunsuzluğa şərait yaradanlar, həm də ona maraq göstərənlər. Nəticədə nəqliyyat sistemində xaotik vəziyyət davam edir. Hamı nə etmək lazım olduğunu bilir. Amma əməl edən azdır. Kimdən soruşsan, məsuliyyəti başqasının üzərinə atır. Tutaq ki, polis yolda bu cür sürücünü saxladı, sənədlərini yoxladı və onu xətdən uzaqlaşdırdı. Təsəvvür edin, sərnişinlər polisə irad bildirəcək: “adam normal sürür, sən niyə saxlayırsan və s.”

E.Muradlı vurğulayıb ki, bəzən vətəndaş özü də qayda pozuntusuna göz yumur:

“Dəfələrlə aidiyyəti qurumlar, o cümlədən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) çağırış edib ki, vətəndaşlar belə səfərlər zamanı yalnız etibarlı məntəqələrə və rəsmi daşıyıcılara müraciət etsinlər. Avtovağzaldan bilet alınsın, tanımadıqları şəxslərin nəqliyyat vasitələrindən istifadə olunmasın. Amma əksər hallarda bu çağırışlara əməl edilmir. Çünki məsələyə tanışın tanışı, qohumun sürücüsü prinsipi ilə yanaşılır. Belə yanaşma ilə sərnişindaşıma fəaliyyəti mümkün deyil. İnsanlara düzgün yol göstərirsən, onlar isə tanış və qohumu seçirlər. Son hadisədə yeddi nəfər həyatını itirib. Yaralılar və xəsarət alanlar isə ömür boyu bu hadisənin psixoloji təsiri altında qalacaqlar. Bu sonuncu hadisə olacaqmı? Təəssüf ki, yox”.

Ekspert qeyd edib ki, statistikaya baxdıqda ümumi qəza sayında azalma müşahidə olunsa da, bir qəzada ölənlərin sayı artır:

“Bu isə qəzaların ağırlıq dərəcəsinin artdığını göstərir. Məsələn, bir qəzada 7 nəfərin ölümü sıradan göstərici deyil. İsveçrə kimi ölkədə belə bir hadisə baş versəydi, 7-8 nazirlikdən ibarət fövqəladə komissiya yaradılar, genişmiqyaslı araşdırma aparılardı. Bizdə isə sadəcə cinayət işi açılır. Araşdırma rayon polis idarəsində aparılır, nəticədə ya sürücü cəzalandırılır, ya da ölübsə, işə xitam verilir. Amma bu hadisədə məsuliyyət daşıyan başqa şəxslər də var ki, onların heç biri cəzalanmır. Proses də bu qaydada davam edir”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Avqust 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see248

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see205

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see181

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see153

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see137

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see135

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see132

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see131

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see130

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see129

XVI turun 2 oyunu keçirilib

20 Dekabr 2025 21:50see127

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri