Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Parlaq həyatların pərdəarxası Əslində nə baş verir?

Parlaq həyatların pərdəarxası Əslində nə baş verir?

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Ekranda parlayan lüks həyatlar, bir gecədə varlanan gənclər və hər addımı qələbə kimi təqdim olunan "uğur hekayələri" əslində göründüyü qədər rəvan deyil. Çox vaxt sosial şəbəkələrin pərdəarxasında qalan reallıqlar insanların psixoloji vəziyyətinə ciddi təsir göstərir.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən psixoloq Məryəm Tarverdiyeva bildirib ki, əgər uğur hekayələrindən və motivasiya kurslarından bəhs ediriksə, burada əsas məqam ondan ibarətdir ki, həyatımızın bütün sahələrində motivasiyamız daim yüksək olmur və heç bir uğur hekayəsi yalnız uğurlu addımlardan ibarət deyil. 

"Hər uğurun arxasında böhranların idarə olunması, risklərin qəbul edilməsi, təkrarlanan uğursuzluqlar və səhvlərdən çıxarılan dərslər dayanır. Uğur hekayələrinin görünən tərəfi ilə yanaşı, görünməyən tərəfdə böyük zəhmət, özünü inkişaf etdirmə və davamlı çalışma dayanır ki, bu da nəticədə uğura aparan əsas amillərdən biridir. Bu səbəbdən motivasiya mövzularına yanaşarkən diqqətli olmaq vacibdir. Uğur hekayəsi təqdim edilərkən yalnız nəticə deyil, həmin nəticəyə gedən yol da açıq şəkildə göstərilməlidir. İnsanlar bilməlidir ki, bu uğur hansı çətinliklərdən keçərək əldə olunub. Qarşılaşılan problemlər, verilən qərarlar, emosiyaların idarə olunması və çətin situasiyalardan çıxış yolları bu hekayələrin ayrılmaz hissəsidir. Bunun əsasında isə özünü tanımaq dayanır. Uğurlu insanlar güclü və zəif tərəflərini dərk edir və məhz bu bilik üzərində inkişaf edirlər. İnsan özünü nə qədər yaxşı tanıyarsa, bir o qədər uğur qazana və bu uğuru davamlı şəkildə qoruya bilər".
Psixoloq bildirib ki, uğur hekayələri yalnız nəticədən ibarət deyil. 
"Uğur bir günə əldə edilmir, bəzən aylarla, bəzən illərlə davam edən uğursuzluqlardan sonra formalaşır. Lakin onu qorumaq daha uzunmüddətli prosesdir. Bu səbəbdən əldə olunan uğurun davamlılığını təmin etmək üçün yeni ideyalar, düzgün idarəetmə və nəzarət mexanizmləri vacibdir. İnsanlar yalnız uğura fokuslanmaq əvəzinə, ilk növbədə özlərini tanımağa və psixoloji dayanıqlılıqlarını artırmağa çalışmalıdırlar. Beynin təşvişdən uzaqlaşdırılması, sakitlik və daxili balansın təmin edilməsi bu prosesdə mühüm rol oynayır. Hazır olmaq passivlik deyil, əksinə, psixoloji və fiziki baxımdan öz üzərində işləməkdir. Sağlam həyat tərzi, düzgün qidalanma, fiziki aktivlik və emosiyaların idarə olunması bu hazırlığın əsas komponentləridir. Uğurlu insanlar böhranları çöküş kimi deyil, fürsət kimi qiymətləndirirlər. Onlar qarşılaşdıqları çətinliklərdə çıxış yolu axtarır və vəziyyətdən nəticə çıxarmağa çalışırlar. Uğura gedən yolun mahiyyəti nəticədən daha çox prosesdən zövq almaqda və bu yolu şüurlu şəkildə qurmaqda gizlidir. İnsan da bir anda formalaşmır, zamanla inkişaf edir, möhkəmlənir və həm psixoloji, həm də fizioloji baxımdan güclənir. Buna görə də əsas diqqət öz üzərində işləməyə yönəlməlidir. Psixoloji sağlamlıq baxımından təşviş və həddindən artıq düşüncə hallarını idarə etməyi öyrənmək vacibdir. Bu məqsədlə psixoloq dəstəyi almaq, gündəlik yazmaq, meditasiya ilə məşğul olmaq və sağlam sosial mühitdə olmaq faydalıdır".
Onun sözlərinə görə, uğurlu və motivasiyalı olmaq üçün cəsarət əsas şərtlərdən biridir. 
"Çünki uğur və motivasiya daha çox cəsarətli insanlara məxsusdur. İnsan öz həyatının məsuliyyətini üzərinə götürməli, başqalarının fikirlərindən asılı qalmadan öz hədəflərinə doğru irəliləməlidir. Uğursuzluqların olması təbiidir; bəzən nəticə ilk cəhdlərdə əldə olunmur, lakin davamlı cəhdlər sonda uğura gətirib çıxara bilər. Əgər bir arzu insanı incidir və ya başqalarının gözləntilərinə əsaslanırsa, onun arxasınca getmək doğru deyil. Lakin insanı öz həqiqi mənliyinə aparan, həyat məqsədini hiss etdirən arzular uğrunda mübarizə aparmağa dəyər. Heç bir yol əslində çətin deyil; onu çətinləşdirən insanın düşüncə tərzidir. Əsas məsələ daha çox cəhd etmək və bu yolda özünə yol açmaqdır".
Qısası, sosial mediadakı parlaq uğur hekayələrinə kor-koranə inanmaq əvəzinə, hər bir nailiyyətin arxasında böyük zəhmət və çətinliklərin olduğunu dərk etmək, əsas diqqəti psixoloji hazırlığa və özünü tanımağa yönəltmək lazımdır.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Aprel 2026 22:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see558

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see298

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see291

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see217

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see217

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see216

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see216

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see208

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see204

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see203

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see203

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see203

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see201

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see199

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see199

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see197

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see196

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see195

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see195

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri