Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

ChatGPT də problem yarandı

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Yoqa fitnes deyil, həyat tərzidir, bunu dəyişməyi bacaran xoşbəxt olur Ustadla MÜSAHİBƏ

Yoqa fitnes deyil, həyat tərzidir, bunu dəyişməyi bacaran xoşbəxt olur Ustadla MÜSAHİBƏ

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Həm fiziki sağlamlıq, həm də zehni rifah üçün mükəmməl bir seçim... Söhbət hazırda dünyada da məşhurlaşan sahədən, yəni yoqadan gedir. Ətrafımızda demək olar, əksəriyyət artıq bu sahə ilə maraqlanmağa, dərin biliklər əldə etməyə çalışır. Yoqa həm bədəni, həm də zehni gücləndirmək üçün istifadə edilən bir praktikadır. 

Sfera.az-ın əməkdaşı yoqa təlimi üzrə mütəxəssis, klassik yoqa məktəbinin təsisçisi Elçin Quliyevdən müsahibə alıb. Əvvəlcə qeyd edək ki, Elçin Quliyev Polşada yerləşən Şivananda Yoqa Vedanta Beynəlxalq Mərkəzində təhsil alıb . O, "Yoqa Şiromani" titulunun sahibidir. 2015-ci ildən Hindistan səfirliyi ilə birgə Azərbaycanda (Bakı və regionlar) yoqa festivalların təşkilində iştirak edib.

Sözügedən müsahibəni təqdim edirik:

- Ümumi sualla başlamaq istəyərdim.Elçin bəy, sizin üçün yoqa nə deməkdir və onun həyatınızdakı əhəmiyyəti nədir? Maraqlıdır, yoqa ilə yolunuz necə kəsişdi?
- Yoqa mənim həyat tərzimdir, özümə, ailəmə, cəmiyyətə qarşı münasibətimdir. Yoqlar  “mən yoqa ilə məşğulam”, demir, “mən yoqam” deyirlər. Yəni insan bu həyat tərzini seçir, müəyyən qayda-qanunlar, vedalar əsasında öz yaşamını qurur. Bunlara yoqanın 8 pilləsi - Yama, Niyama, Asana, Pranayama, Pratyahara, Dharana, Dhyana və Samadhi daxildir. Məsələn, yama 5 keyfiyyətdir ki, biz onlardan qurtarmalıyıq və həyatımızda bunu tətbiq etməliyik. Mən, ümumiyyətlə, yoqa ilə 90-cı ildə tanış oldum, bu haqda bacımdan eşitmişdim. Amma SSRİ dövründə yoqa ilə məşğul olmaq qadağan idi. Yenidənqurma başlayandan sonra isə karate, yoqa kimi məşğuliyyət növlərinə icazə verildi. Kitabların çap olunmasına başlanıldı və.s. Mən də həmin zamanlarda yoqa ilə bağlı kitab əldə etdim, ilk avtoritet kitablardan biri idi. Həmin tarixdən mənim yoqa həyatım başladı. Əlbəttə, həyat tərzimi dəyişmək mənim üçün çətin idi.  Ancaq 2002-ci ildə səhhətimdə müəyyən problemlər yaranandan sonra bu məsələyə daha ciddi yanaşdım və həyat tərzimi dəyişərək bundan qurtuldum.

- Yoqanın müxtəlif növləri var (Hatha, Vinyasa, Ashtanga və s.). Sizcə, hansı növ yoqa yeni başlayanlar üçün daha uyğundur və hansı növ yoqa fərqli məqsədlər üçün daha çox tövsiyə olunur?
- Müasir və ənənəvi yoqa var. Ənənəvi yoqa müqəddəs kitablara əsaslanır. Burada bütün biliklər Vedalardan götürülür. Eyni zamanda, ənənəvi yoqada ustad-şagird ardıcıllığı var. Yəni mənim ustadım var, ustadımın da ustadı və.s. Bu, təhlükəsiz bir yoldur. Amma müasir yoqa 20-ci ilin axırlarında ortaya çıxdı. Burada daha çox fiziki hərəkətlərə diqqət yetirilir və bu, bir az təhlükəli, travmatik yoldur. Ustad-şagird ardıcıllığı olmur, müəllimlər öz sistemlərini yaradırlar. Bunun insanlara necə təsir etdiyini zaman onsuz da göstərir. Ənənəvi yoqanın əsas 4 qolu var – bhakti, raja, karma, gena. Mən özüm hatha yoqanı praktika edirəm, yəni biz dərsdə bunu öyrədirik. Hatha yoqa 4 pillədən ibarətdir – yama, nyama,asana, pranayama.Biz daima bu 4 pillə üzərində işləyirik.  Fiziki hərəkətlər 3-cü pillədədir. Buraya düzgün qida, insanın zorakılıqdan uzaqlaşması və.s. daxildir. Ən birinci addım insanın zorakılıqdan uzaqlaşdırılmasıdır. Bu da eyni zamanda birbaşa qida ilə əlaqəlidir. Məsələn, biz ət, yumurta, balıq yemirik. Mən 22 ildir, bunlardan istifadə etmirəm. Ancaq meyvə və tərəvəzlə qidalanıram. Hazırda veqanam, heç süd məmulatından da istifadə etmirəm. Çünki hər bir qida müəyyən enerji daşıyıcısıdır. Aqressiv qida insana narahatlıq verir, səhhətində problemlər yaradır. Həmçinin mən Aşramda təhsil almışam. Ustadımdan xeyir-dua almışam. Eyni zamanda da “Yoqa Şiromani” titulum, beynəlxalq diplomum var.  Bu yolda əsas məsələ ustaddan xeyir-dua almaqdır. Enerjini öz şagirdlərinə ötürmək üçün bu, önəmlidir.  Mənim o zaman fikrim var idi ki, kurs keçməmiş dərslər təşkil edim, amma heç cür alınmırdı, bildiklərimi ötürə bilmirdim. Amma təhsildən, ustaddan xeyir-dua alandan sonra alındı. Bu, ustadın şəxsi təşəbbüsü idi – yəni məni kursa dəvət etmək. Mən Polşaya getdim, ustad təhsil ödənişimi şəxsən qarşıladı.


-  Elçin bəy, yoqa ilə səhhətdəki problemlərin aradan qaldırıldığını bildirdiniz. Maraqlıdır, yoqa məşqlərinin bədən sağlamlığına təsiri necədir? Ən çox hansı fiziki problemlərin qarşısını almaqda kömək edir?
- Problemlər haradan yaranır? İnsanın yaşam tərzindən... Bəzi insanlar təbiətin vəhdətindən uzaqlaşdıran bir yaşam tərzinə sahibdir – siqaret çəkir, içki içir, narkotik qəbul edir, ət yeyir, kofe içir, özünə aid olmayan qidaları qəbul edir və.s. Bu isə problemlərə səbəb olur. Biz həkim deyilik, səhhətində problemi olanlara dərman tövsiyə edə bilmərik. Amma yoqa mütəxəssisinə müraciət edəndə biz bəzi sualları veririk. Məsələn, götürək harada yaşamaqla bağlı sualı. Tutaq ki, şəxs Artyom adasında yaşayır, ora isə rütubətli olduğuna görə, orada insanlar revmatizmdən, sümük problemlərində əziyyət çəkir. Həkimə müraciət edirlər, əməliyyat olunurlar, amma qayıdıb yenə eyni yerdə yaşayırlar. Yoqa terapevt isə revmatizması olan insana yaşadığı yerdən köçməyi tövsiyə edə bilər. Yəni yaşayış yeri sənin üçün uyğun deyil. Əməliyyatla insan problemdən qurtarmır. Bu isə yaşam tərzi ilə bağlı olan məsələdir. Eyni zamanda, qida məsələsi... Hər şey bunlardan başlayır. İnsan həyat tərzini dəyişməklə o problemlərdən uzaqlaşır. Təəssüf ki, biz bu məlumatı uşaq vaxtından bilmirik. 
- Bəs həyatın gərgin anlarında yoqa təcrübəsi ilə hansı nəticələr əldə etmək olar?
- Bilirsiniz, insan həyat tərzini dəyişdikcə stressdən də uzaqlaşır, hətta o mühitdə yaşasan da, neytral vəziyyətdə qalırsan. Hindistanın Rişikeş şəhəri yoqanın paytaxtıdır. Ümumiyyətlə, orada ət qidası yoxdur, nə də kafe, restoran.. Heç vaxt orada sizə belə məhsullar təqdim etməzlər. Hindistanlılar elə də varlı yaşam tərzinə sahib deyillər, amma daxilləri necə rahatdırsa, bu, ətrafa da yayılır. İnsanları da gülərüz, bir-birilərinə qarşı mehriban, yardımsevərdirlər. Bu şəhərə gedib gələndə dediyim ab-havanı müşahidə edirəm. Adam elə bir yerdən ayrılmaq istəmir. Yəni insanın özündən asılıdır, gərginliyi özümüz yaradırıq. Ona görə həyat tərzimizi dəyişməklə bunun da öhdəsindən gələ bilərik – yoqa bizə bu metodları verir. 


- Yoqa və meditasiya arasındakı əlaqəni necə izah edərdiniz? Sizcə, meditasiya yoqanın ayrılmaz bir hissəsidir, yoxsa onları ayrıca tətbiq etmək də mümkündür?
- Meditasiya yoqanın 7-ci pilləsidir (dhyana). Yəni ona qalxana kimi insan bunların hamısını öz təcrübəsindən keçirməlidir ki, o səviyyəyə yüksəlsin. Meditasiya əyləncə deyil. İnsan praktika etdikcə, o hala girir. İnsan həyat tərzini, qidasını tənzimləməsə, hər hansı meditasiyadan danışmaq mümkün deyil. Yəni bu pillə-pillə gəlir. Meditasiyaya daha ciddi yanaşmaq lazımdır. 
- Elçin bəy, yoqanı yeni öyrənməyə başlayan insanlara hansı məsləhətləri verərdiniz? Hər kəs yoqa ilə məşğul ola bilərmi?
- Bəli. Yeni dərsə gələnlərə həmişə sual veririk ki, səhhətində hansı nasasızlıqlar var. Hər insana individual yanaşmaq lazımdır. Şəxsin səhhətinə uyğun olaraq proqram tərtib edirik və tədricən insan mövcud problemlərindən uzaqlaşır. Amma mütləq müəyyən prosedurlara əməl etmək lazımdır – təmizlik metodları, qida tərzi və.s. Məsələn, şadkarma mütləqdir, yoqanın bünövrəsidir. Bədən təmizlənməsə, insan ilahi biliyi heç zaman başa düşməz.


- Yoqa son illərdə bütün dünyada çox populyarlaşdı. Sizcə, bu populyarlığın səbəbi nədir? 
- Yoqa bu gün bütün dünyada məşhurdur. Bu proses 60-cı illərdə Amerikada başladı. İnsanlar həyat tərzlərini dəyişdikcə, pis vərdişlərdən, narkomaniyadan, içkidən uzaqlaşırlar. İnsan görür ki, praktika edərkən nə qədər həzz alır, həqiqətən onda böyük dəyişikliklər olur. Yoqa dərsdə bir dəfə iştirak edənin belə ab-havasına təsir edir. Kim olur-olsun.Sadəcə dərsə gələn bir az rahat olmalıdır, qalanı öz qaydasında davam edir. İnsan daxilində elə bir rahatlıq tapır ki, başqa heç nədə bu effekti almaq mümkün olmur – nə antidepressan,nə içki, nə də narkotik. Ona görə də, yoqa əvəzolunmazdır. Yoqanın populyarlaşmasının başqa səbəbi də odur ki, dünyada iqlim dəyişikliyi başlayıb, ekoloji problemlər var və insanlar həyat tərzini dəyişdikcə, bu, sözügedən hadisələrə də müsbət təsir edir. Heyvanları süni artırmağa və ya bu kimi proseslərə ehtiyac yoxdur. İnsan bu həyat tərzində yaşasa, Yer üzündə böyük dəyişikliklər reallaşar. Ümid edirəm ki, bu davam edəcək. Yoqa insan cəmiyyətinin xilasıdır. 2015-ci ildən etibarən BMT-də Yoqa Günü elan olundu ki, bütün dünyada məşhurlaşsın. Hazırda Amerikada, Avropada, Hindistanda və digər ölkələrdə yoqa məktəbləri açılır. Nə zamansa Azərbaycanda da bunun olacağına ümid edirəm.
- Maraqlıdır, bir yoqa ustası olaraq, öz təcrübənizdə necə davamlı inkişaf edirsiniz? 
- Aşramda təhsil keçəndən sonra ustad şagirdə sadhana verir. Bu, sənin mənəvi praktikanla bağlı məlumatlardır. Səhər tezdən durmaq, şəxsi gigiyena qaydalarına əməl etmək, kitablar oxumaq, eyni zamanda oxuduqlarını həyatına tətbiq etmək və.s. Sınaqlar çoxdur. Yəni gündəlik sadhana önəmlidir. İnsan hər gün çalışmalıdır ki, bu həyat tərzində yaşasın, dəyişiklikləri hiss etsin. Heç kim kamil doğulmur. Lakin üzərində işləyən insan öz qüsurlarını görür, həll etməyə çalışır. Nəhayət, kamilliyə can atır. Yoqa bizə kamil olmağı başa salır. İnsan gördüyü işdən zövq almalıdır – buna karma yoqa deyirlər. Gördüyümüz işdən zövq alsaq, nəticə də möhtəşəm olacaq. Fərqi yoxdur, bu, otağı təmizləmək, yemək bişirmək də ola bilər. Yoqa bizə sonda özümüzü dərk etməyi öyrədir, praktikaların hamısı bunun üçündür. Yoqanı fitneslə də əlaqələndirmək olmaz. Bu sahənin onunla heç bir bağlılığı yoxdur. Yoqa həyat tərzidir. 


- Qidalanmadan danışdınız. Yoqa praktikasının uğurlu olması üçün hansı qida seçimlərinə diqqət etmək lazımdır?
-Qida yoqada əsas rol oynayır. Belə bir söz var – biz nə yeyiriksə, oyuq. Bədən hüceyrələrimiz yediyimiz məhsuldan qurulub. Yoqa isə deyir ki, xeyirxahlıq, ehtiras, cəhalət üç keyfiyyətdir. Xeyirxahlıq qunasında olan qidalar göy-göyərti, meyvə, qoz-fındıq, düyü və.s-dir. İnsan daima bu qidalardan, eləcə də içkilərdən ancaq təmiz su, müxətlif otlardan çaylardan istifadə edirsə, rahat olur. Yoqlar, ümumiyyətlə, kofe, qara çay kimi içkilərdən istifadə etmirlər. Ehtiras qunasında ət, acı ədviyyatlar, müxtəlif spirtli içkilər və.s yer alır. İnsan bu cür qidalardan istifadə edən zaman aqressiv olur. Ət yırtıcı heyvanların qidasıdır, insan da bunları istehlak edəndə məhz belə olur. Ət insan təbiətinə uyğun deyil, müəyyən problemlər yaradır. Ətdə elə maddələr var ki, bədən onu xaric edə bilmir. Bu isə müəyyən xəstəliklərə (şəkər, ürək-damar və.s) gətirib çıxarır. Cəhalət qunasında isə köhnəlmiş qidalar, konservlər, xarab olmuş məhsullar, narkotik, şərab və.s var. İnsan daim belə qidalanarsa, müəyyən vaxtdan sonra nəinki depressiyaya düşər, hətta özünə qəsd etməyə də hazır olar. Çünki dediyim kimi bədənimizin bütün hüceyrələri yediyimiz məhsullardan qurulur. Ola bilməz ki, biz aqressiv qida qəbul edək, amma sabit ab-havada yaşayaq. Hətta mənəvi həyat da sürsək, ibadətlər də etsək, bu hal mümkün deyil. İnsan ət yeyirsə, öz hislərini heç zaman cilovlaya bilməz. Qida müəyyən bir proqram daşıyır. Heyvanın başını kəsən zaman dua oxusanız da o, ağrı hiss edir. Həmin o zülm, ağrı, qorxu əti qəbul edən adama keçir. İnsan bunu başa düşməli və qida seçimində diqqətli olmalıdır. Yoqa bizə bunu öyrədir. Vaxtında yeməliyik, gün batandan sonra qidalanmaq məsləhət deyil. Günəş başımızın üstündə olan zaman qida həzm olunur. Xülasə, yoqa bizə hər bir xırdalığı başa salır. Ona görə də bu elmə aşiqəm.


- Bəs Azərbaycanda yoqa mədəniyyətinin inkişafını necə qiymətləndirirsiniz? Yoqanın ölkəmizdə populyarlaşmasının qarşısını alan nədir?

- Ustadımdan hər zaman xahiş edirdim ki, başqa ölkəyə getməyimə kömək etsin. Bilirdim ki, burada məni yoqa ilə bağlı çoxlu çətinliklər gözləyir. Ustadım isə deyirdi ki, sən orada doğulmusan, orada lazımsan. Düzdür, 2009-cu ildə təhsil alıb qayıdandan sonra çox çətinliklərlə qarşılaşdım, Azərbaycanda yoqa haqqında heç bir məlumat yox idi. Küçələrə düşüb elanlar yapışdırırdım, hətta bir dəfə polis məni buna görə saxlayıb sorğulamışdı. İcarəyə yer götürmək çox baha idi, hər zaman bu cür çətinliklərlə qarşılaşırdım və bunu ustadımla da bölüşürdüm. Ancaq ustadım mənə ürək-dirək verirdi, bunun öhdəsindən gəlməli olduğumu deyirdi. Bir neçə il sonra elə oldu ki, icarəyə götürdüyüm yerdə bir müddət fəaliyyət göstərə bilsəm də, ora bağlandı. Mən bu dəfə xaricə getməyə hazırlaşdım. 2016-cı ildə bununla bağlı müraciət etdim, mənə Amerika və Hindistandan təkliflər gəldi. Kaliforniya ştatında bizim aşram var idi, ora getmək fikrinə düşdüm. Əlaqə saxladım, dəvət etdilər. Aşramda daimi qalırlar, könüllü kimi müəyyən xidmətlər göstərirlər, eyni zamanda hamı ilə bir yerdə məşq edirlər. Gün ərzində hardasa 4 saat hansısa sahə üzrə xidmət göstərirsən. Bu, əkin sahələrində, yemək bişirməkdə köməklik ola bilər. Amma həyat elə gətirdi ki, məni Azərbaycanda yoqanı təbliğ etməyə dəvət etdilər, dəstək ola biləcəklərini bildirdilər. Bu zaman ustadımın sözlərini xatırladım. Gördüm ki, bunun vaxtı gəlib çatdı. Həmin zamandan yoqanın təbliğatına başladıq, yüzlərlə insan gəldi. Getdikcə Azərbaycanda da yoqa yayılır, amma istərdim ki, insanlar buna daha ciddi yanaşsınlar. Yoqa fitnes deyil, onun əsas məqsədi dünyanın əmin-amanlığıdır. Təbii ki, ciddi yanaşanlar, həyat tərzini dəyişənlər var. Bu çox sevindirici haldır. Belə insanlar nə qədər çox olsa, dünyamız bir o qədər gözəlləşər.  


- Son olaraq, bir yoqa ustası kimi şəxsi missiyanız nədir? Tələbələrinizə və ya yoqaya marağı olanlara hansı dəyərləri aşılamaq istəyirsiniz?
- Mənim missiyam bu biliyi insanlara ötürməkdir. İstəyirəm ki, ailə üzvlərim də bu yolla getsinlər. Harada yaşamağından asılı olmayaraq, əlimdən gələni etməyə, bu yolla getmək istəyənlərə dəstək göstərməyə hazıram. Ustadların verdiyi bilikləri şagirdlərimlə bölüşürəm. Burada şəxsi metodum yoxdur. Sadəcə istərdim ki, ustadlarımın etdiyinin heç olmasa 10 faizini insanlara çatdıra bilim. Bu, gözəl bir yoldur. İnsanlar, tələbələrim həyat tərzini dəyişdikcə, müsbət dəyişikliklər görür və bu, məni çox sevindirir. Onların ailələrində münasibətlər düzəlir, mehriban olurlar, tamamilə dəyişirlər. Bu yolda hamıya uğur arzulayıram. Yalnız xoşbəxt olan insan ətrafa da bunu yaya bilər. Yoqa da bizə bu yolu göstərir. 

Günay Rəsulqızı
Fotolar: Anar Bayramlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 24 Yanvar 2025 02:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see223

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see200

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see183

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see182

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see169

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see168

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see166

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see153

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see150

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see148

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see147

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see142

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see126

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see125

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri