Yorulmaq nədir bilməyəcəklər: “Ağıllı” qanla super əsgərlər hazırlanır
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
ABŞ-də alimlər əsgərlərin dözümlülüyünü və fiziki imkanlarını artırmağa yönəlmiş “ağıllı” qırmızı qan hüceyrələri üzərində çalışırlar.
“Cebheinfo.az” xəbər verir ki, layihəyə Kaliforniya Universitetinin San Dieqo kampusu rəhbərlik edir. Üç ildir davam edən tədqiqat ABŞ Müdafiə Nazirliyinə bağlı DARPA tərəfindən 11 milyon dollardan çox vəsaitlə maliyyələşdirilir.
Araşdırmanın əsas məqsədi qırmızı qan hüceyrələrinin daha çox oksigen daşımasını təmin etməkdir. Alimlərin fikrincə, bu texnologiya gələcəkdə əsgərlərin uzunmüddətli fiziki fəaliyyət zamanı daha davamlı olmasına, yorğunluğun təsirinin azalmasına və ümumi performansın yüksəlməsinə kömək edə bilər.
Hazırlanan hüceyrələr ilkin mərhələdə xüsusi bioreaktorlarda laboratoriya şəraitində sınaqdan keçiriləcək. Layihə çərçivəsində insanlar üzərində təcrübələrin aparılması nəzərdə tutulmur. Tədqiqatçılar bildirirlər ki, bu texnologiya gələcəkdə yalnız hərbi sahədə deyil, tibbdə də geniş tətbiq oluna bilər.
“Ağıllı” qırmızı qan hüceyrələrinin infarkt, insult, damar xəstəlikləri, diabetlə əlaqəli yaralar və anemiya kimi oksigen çatışmazlığı ilə bağlı xəstəliklərin müalicəsində istifadə perspektivi qiymətləndirilir.
Həmçinin texnologiyanın gələcəkdə xərçəngin erkən diaqnostikası və müalicəsində mühüm rol oynaya biləcəyi ehtimal edilir. Mövzu məşhur “Captain America” filmini də xatırladır.
Filmdə zəif bədən quruluşlu Stiv Rocers eksperimental “Super Əsgər Serumu” vasitəsilə qeyri-adi güc, dözümlülük və reflekslərə sahib super əsgərə çevrilirdi.
Əfsanə
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 03 Sentyabr 2026 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















