Icma.az
close
up
RU
Yorulmaz əkinçi: Həsən bəy Zərdabi kitabının təqdimatı keçirilib

Yorulmaz əkinçi: Həsən bəy Zərdabi kitabının təqdimatı keçirilib

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Noyabr ayının 25-də "Libraff"ın "Park Akademiya" filialında ədəbiyyatşünas-alim və diplomat, Azərbaycanın Bosniya və Hersoqovinada fövqəladə və səlahiyyətli səfiri, filologiya elmləri doktoru, professor Vilayət Quliyevin Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabiyə həsr olunmuş, "TEAS Pres" nəşriyyatında çapdan çıxmış "Yorulmaz əkinçi: Həsən bəy Zərdabi" kitabının təqdimatı və imza mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu il milli mətbuatımızın 150 illik yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı sərəncamı xatırladaraq professor Vilayət Quliyevin "Yorulmaz əkinçi: Həsən bəy Zərdabi" kitabının milli mətbautımızın yubileyinə layiqli töhfə olduğunu bildirib. Vilayət Quliyevin uzun illərdir tariximizin qaranlıq səhifələri ilə bağlı ən müxtəlif mövzuları yorulmadan, davamlı şəkildə araşdırdığnı, onun bu zəhmətinin xüsusi rəğbət və ehtirama layiq olduğunu qeyd edən R.Məcid hörmətli professorun tədqiqatlarının istər elmi, istərsə də ictimai mühitimiz və oxucu auditoriyası tərəfindən böyük məmnunluqla izləndiyini vurğulayıb: "Vilayət müəllim "525-ci qəzet"in ən ardıcıl və ən çox arzulanan müəlliflərindəndir. Bu kitabdakı məqalələrin də bəzilərini "525-ci qəzet"də ayrı-ayrı vaxtlarda çap eləmişik. Ümumilikdə kitabda Həsən bəy Zərdabiylə bağlı çox qiymətli araşdırmalar yer alıb. "Xatirələr", "Nekroloqlar və vida sözləri", "Məktublar" bölümlərindəki materiallar mətbuatımızın banisinin həyat yolunu öyrənmək baxımından olduqca qiymətli məxəzlərdir".

Tədbirdə çıxış edən Azərbaycanın dövlət və siyasi xadimi, diplomat, tarix elmləri doktoru Həsən Həsənov Vilayət Quliyevlə şəxsi münasibətlətinin tarixinin 50 il əvvələ təsadüf etdiyini, bu münasibətlərin sonradan dostluğa çevrildiyini bildirib, onun ölkəmizin Polşa və Macarıstanda səfiri işlədiyi dövrdə diplomat kimi öz vəzifə borcunu məsuliyyət və şərəflə yerinə yetirməklə (təsadüfi deyil ki, hər iki ölkənin yüksək ordenlərinə layiq görülüb) bir sırada arxiv və kitabxanalarda fəal çalışaraq Azərbaycan-Polşa və Azərbaycan-Macarıstan əlaqələrinə dair  qiymətli tədqiqat əsərləri yaratdığını qeyd edib. H.Həsənov V.Quliyevin Polşa tatarlarına dair əsərlərinin Polşada da diqqəti çəkdiyini, iki kitabının polyak dilinə tərcümə olunaraq bu ölkədə çap edildiyini, "Bəkir Çobanzadə. Budapeşt illəri" monoqrafiyasının isə hazırda macar dilində nəşrə hazırlandığını yada salıb. Natiq Həsən bəy Zərdabi haqqında kitabın təkcə Azərbaycanın mətbuat tarixinə deyil, müasir dünya millətinə çevrilmək yolundakı tariximizə də ciddi töhfə olduğunu vurğulayıb. O, yeni tipli məktəb, milli teatr, qəzet, xeyriyyə cəmiyyəti, qızlar üçün təhsil, Bakını Azərbaycanın mədəni-mənəvi və iqtisadi paytaxtına çevirmək uğrunda istiqamətində Zərdabinin gördüyü işlərin əslində müstəqil Azərbaycan dövlətçiliyinin - Cümhuriyyətin bünövrə daşları olduğunu deyib. Hazırda Vilayət Quliyevlə birlikdə Ə.Topçubaşovun 4 cildlik əsərlərini ana dilində nəşrə hazırladıqlarını, bu əsərlər içərisində Zərdabi haqda yazılmış "Azərbaycanın yol göstərəni" essesinin mühüm yer tutduğunu yara salan natiq ölkəmizin dünyada tanıdılmaq işində Vilayət Quliyev kimi vətənpərvər ziyalıların əvəzsiz xidməti olduğunu xüsusi vurğulayıb.

Azərbaycanın Ukraynadakı keçmiş səfiri, Xalq yazıçısı Elmira Axundova çıxışında Vilayət Quliyevlə birlikdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstututunda, Azərbaycan Xarici İşlər Nazirliyində birlikdə uzun illər çalışdıqlarını, vaxtı ilə Ukraynaya səfir təyin olunanda ən qiymətli məsləhətləri ondan aldığını xatırladıb. O, Vilayət Quliyevin köməyi və yaxından iştirakı ilə səfirlikdə Azərbaycan ədəbiyyatı və mədəniyyətinin, xüsusən də Kiyev universitetinin məzunu, Azərbaycan Cümhuriyyətinin Ukraynada ilk nominal səfiri Yusif Vəzir Çəmənzəminlinin fəaliyyətinin öyrənilməsi sahəsində bir sıra tədbirlər həyata keçirdiklərini yada salıb. Elmira Axundova onun bütün digər əsərləri kimi Zərdabi haqqındakı kitabının da fakt-sənəd bazasının zənginliyi, təhlil dərinliyi, münasibət yeniliyi, özündən əvvəl qələmə alınan əsərlərə ehtiram və diqqət ruhu ilə səciyyəvi olduğunu  qeyd edib. Bu yaxınlarda həmkarının hələ çap prosesində olan "Naxçıvandan dünyaya. Bir bəhai ailəsinin tarixçəsi" kitabının əlyazması haqqında rus və Azərbaycan dillərində böyük bir məqalə yazdığını, məhz Vilayət Quliyevin əsəri olduğu üçün kitaba indidən cəmiyyətdə böyük maraq olduğunu deyib. Çıxışının sonunda Elmira Axundova yazıçı-diplomat həmkarının tək Azərbaycanın ədəbi-mədəni fikrində deyil, ictimai-siyasi həyatında və diplomatiya tarixində də mühüm, yaddaqalan izlər qoyduğunu bildirib.

Həsən bəy Zərdabinın Azərbaycan xalqının ictimai fikir tarixində parlaq mövqe tutduğunu vurğulayan Bakı Dövlət Universitetinin professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli ölümündən sonra Zərdabi irsinin Fərhad Ağazadədən, Ziyəddin Göyüşovdan İzzət Rüstəmova, Rəhman Bədəlova kimi bir çox görkəmli tədqiqatçılar tərəfindən müntəzəm olaraq araşdırıldığını, professor Vilayət Quliyev də həmin o görkəmli tədqiqatçılardan biri olduğunu bildirib: "Kitab çox maraqlı tərtib olunub. Vilayət Quliyevin öz tədqiqatları, Zərdab haqqında xatirələr, məktublar, dəfnində olan çıxışlar bir-bir o dövrün qəzetlərindən seçilərək bu kitaba salınıb. Həsən bəy Zərdabi sözün həqiqi mənasında millət qurucusudur və bu quruculuq yolunda, bu mübarizədə Həsən bəy Zərdabi elə böyük çətinliklərlə üzləşib ki, elə böyük fədakarlıqlarlar göstərib ki, bəzən düşünürsən, bu, bir insan ömrünə sığan böyük işlər deyil. O, Azərbaycanda ilk xeyriyyə cəmiyyəti yaradan, ilk teatrın bünövrəsini qoyan, ilk qəzet yaradan, ilk qız məktəbi layihəsini verən, Bakı şəhər Dumasında sözün həqiqi mənasında millətin mənəviyyatı və hissiyyatı uğrunda mübarizə aparan böyük bir fədakar, əvəzssiz şəxsiyyət olub".

Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Asif Rüstəmli bildirib ki, Azərbaycan milli mətbuatının 150 illiyinin qeyd edildiyi bir zamanda professor Vilayət Quliyevin "Yorulmaz Əkinçi Həsən bəy Zərdabi" adlı kitabının geniş oxucu auditoriyasına təqdimatı "Əkinçi"nin əsryarımlıq yubileyinə ən sanballı töhfələrdən biridir: "Onun 21 il əvvəl eyni mövzuya həsr edilmiş "Böyük Əkinçi" monoqrafiyasını da xatırlayıram. Hər iki kitabının adında "Əkinçi" kəlməsindən əvvəl işlətdiyi və Həsən bəy Zərdabiyə aid etdiyi "böyük", "yorulmaz" keyfiyyət xüsusiyyətləri həm də Vilayət müəllimin özünə, fəaliyyət prinsiplərinə şamil etmək olar. Yazılarımın birində onun haqqında vurğulamışdım: faktların yeniliyi, zənginliyi, dil-üslub cazibədarlığı, təhlil və dəyərləndirmənin orijinallığı, mükəmməlliyi, yaradıcılıq prosesinin intensivliyi, səmərəliliyi, mövzuların aktuallığı, bənzərsizliyi baxımından möcüzələrin də adiləşdiyi çağdaş dünyamızda məni heç kəs professor Vilayət Quliyev qədər heyrətləndirməyib. Müəllifin təqdim olunan yeni kitabı da deyilən kriteriyaların tələblərinə yüksək səviyyədə cavab verir".

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli, Azərbacan Dillər Universitetinin prorektoru, professor Həmidə Əliyeva, "Ədəbiyyat qəzeti"nin baş redaktoru, filologiya elmləri üzrə fəlsəfə doktoru Azər Turan, Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli və digər çıxışçılar Həsən bəy Zərdabinin ölkəmizin ictima-mədəni və maarifçilik sahəsindəki misilsiz xidmətlərindən danışıb, böyük Zərdabinin bu xidmətlərini əhatəli elmi araşdırmaya cəlb etmiş ədəbiyyatşünas-alim Vilayət Quliyevin tədqiqatının aktuallığından söz açıblar.

Təqdimat mərasiminin sonunda kitab müəllifi Vilayət Quliyev çıxış edərək əsəri nəfis şəkildə çap etdiklərinə görə "Teass PRESS" nəşriyyatına, təqdimat mərasiminin təşkilində xüsusi əməyi olan Azərbaycan Mətbuat Şurasına, tədbir iştirakçılarına minnətdarlığını çatdırıb. Milli Mətbuatımızın 150 illiyinin bayram edildiyi bir vaxtda bu müzakirənin, söylənən fikir və mülahizələrin xüsusi ilə yerinə düşdüyünü qeyd edib. Kitab üzərindəki işindən danışarkən bu günümüz baxımından XX əsrin əvvəllərindəki mətbuat fədailərimiz, xüsusən də Zərdabi şəxsiyyəti və irsində öyrənilməsi, yaşadılması, estafet kimi gələcəyə ötürülməsi vacib olan məqamları vurğulayıb. V.Quliyev iştirakçıları maraqlandıran bəzi suallara da cavab verib.

Tədbirin sonunda "Yorulmaz əkinçi: Həsən bəy Zərdabi"  kitabının imza mərasimi keçirilib, xatirə şəkilləri çəkilib.

"525"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Noyabr 2025 08:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see304

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see293

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see276

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see247

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see239

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see192

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see191

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see175

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see173

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see152

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see145

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see143

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see142

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see142

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see129

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see128

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see128

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see126

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri