Icma.az
close
up
RU
Bakıda “Həsən bəy Zərdabi və Tiflis mühiti” kitabının təqdimatı olub

Bakıda “Həsən bəy Zərdabi və Tiflis mühiti” kitabının təqdimatı olub

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 17 oktyabr, AZƏRTAC

Azərbaycanda Atatürk Mərkəzində Zərdabişünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü Eldəniz Həsənovun “Həsən bəy Zərdabi və Tiflis mühiti” adlı yeni kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə tanınmış elm və mədəniyyət xadimləri, deputatlar, ictimaiyyət nümayəndələri və ziyalılar iştirak ediblər.

Təqdimat mərasimində çıxış edən tanınmış şair və alim İslam Sadıq Həsən bəy Zərdabinin torpaqşünaslıq və yerquruluşu sahəsindəki fəaliyyətindən söhbət açaraq deyib: “Müəllifin yeni kitabında həm elmi, həm də tarixi baxımdan böyük əhəmiyyət daşıyır. Bu kitabdan əvvəl nəşr olunan “Həsən bəy Zərdabi irsi və keşməkeşli həyat yolu”, “Zərdab və Zərdabilər” əsərlərində də Zərdabinin fəaliyyətinin az öyrənilmiş tərəfləri geniş şəkildə təqdim olunur”.

Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədr müavini Rəşad Məcid kitabda Həsən bəy Zərdabinin həyat yolu, şəcərəsi və onun yaxın qohumlarının Tbilisi mühitindəki rolunun əks olunduğunu diqqətə çatdırıb. “Əsərdə Həsən bəy Zərdabinin ailə bağları, onun Tbilisi şəhəri ilə əlaqələri, bu mühitin onun həyatındakı mühüm rolu diqqətə çatdırılıb. Kitabda yeni faktlar yer alıb ki, bu da əsəri daha da dəyərli edir”,- deyə R.Məcid əlavə edib.

Milli Məclisin deputatı Səyyad Aran qeyd edib ki, müəllif ömrünü Həsən bəy Zərdabinin irsinin tədqiqinə həsr edib. Deputatın sözlərinə görə, Eldəniz Həsənovun əsərində Zərdabinin şəcərəsi ilə bağlı geniş və dəyərli məlumatlar toplanıb. Bu, həm tariximiz, həm də milli kimliyimiz baxımından vacib mənbədir.

Xalq artisti, tanınmış dirijor Yalçın Adıgözəlov Zərdabinin irsinin gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayaraq deyib: “Həsən bəy Zərdabi milli mətbuatımızın banisi olmaqla yanaşı, böyük maarifçi və ziyalı idi. Onun irsini qorumaq və gənclərə tanıtmaq hər birimizin borcudur”.

Tədbirdə çıxış edən kitabın müəllifi Eldəniz Həsənov əsərin yaranma məqsədi və əhəmiyyəti barədə danışıb. Bildirib ki, bu kitabda Həsən bəy Zərdabinin və onun ailəsinin Tbilisi mühitindəki həyatı, Zərdabi və Topçubaşov nəsilləri arasındakı qohumluq əlaqələri, gürcü xalqı ilə dostluq münasibətləri geniş şəkildə araşdırılıb.

“Mövzu üzrə aparılan tədqiqatların azlığını nəzərə alaraq, tarixi sənədlərə, arxiv materiallarına, alimlərin əsərlərinə və mətbuat mənbələrinə əsaslanaraq bu kitabı yazdım. Əsərdə Həsən bəy Zərdabinin ulu babası Malik Fətəli bəy, babası Malik Rəhim bəy, atası Salim bəy, eləcə də ailə üzvlərinin həyat yolu, Azərbaycan və Gürcüstan arasında tarixi-mədəni əlaqələr ətraflı işıqlandırılıb: “Əsərin yazılmasında məqsəd həm Zərdabinin nəsil tarixini qorumaq, həm də Azərbaycan–Gürcüstan dostluğunun dərin tarixi köklərini göstərməkdir”,- deyə müəllif əlavə edib.

Tədbirdə çıxış edən digər qonaqlar əsərin elmi və tarixi dəyərini yüksək qiymətləndiriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Oktyabr 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri