Icma.az
close
up
RU
“Yoxsa xaos yaranacaq” Ali Məhkəmənin qərarı minlərlə insanın əmlak probleminə çarə ola bilər

“Yoxsa xaos yaranacaq” Ali Məhkəmənin qərarı minlərlə insanın əmlak probleminə çarə ola bilər

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Çıxarışı olmayan bina icarəyə verilir. Bu qanunsuzdur. Çünki Daşınmaz Əmlakın Dövlət Reyestrində olmayan sahəni icarəyə vermək olmaz. Çıxarış yoxdursa, deməli, binanı hələ də FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi qəbul etməyib”.

Bunu "Yeni Sabah"a hüquqşünas Əkrəm Həsənov bildirib.

O bildirib, Ali Məhkəmənin Kommersiya Kollegiyası çox mühüm qərar qəbul etmək ərəfəsindədir:

“Qərar təxminən may, yaxud iyun ayında çıxarılaca. Çünki Ali Məhkəmənin işlərə nə vaxt baxıb, nə vaxt qərar verdiyi dəqiq bilinmir. Amma hər bir halda qərar elan olunması təxminən 2 ay vaxt çəkəcək.

Söhbət ondan gedir ki, çıxarışı olmayan bina icarəyə verilir. Bu qanunsuzdur. Çünki Daşınmaz Əmlakın Dövlət Reyestrində olmayan sahəni icarəyə vermək olmaz. Çıxarış yoxdursa, deməli, binanı hələ də FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi qəbul etməyib.

Son zamanlar bu məsələyə daha ciddi yanaşılır. İcarə müqaviləsi notarial qaydada təsdiq olunmalıdır. Amma vəkili olduğum bir şəxs icarə müqaviləsi bağlasa da, problemlə üzləşib. Çıxarışa görə. İcarəyə verən tərəf icarədarı məhkəməyə verib, halbuki onların real olaraq icarə münasibətləri yoxdur. Yəni müvəkkilim çıxarış tələ edib, amma ona çıxarış təqdim olunmayıb. Apelliyasiya Məhkəməsi də iddianı tam təmin edib”. 

Əkrəm Həsənovun fikrincə, Ali Məhkəmə Apelliyasiya Məhkəməsinin qərarını təsdiq etməyəcək:

“Ona görə də gözlənti budur ki, ya Ali Məhkəmə deyəcək ki, Apelliyasiya Məhkəməsi düz iş görmür. Ya da o, Apelliyasiya Məhkəməsinin mövqeyini təsdiqləyəcək. Yəni çıxarış və müqavilənin notarial təsdiqinə ehtiyac yoxdur.

Nəzərə alaq ki, insanların çoxusu çıxarışsız evlərdə yaşayır. Mənə elə gəlir ki, Ali Məhkəmə Apelliyasiya Məhkəməsinin qərarını təsdiq etməyəcək. Əks halda, daşınmaz əmlak sahəsində tam xaos yaranacaq”.

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 28 Aprel 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri