Icma.az
close
up
RU
Yoxsulluq valideynləri tükəndirir, uşaqlar müəssisələrə göndərilir EKSPERT

Yoxsulluq valideynləri tükəndirir, uşaqlar müəssisələrə göndərilir EKSPERT

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Valideynlik hüquqlarının itirilməsi artıb, səbəb təkcə fərdi məsuliyyətsizlik deyil


2024-cü ildə 73 nəfər valideynlik hüquqlarından məhrum edilib.

Bu, Dövlət Statistika Komitəsinin nəşr etdirdiyi "Azərbaycanda hüquqpozmalar" məcmuəsində öz əksini tapıb.

Ötən il 8 nəfərin isə valideynlik hüququ məhdudlaşdırılıb.


Sosioloq Yusif Nəbiyev “Sherg.az”a bildirdi ki, valideynlik hüquqlarından məhrum edilmə hallarının artmasını sosioloji baxımdan təkcə fərdi məsuliyyətə bağlamaq yanlış olardı:

“Burada sosial dəstək sistemlərinin də axsaması önəmli rol oynayır. Xüsusilə, ailə institutu zəiflədikcə sosial nəzarət mexanizmləri ifrat elastikləşir və valideyn–uşaq münasibətləri hüquqi müdaxiləni labüd edəcək qədər pisləşir. Azərbaycanda son illərdə ailə münaqişələrinin, məişət zorakılığının, alkoqol və narkotik istifadəsinin artması, eləcə də boşanma hallarının artması bu prosesin də struktur səbəblərini gücləndirir. Burada, əlbəttə ki, maddi çətinliklər də öz rolunu oynayır. Unudulmamalıdır ki, maddi çətinlik təkcə “pul yoxluğu” demək deyil, həm də sosial kapitalın aşınması deməkdir. Yoxsulluq valideynlərin emosional resurslarını da tükəndirir, stress səviyyəsini qaldırır və valideynlik funksiyalarını effektiv yerinə yetirmələrini daha da çətinləşdirir. İşin ironik tərəfi isə odur ki, dövlət çox vaxt uşağı ailədən alıb müəssisəyə yerləşdirmək üçün vəsait tapır, amma ailənin özünü maddi olaraq ayaqda tutmasına sərmayə qoymaqda "çətinlik çəkir". Yəni, xəstəliyi müalicə etməyə pul tapılmır, amma əlamətləri gizləmək üçün - ağrıkəsicilər üçün pul tapılır. Təəssüf ki, hazırda belə bir paradoksa şahidlik edirik. Uzun sözün qısası, maddi çətinliklər valideynlik hüquqlarının itirilməsində tətikləyici rol oynayır, amma əsas məsələ sosial dəstək mexanizmlərinin zəifliyi və ailə institutunun sosial-iqtisadi təcrididir. Sistemik konstruktiv müdaxilə olmadığı müddətcə isə bu tip köklü problemləri simptomatik müdaxilələrlə həll etmək mümkün olmur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Avqust 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see170

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see148

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see141

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see133

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see132

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see129

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri