Icma.az
close
up
RU
Fransada yoxsulluq artır

Fransada yoxsulluq artır

Icma.az bildirir, Azertag portalına istinadən.

Paris, 28 sentyabr, AZƏRTAC

40 il əvvəl, 1985-ci ildə ehtiyacı olan insanlar üçün pulsuz yeməkxana – "Restos du Cœur" assosiasiyası açılıb. O vaxtlar 8 milyon yemək paylanılıb. 2025-ci ildə isə bu rəqəm 160 milyon yeməyə çatıb və hər gün yeni insanlar yardım üçün bu assosiasiyanın yerli mərkəzlərinə müraciət edirlər.

AZƏRTAC xəbər verir ki, bugünkü statistika narahatedicidir. Yardım alanların yarıdan çoxu 30 yaşdan aşağıdır, üçdə biri isə azyaşlıdır. Ən çox müraciət edənlər arasında tək valideynli ailələr, gəliri qeyri-sabit olan işçilər, tələbələr, pensiyaçılar və miqrantlar var. Üç yaşından aşağı uşaqlar da (valideynləri ilə birlikdə) çoxluq təşkil edir. Yardım alanların arasında yaşlı qadınlar, xüsusilə 70 yaşdan yuxarı olanlar ön plandadır. Bu vəziyyət onların illər boyu yaşadığı əmək və pensiya bərabərsizliyinin nəticəsi olduğu bildirilir.

"Restos du Cœur" müşahidə mərkəzinin məlumatına görə, artıq yardım alan şəxslərin əksəriyyəti yalnız ayın sonunda deyil, hər yemək paylanmasına gəlirlər. Bu da onu göstərir ki, yoxsulluq artıq müvəqqəti deyil, davamlı hala gəlib. Son 3 ildə, əlavə olaraq 200 min yeni şəxs qeydiyyatdan keçib və 20 milyon yemək artıq paylanmalı olub.

Yardım üçün gələnlərin sayı artsa da, assosiasiyanın aldığı ianələr azalır. 2023-cü ildə artan inflyasiya bir çox ailəni çətin vəziyyətə saldığı kimi, “Restos du Cœur”ü də təhlükə ilə üz-üzə qoyub – bəzi yerli mərkəzlər bağlanmaq riski ilə üzləşir.

40 il keçməsinə baxmayaraq, Fransada yoxsulluq azalmır, əksinə daha da dərinləşir. Bu vəziyyət ölkədə bütün cəmiyyətin vicdanını və məsuliyyətini sorğu-sual etməyə vadar edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Sentyabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see366

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see347

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see326

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see326

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see291

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see287

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see276

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see270

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see226

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see212

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see211

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see207

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see205

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see201

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see199

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see198

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see196

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see188

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see187

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri