Icma.az
close
up
RU
Yozef Hrabina: Azərbaycan Slovakiyanın ikinci ən böyük qaz tədarükçüsü ola bilər MÜSAHİBƏ

Yozef Hrabina: Azərbaycan Slovakiyanın ikinci ən böyük qaz tədarükçüsü ola bilər MÜSAHİBƏ

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 6 may, Tamilla Məmmədova, AZƏRTAC

Mart ayının əvvəlində Brüsseldə Avropa Komissiyası və Slovakiya tərəfindən birgə yaradılmış İşçi Qrupunun ilk iclası keçirilib. Bu qrup Slovakiyanın qaz təchizatı ilə bağlı məsələlərini müzakirə etmək üçün təşkil olunub. Danışıqlarda Azərbaycanı energetika nazirinin müavini Orxan Zeynalovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. İclasda həmçinin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad Nəsirov çıxış edərək, Azərbaycanın qaz resursları və Avropaya tədarük imkanları barədə məlumat verib. Müzakirələr zamanı tərəflər ixrac həcminin artırılması və zəruri infrastrukturun inkişafı perspektivlərini nəzərdən keçiriblər. Hazırda Azərbaycan qazının Slovakiyaya Cənub Qaz Dəhlizi və Balkan ölkələrini Macarıstan və Slovakiya ilə birləşdirən interkonnektorlar vasitəsilə nəql edilməsi imkanları araşdırılır. Xatırladaq ki, dekabrın 1-dən etibarən SOCAR Slovakiyanın ən böyük dövlət enerji operatoru olan SPP şirkətinə qaz tədarükünə başlayıb.

AZƏRTAC-ın bu mövzu ilə bağlı suallarını slovakiyalı ekspert, Slovakiya İxracatçılar Şurasının aparıcı analitiki Yozef Hrabina cavablandırıb.

- Slovakiya və Azərbaycan arasında iqtisadi əməkdaşlığın hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? İki ölkə arasında qarşılıqlı əlaqəni müəyyən edən əsas sektorlar hansılardır?

- Slovakiyanın Azərbaycandakı əsas maraqları müdafiə sənayesi kompleksi, energetika və rəqəmsallaşma sahələrinə yönəlib. Son illərdə Slovakiya Azərbaycana qaz təchizatı mənbələrinin şaxələndirilməsində strateji tərəfdaş kimi baxmağa başlayıb və bunun müqabilində qabaqcıl müdafiə sənayesi texnologiyalarını təklif edir. Bu əməkdaşlıq qarşılıqlı faydalı xarakter daşıyır, Slovakiyanın enerji müstəqilliyinin möhkəmlənməsinə və onun müdafiə sektorunun ixrac potensialının genişlənməsinə töhfə verir.

- Slovakiyanın “Xəzər-Qara dəniz-Avropa” və “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” layihələrində iştirak perspektivləri necə qiymətləndirilir?

- 2024-cü ildə Türkiyə ilə imzalanmış tərəfdaşlıq sazişi Slovakiyanın ticarət və iqtisadi əlaqələrini genişləndirmək istəyini təsdiqləyir. Ölkənin xarici siyasəti çoxvektorlu yanaşmaya əsaslanır və ticarət tərəfdaşlarının şaxələndirilməsini nəzərdə tutur. Bu kontekstdə Slovakiyanın “Xəzər-Qara dəniz-Avropa” və “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” kimi infrastruktur layihələrində iştirakı onun nəqliyyat əlaqələrinin gücləndirilməsi, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və regionla ticarət əlaqələrinin genişləndirilməsi üçün strateji imkanlar yaradır. Bu təşəbbüslərdə iştirak Slovakiyanın Şərqi və Qərbi Avropa arasında vacib tranzit mərkəzi kimi rolunun daha da güclənməsinə də töhfə verəcək.

- Slovakiya Azərbaycanı enerji sektorunda tərəfdaş kimi necə qiymətləndirir? Enerji və nəqliyyat sahəsində birgə infrastruktur layihələri üçün potensial varmı?

- Slovakiya Rusiya qazının Ukrayna vasitəsilə tranzitinin bərpasını prioritet hesab etsə də, Azərbaycanı əsas alternativ təchizatçı kimi nəzərdən keçirir. Zəruri infrastruktur yaradıldığı təqdirdə, Azərbaycan Slovakiyaya qaz tədarükü baxımından ikinci ən böyük təchizatçıya çevrilə bilər ki, bu da ölkənin enerji şaxələndirmə strategiyasını əhəmiyyətli dərəcədə gücləndirəcək. Tranzit qovşağı kimi mövqeyinə görə Slovakiya Azərbaycan qazının Avropa bazarlarına çıxışında mühüm rol oynayır. Birgə infrastruktur layihələrinə – istər qaz nəqli marşrutları, istərsə də enerji saxlama gücləri və ya nəqliyyat dəhlizlərinin inkişafına yatırılan investisiyalar – Slovakiyanın enerji dayanıqlığını artırmaqla yanaşı, Azərbaycanın Avropaya etibarlı enerji təchizatçısı kimi mövqeyini daha da möhkəmləndirə bilər.

- Slovakiya və Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafına hansı əsas amillər təsir edir?

- Slovakiya və Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı ikitərəfli əməkdaşlığın dərinləşməsinə töhfə verən bir sıra əsas amillərlə bağlıdır. Bu amillərdən biri Slovakiyanın xarici siyasətinin çoxvektorlu olmasıdır ki, bu da iqtisadi-ticarət tərəfdaşlarının şaxələndirilməsinə xüsusi diqqət yetirir. Strateji mövqeyi və zəngin enerji ehtiyatları sayəsində Azərbaycan Slovakiyanın iqtisadi əməkdaşlığını genişləndirmək üçün mühüm istiqamət hesab olunur. Ortaq sovet keçmişindən irəli gələn tarixi və mədəni əlaqələr ikitərəfli əməkdaşlığın asanlaşmasında mühüm rol oynayır. Oxşar inzibati və hüquqi ənənələr qarşılıqlı anlaşmaya kömək edir və biznes fəaliyyəti üçün əlverişli zəmin yaradır. Bu, birgə layihələrin inkişafına, investisiya proseslərinin sadələşdirilməsinə, dövlət və biznes dairələri arasında etibarlı münasibətlərin formalaşmasına şərait yaradır.

- Slovakiyanın texnologiyalar və rəqəmsallaşma sahəsindəki təcrübəsi Azərbaycana necə fayda verə bilər?

- Əməkdaşlığın perspektivli istiqamətlərindən biri innovasiya və rəqəmsal sahədir. Slovakiya texnologiyalar və rəqəmsallaşma sahəsində geniş təcrübəyə malikdir ki, bu da Azərbaycanın iqtisadi transformasiya prosesində faydalı ola bilər. İT sahəsində, istehsal proseslərinin avtomatlaşdırılmasında və kibertəhlükəsizlikdə birgə təşəbbüslərin inkişafı ikitərəfli tərəfdaşlıq üçün yeni mərhələ imkanları yaradacaq. Digər vacib məqam isə iqtisadi maraqların qarşılıqlı tamamlanmasıdır. Slovakiya öz enerji təhlükəsizliyini gücləndirmək məqsədilə enerji təchizatı mənbələrini şaxələndirməkdə maraqlıdır, Azərbaycan isə Avropa ölkələrinə enerji resurslarının ixracını fəal şəkildə inkişaf etdirir. Qarşılıqlı faydalı tərəfdaşlıq həmçinin hərbi-sənaye sektorunda da özünü göstərir. Burada tərəflər birgə layihələr və texnologiya mübadiləsi üçün potensial görürlər.

Bundan əlavə, iki ölkə arasındakı ticarət əlaqələri möhkəmlənməkdə davam edir. Bu da müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar açır.

- İnnovativ layihələrin inkişafı Slovakiya və Azərbaycan arasında tərəfdaşlığı yeni səviyyəyə necə qaldıra bilər?

- İkitərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün hər iki tərəf bir sıra vacib addımlara diqqət yetirməlidir. İlk növbədə, yüksək səviyyəli diplomatik mübadilələrin aktivləşdirilməsi vacibdir. Bu da investisiya proseslərinin optimallaşdırılmasına və iqtisadi fəaliyyət üçün əlverişli şəraitin yaradılmasına imkan verəcək. Hökumətlərarası dialoqun inkişafı, eləcə də iqtisadiyyatın əsas sektorları üzrə ixtisaslaşmış işçi qruplarının yaradılması əməkdaşlığın effektivliyini artırmağa kömək edəcək. Əsas istiqamətlərdən biri ikitərəfli ticarət sazişlərinin genişləndirilməsidir ki, bu da biznes üçün əlverişli şəraitin yaradılmasına imkan yaradacaq. Logistika infrastrukturunun inkişafı, standartların unifikasiyası və gömrük prosedurlarının sadələşdirilməsi də ölkələr arasında ticarət dövriyyəsinin artmasına töhfə verəcək mühüm amillərdir. Beləliklə, Slovakiya və Azərbaycan arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi diplomatik, ticarət və texnoloji əməkdaşlığı əhatə edən kompleks yanaşma tələb edir. İnzibati maneələrin aradan qaldırılması, investisiya əməkdaşlığının genişləndirilməsi və innovativ layihələrin inkişafı üzrə birgə səylər iki ölkə arasında tərəfdaşlığı yeni səviyyəyə qaldırmağa kömək edəcək.

- Slovakiya şirkətləri Azərbaycandakı investisiya mühitini necə qiymətləndirir?

- Kiçik və orta sahibkarlıq subyektləri (KOS) üçün Azərbaycan nisbətən az tədqiq olunmuş bir bazar olaraq qalır. Lakin iri slovak şirkətləri artıq onu ixrac və uzunmüddətli biznes əməkdaşlığı üçün perspektivli istiqamət kimi nəzərdən keçirirlər. Azərbaycanın sabit iqtisadi artımı və artan investisiya cəlbediciliyi nəzərə alındıqda, slovak biznesi üçün imkanların genişlənəcəyini gözləmək olar. Ticarət əlaqələrinin dərinləşməsi və uğurlu biznes nümunələrinin artması ilə çox güman ki, Slovakiyanın kiçik və orta sahibkarlıq subyektləri də Azərbaycanı investisiya və ixrac üçün perspektivli bir bazar kimi dəyərləndirməyə başlayacaqlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 May 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see219

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see162

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see147

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see143

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see140

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see136

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see131

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see126

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see126

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see124

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see124

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see123

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see123

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see121

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri