Icma.az
close
up
RU
YPG ABŞ və Fransanın Suriyanın şimal sərhədini qorumasını istəyir Türkiyə nə deyəcək?

YPG ABŞ və Fransanın Suriyanın şimal sərhədini qorumasını istəyir Türkiyə nə deyəcək?

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

ABŞ və Fransa qoşunlarının Suriyanın şimal sərhəd zonasında təhlükəsizliyi təmin edib-təmin etməyəcəyi ilə bağlı danışıqlar aparılır. Bu addım, Türkiyə ilə Qərbin dəstəklədiyi suriyalı kürd qüvvələri arasında gərginliyi azaltmaq cəhdlərinin bir hissəsidir.

Qaynarinfo "Reuters"ə istinadla xəbər verir ki, bu barədə yüksək rütbəli suriyalı kürd rəsmisi bildirib.  

Ankara xəbərdarlıq edib ki, Türkiyənin tələblərini yerinə yetirməyəcəyi təqdirdə Kürd YPG qüvvələrinə qarşı Suriyanın şimal-şərqinə hərbi müdaxilə həyata keçirəcək.  

Türkiyə YPG-ni ABŞ-ın müttəfiqi olan Suriya Demokratik Qüvvələrinin (SDF) öncüllərindən biri olmasına baxmayaraq, 40 ildən artıq müddətdir ki, Türkiyə dövlətinə qarşı silahlı mübarizə aparan PKK ilə əlaqəli terror qruplaşması kimi qəbul edir.  

SDF 2014-2017-ci illərdə Suriyada İŞİD döyüşçülərinin məğlub edilməsində mühüm rol oynayıb. Lakin qrup, Suriya prezidenti Bəşər Əsədin 8 dekabr tarixində vəzifədən uzaqlaşdırılmasından sonra üsyançı qüvvələrin mövqeləri əldə etməsi ilə zəifləyib.  

Fransa prezidenti Emmanuel Makron bu həftənin əvvəlində Parisin SDF-ni tərk etməyəcəyini açıqlayıb. Makron SDF-ni Suriyanın 13 il davam edən vətəndaş müharibəsində bir çox müxalif qüvvədən biri olaraq dəstəkləmişdi.  

"Kürd administrasiyası olaraq ABŞ və Fransa qoşunlarının sərhədin təhlükəsizliyini tamamilə təmin edə biləcəyinə inanırıq. Biz bu hərbi koalisiyanın məsuliyyəti öz üzərinə götürməyə hazırıq", - Suriyanın mərkəzi hökumətinə nəzarət edilməyən şimal ərazilərinin xarici işlər üzrə həmsədri İlham Əhməd TV5 Monde-a müsahibəsində bildirib.  

"Fransadan hərbi qüvvələrini bu sərhədə göndərməsini, demilitarizasiya zonasının təhlükəsizliyini təmin etməyə, bölgəni qorumağa və Türkiyə ilə yaxşı münasibətlər qurmağa kömək etmələrini xahiş edirik", - o əlavə edib.  

Nə Fransa, nə də Türkiyə Xarici İşlər Nazirlikləri dərhal şərh verməyiblər. ABŞ Dövlət Departamenti isə məsələyə münasibət bildirməyib.  

Belə bir təşəbbüsə Türkiyənin necə yanaşacağı bəlli deyil, çünki Ankara uzun illərdir Suriyadan gələn təhdidlərə qarşı sərhəd təhlükəsizliyini təmin etməyə çalışır və YPG-ni məhv etməyə söz verib.  

"Fransa Türkiyəni sərhəddəki mövcudluğunu qəbul etməyə inandıran kimi, sülh prosesi başlaya bilər. - Əhməd deyib. - Ümid edirik ki, hər şey növbəti həftələrdə həll olunacaq".  

Məsələyə yaxından bələd olan bir mənbə, bu cür danışıqların aparıldığını təsdiqləsə də, nə dərəcədə irəliləyiş olduğunu və ya bunun nə qədər real olduğunu açıqlamayıb.  

Atəşkəs səyləri  

Vaşinqton üsyançı qruplar Dəməşqə irəliləyib Əsədi devirəndən sonra Türkiyənin dəstəklədiyi qruplar ilə SDF arasında atəşkəsin əldə olunması üçün vasitəçilik edir.  

Parisdə ABŞ-ın istefada olan Dövlət Katibi Entoni Blinken ilə birgə keçirdiyi mətbuat konfransında Fransa Xarici İşlər Naziri Jan-Noel Barrot bu məsələ ilə bağlı danışıqların aparıldığına işarə edib.  

"Suriyalı kürdlər bu siyasi keçiddə öz yerlərini tapmalıdırlar. Biz bunu onlara borcluyuq, çünki onlar İŞİD-ə qarşı döyüşlərdə bizim müttəfiqlərimiz olublar", - Barrot bildirib.  

"Türkiyənin təhlükəsizlik maraqlarının təmin edilməsini, eləcə də (Suriya) kürdlərinin təhlükəsizlik maraqlarını və gələcəkdə ölkələrinin qurulmasında tam hüquqlarını müdafiə etmək üçün səylərimizi davam etdirəcəyik", - Blinken bildirib.  

Blinken SDF-nin 10 mindən çox İŞİD məhbusunun mühafizəsini davam etdirməsinin ABŞ və Türkiyə üçün qanuni bir təhlükəsizlik marağı olduğunu vurğulayıb.  

"Biz bu keçid prosesini naviqasiya etmək üçün müttəfiqimiz Türkiyə ilə çox yaxından çalışmışıq. Bu, bir qədər vaxt alacaq bir prosesdir", - Blinken deyib.  

ABŞ Suriyada 2000-ə yaxın hərbi qulluqçusunu saxlayır və onlar İŞİD-in yenidən qüvvətlənməsinin qarşısını almaq üçün SDF ilə əməkdaşlıq edir.  

Bir fransalı rəsmi isə Fransanın, əvvəllər SDF-yə dəstək göstərdiyi vaxtlarda xüsusi təyinatlı qüvvələrini təlim və silah təmin etmək üçün Suriyada saxladığını bildirib.

Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 Yanvar 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri