Icma.az
close
up
RU
Suriyanın sərhədlərini Türkiyə qoruyacaq

Suriyanın sərhədlərini Türkiyə qoruyacaq

Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Suriyada Bəşər Əsəd rejimini devirən yeni rəhbərlik ölkədə hərb və təhlükəsizlik sistemini yeniləməsi fonunda Türkiyə ilə sıx əməkdaşlıq aparmaqdadır. Dəməşqin tələbi ilkin mərhələdə əsasən İsraillə sərhəddə təhlükəsizlik sisteminin və ümumilikdə ordunun yenidən qurulması ilə əlaqədardır. Tələbdə dolayı yolla vurğulanır ki, Suriya İsraillə sərhədinin nəzarətini Türkiyəyə vermək istəyir.
Suriya mətbuatının yazdığına görə, Türkiyə və Suriya yaxın gələcəkdə müştərək müdafiə sazişi imzalayacaq. Sazişin müddəalarına əsasən, Türkiyə bu ölkədə iki hərbi baza quraraq, istənilən təhlükə şəraitində öz yardımını göstərəcək:
"Eyni zamanda, Türkiyə Silahlı Qüvvələri Suriya Ordusuna və Hərbi Hava Qüvvələrinə təlimlər keçəcək, həmçinin hərbi bazalarda ehtiyat məqsədilə 50 ədəd "F-16" qırıcısı yerləşdirəcək".
"Türkiyə" qəzeti Suriya Müdafiə Nazirliyinin adı çəkilməyən rəsmi nümayəndəsinə istinadən diqqətə çatdırır ki, Ankaranın tələb çərçivəsində Suriyaya ilk PUA partiyasını yaxın günlərdə göndərəcək.
"Türkiyənin hava hücumundan müdafiə texnologiyası həm PKK təhlükəsinin aradan qaldırılması, həm də İsrailin mümkün işğalına qarşı müdafiə baxımından bizim üçün böyük əhəmiyyət daşıyır. Əsəd rejiminin gəlir mənbəyi kimi tanınan narkotik ticarətinin İordaniya ilə sərhəddə yaratdığı təhdidə, habelə Livan istiqamətindən gözlənilən mümkün "Hizbullah" hücumuna qarşı təhlükəsizliyimizi də dünyaca məşhur Türkiyə PUA-ları qoruyacaq. Rəsmi Ankara ilə inqilabın ilk günlərindən bəri qurduğumuz sıx əlaqələr qarşılıqlı səfərlər nəticəsində daha da genişləyib. Bu kontekstdə xüsusilə hərbi əməkdaşlıq sahəsində tezliklə praktiki mərhələyə keçəcək", - suriyalı hərbçi deyib.
O söyləyib ki, Türkiyənin Milli Müdafiə Nazirliyinin müdafiə və təhlükəsizlik üzrə Baş direktoru general-mayor İlkay Altındağın ötən günlərdə Suriyaya səfəri çərçivəsində sözügedən məsələ ilə əlaqədar müzakirələr aparılıb:
"Türkiyədən göndəriləcək təhlükəsizlik avadanlıqlarının harada və necə yerləşdiriləcəyinə dair danışıqlar baş tutub".
Suriyalı hərbçi, eyni zamanda, vurğulayıb ki, "Qərb ölkələri Suriyanın Türkiyə ilə yenidən qurulan münasibətlərindən narahatdır".
"Seçimimiz bəllidir. Qərb mətbuatında təxribat məqsədilə yayılan xəbərlər həqiqətdən uzaqdır", - o deyib.
Briqada generalı Fəxri Ərənəl məsələ ilə bağlı qəzetə verdiyi açıqlamada "Suriyanın yeni rəhbərliyinin müdafiə sistemi üzrə təcili surətdə plan müəyyənləşdirmək zərurəti qarşısında qaldığını" vurğulayıb.
"Yeni rəhbərlik əvvəla Milli Təhlükəsizlik Siyasəti Sənədi hazırlamalı, sistemi ən xırda detalınacan təzədən qurmalıdırlar. İstənilən cüzi səhv böyük problemə gətirib çıxara bilər. Bu baxımdan Suriya üçün yeganə seçim Türkiyədir. Rəsmi Ankaranın dəstəyi, əlbəttə, avadanlıq təchizat ilə yanaşı kadr hazırlığı və digər məsələləri də əhatələyəcək", - general bildirib.

(Briqada generalı Fəxri Ərənəl)
Xatırladaq ki, Türkiyə və Suriyanın terror təhlükəsinə qarşı birgə genişmiqiyaslı əməliyyat planı barədə yanvarın 8-də yerli mətbuatda məlumat yayılmışdı.
Firudin Həmidli
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://azvision.az
archiveBu xəbər 03 Fevral 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see317

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see312

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see310

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see306

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see306

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see286

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see285

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see282

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see264

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see256

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see252

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see240

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see239

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see238

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see227

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see219

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see218

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see213

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri