Icma.az
close
up
RU
Yubileyini qeyd edən Səbuhi Rəhimli: İstəsəm cəmi bir saata... MÜSAHİBƏ

Yubileyini qeyd edən Səbuhi Rəhimli: İstəsəm cəmi bir saata... MÜSAHİBƏ

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Bu gün tanınmış astroloq Səbuhi Rəhimlinin doğum günüdür. Onun 55 yaşı tamam olur.

"Cebheinfo.az" yubileyini qeyd edən astroloqla söhbətləşib:

- Səbuhi bəy, doğum gününüzü harada və necə qeyd edirsiniz?

- Əslində təmtəraqlı doğum günü keçirməyim yadıma gəlmir. 50 yaşda həvəsləndirmişdilər, onda da pandemiya üzündən qapanmalar başladı. Mənə ən rahatı odur ki, sevdiyim adamlar yanımda, sevgi dolu və şən ortam olsun. Bu olandan sonra yaşamağa dəyər. 55 illiyimi də qeyri-adi keçirmədim. Sadəcə, ən sevdiyim adamları iftar süfrəsinə yığdım – çoxusu heç ad günüm olduğunu da bilmirdi. 

Tələbə yoldaşlarımdan da, dostlardan da, doğmalardan da vardı. Ən başlıcası, bu dəfə müharibədə yaralanarkən məni meyitlərin arasından çıxarıb həyata qaytaran həkimim Məhəbbət Paşayeva da sürpriz edib gəlmişdi. Yenə deyirəm, bu ortam məni ən rahatlayan ortamdır. Ətrafımda heç vaxt dedi-qoduya, intriqalara imkan verməmişəm. Hamı bir-birinə sevgi ilə baxıb. Bu dəfə də elə.

- Həyatdan əsas gözləntiləriniz və hədəfləriniz nələrdir?

- Həyatdan nəsə gözləmək zəif adamlara verilən fəlsəfi təsəllidir. Ağıllı insanın həyatdan nə gözləntisi ola bilər ki? Həyat ona həyat verib də, qalanını özü qazanmalıdır. Biz həyatdan gözləməli deyilik, özümüz öz həyatımızı qurmalı, onu zənginləşdirməli, siz deyən kimi hədəfləri dəqiqləşdirməliyik. Hədəf də gərək potensialımız çərçivəsində olsun, bacaracağımız olsun, sağlam olsun. Konkret hədəf kimi nəsə deməyə çətinlik çəkirəm. Çünki çoxdur. 

Məsələn, bir hədəfim Güney Azərbaycan, Turandır, bəzilərinin bayağı və pafoslu çıxışlarından fərqli olaraq belədir. Digər hədəfim xalqımızın rifah halının yaxşılaşdırılması, antimilli qüvvələrin yox olmasıdır. Bilirsiniz, bunlar olsa, hamı öz hədəfinə çatar. Bəlkə də izləyicilərə bu cavablar qəribə gələcək. Amma mən həqiqətən belə düşünürəm. Gənc bir insanın çoxsaylı hədəfləri olur, 55 yaşlı biri isə elə əlində olan mövqeləri, yaradıcılıq eşqini qorusa, yetər.

- İndiyə qədər aldığınız ən maraqlı və yaddaqalan hədiyyə nə olub?

- Bu vaxta qədər ad günümdə bəlkə də 100-dən çox köynək, 30-dan çox qalstuk, ikisinin cəmi qədər qələmli, təsbehli, alışqanlı qutular, bir o qədər də ətir verilib. Amma mən fərq qoymuram. Çünki mənim maddi şeylərə meyilim yoxdur: istər adi qələm olsun, istər son model "iPhone". Mənə insanlıq əmsalı lazım olur. Çox şey deyərdim, amma bu gün insanlıq o qədər saxtalaşdırılıb ki, mənim səmimi olmağıma bu müsahibəni oxuyan hər 100 nəfərdən azı 97-si inanmayacaq. Özü bilər (gülür).

- Sizin astroloji xəritələrlə də məşğul olduğunuzu bilirik. Maraqlıdır, Səbuhi Rəhimlinin öz astroloji xəritəsi nə deyir?

- Astroloji xəritə insanın həyatını göstərmir. Bu xəritələr sadəcə kosmik pasportdur: insanın potensialını, güclü-zəif tərəflərini, davranışlar sistemini, səhhətlə bağlı diaqnostikasını, aktiv-passiv zaman kəsimlərini göstərir. Əsas gedişat hər bir fərdin gücündən, ağlından, təcrübə və qabiliyyətindən asılıdır. Astrologiya məsuliyyətdən qaçmaq metodu deyil, istiqamətverici bir mexanizmdir. Həyatımızın şəkillənməsi isə öz əlimizdədir.

- Astroloq kimi yaşamaq asandır, yoxsa çətin? Hər şeyi əvvəldən bilib yaşamaq həm maraqsız, həm də qorxulu deyil?

- Mən astroloq kimi yaşamıram ki? Mən insan kimi yaşayıram və bu, çox maraqlıdır. İnsanlarımız elə bilir ki, mən gecə-gündüz bürclər sisteminin içindən çıxmıram, bütün mövzularım astrologiya ilə bağlı olur. Qətiyyən belə deyil. Bu vaxta qədər bəlkə də mindən çox insanla çayxanada oturmuşuq, müxtəlif söhbətlər etmişik. Onların içindən bircə nəfər durub desə ki, "Səbuhi Rəhimli çayxanada bürcdən danışıb", dərhal bu peşədən uzaqlaşaram. 

Sözümün canı odur ki, mən astrologiyadan ancaq efirdə, mediada danışıram. Müştəri ilə işləmədiyimi də bütün Azərbaycan bilir. Sualınızın ikinci hissəsinə gəlincə, astrologiya hər şeyi qabaqcadan bilmir. Həm də astroloq mütləq gələcəkdə səyahət etmək məcburiyyətində deyil axı. Baxın, mən istəsəm, cəmi bir saata Türkiyədə son baş verənlərin haraya varacağına proqnozlaşdıra bilərəm. 

Lakin orucumu tutub, bayramımı keçirib, istirahətimi edirəm, jurnalistlərə də cavab vermirəm. Bu, laqeydlik deyil, sadəcə bir ənənədir: ildə bircə dəfə proqnoz verirəm. Çünki mənim belə bir öhdəliyim yoxdur, borcum da deyil, bu işə məni dövlət görəvləndirməyib.

- Son zamanlar astrologiyaya yaxşı gəlir mənbəyi kimi baxanlar var. Bəs Səbuhi Rəhimli bu sahədən nə qazanıb?

- Məlumatınız doğru deyil. Astrologiya ciddi gəlir mənbəyi deyil. Çünki insanlar möcüzə gözləyir, astrologiya isə möcüzə yarada bilmir, ancaq istiqamət verir. Bu barədə şəxsən sizə çox açıqlamalar vermişəm. 

Mənim qazancıma gəlincə, astrologiya mənə populyarlıq gətirib, 30-dan çox kitab qazandırıb, 20 ilə yaxın “Qoroskop” adlı qəzetimi dərc etdirməyimə səbəb olub. Amma biz sağlam və ciddi xətti götürdüyümüz üçün qazanc yüksək ola bilməz. Hazırda ən böyük qazanc şou və siyasətdədir, nəinki elm və irfanda...

Elmir Mustafa
"Cebheinfo.az"

Açar sözlər: Səbuhi Rəhimli astroloq doğum günü ad günü yubiley müsahibə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Mart 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see196

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see167

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see164

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see151

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see150

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see137

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see136

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see135

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see130

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see129

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see129

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri