Icma.az
close
up
RU
İran müharibəsi, “Epişteyn işi”, Azərbaycana təhlükə: “Fevralın 14 dən sonra...” Səbuhi Rəhimli

İran müharibəsi, “Epişteyn işi”, Azərbaycana təhlükə: “Fevralın 14 dən sonra...” Səbuhi Rəhimli

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, amerikalı maliyyəçi Cefri Epşteynin işi ilə bağlı sənədlərdə pandemiya modelləşdirməsi üçün tövsiyələrin və texniki həllərin hazırlanmasını müzakirə edən 2017-ci il məktubu aşkar edilib. 

Diqqətçəkən məqam ondan ibarətdir ki, müzakirələr COVID-19 pandemiyasının başlamasından üç il əvvəl baş tutub. Məktubun amerikalı milyarder Bill Qeytsə ünvanlandığı, daha sonra isə Epşteynə göndərildiyi bildirilir. Təklif olunan iş siyahısında müxtəlif ştammların pandemiya modelləşdirilməsi üçün tövsiyələrin və texniki spesifikasiyaların təkmilləşdirilməsinə xüsusi yer ayrılıb. 

Bu məsələlər səhiyyə, tibbi məlumatların qorunması və ABŞ əhalisi üçün səhiyyə xərclərinin təhlili ilə bağlı layihələr kontekstində təqdim olunur. Bu sənədlərin açıqlanması pandemiyaya hələ 2017-ci ildən ciddi şəkildə hazırlıq görüldüyünü göstərir. COVID-19 süni şəkildə yaradılıb? 

Tanınmış astroloq Səbuhi Rəhimli daha əvvəl “CebheTV”-də yayımlanan verilişdə bildirmişdi ki, fevral ayından dünya üçün daha çətin dövr başlayacaq. Bu gün baş verən proseslər fonunda həmin proqnoz özünü doğruldur. 

“Cebheinfo.az”-a açıqlamasında Səbuhi Rəhimli bildirib ki, bölgədə gərginlik fevral ayının ilk iki həftəsində davam edəcək.

O qeyd edib ki, bununla belə, Azərbaycan üçün hər hansı təhlükə mövcud deyil: 

“Mən hətta dekabr ayında bildirmişdim ki, 2026-cı ilin əsas taleyüklü proseslərinin həlli fevral ayından başlayacaq. Hazırda fevralın 4-dür. Yəni fevral ayı ərzində hər şey bəlli olacaq. Canlı yayımlarımda da dəfələrlə qeyd etmişəm. Sual yarana bilər ki, İran ilə Amerika arasında hərbi toqquşma baş verə bilərmi? ABŞ İrana birbaşa müdaxilə edərmi?

Mənim mövqeyim ondan ibarətdir ki, fevralın 14-nə qədər bu gərginlik qalacaq. Əgər fevralın 14-dən sonra, yəni fevralın ikinci yarısına qədər ciddi bir hadisə baş verməzsə, artıq İran ilə ABŞ arasında hər hansı bir savaş olmayacaq. 

Ümumilikdə, ABŞ ordusunun İran ərazisinə quru qoşunları ilə daxil olması real deyil və mümkün görünmür. Raket zərbələri və ya hərbi əməliyyatlar istisna deyil. İsrail ilə İran arasında baş vermiş 12-13 günlük münaqişə kimi ssenarilər mümkündür. 

Amma ABŞ ordusu İrana girməyəcək. Bunu qətiyyətlə deyirəm. Bölgədə ümumi gərginlik ilk iki həftə davam edəcək. Bununla belə, Azərbaycanla bağlı hər hansı xarici müdaxilə və ya savaş riski yoxdur”. 

Astroloq əlavə edib ki, zaman keçdikcə pandemiya prosesinin arxasında siyasi məqsədlərin olduğu daha aydın görünür: 

“Mən ilk gündən etibarən, həm kanalımda, həm də bütün canlı yayımlarımda və çıxışlarımda açıq şəkildə bildirmişəm ki, COVID-19 süni şəkildə yaradılmış və hansısa böyük, gizli siyasətin tərkib hissəsidir. Bu mövzuda konkret faktlarla danışan, araşdırmalar aparan şəxsləri hansı ölkədən olmasından asılı olmayaraq, aradan götürdülər. 

Bir var ki, ümumi olaraq, bunun təbii bir xəstəlik olduğuna inanmadığını deyəsən. Amma bəzi insanlar bunu daha dərindən araşdırır, faktlar ortaya qoyurdu. Elə xəstəliklər olub ki, onlardan daha çox insan həyatını itirib. 

Məsələn, Rusiyada hər il təxminən 4 minə yaxın insan adi pnevmaniyadan dünyasını dəyişir. Amma COVID zamanı bir neçə yüz nəfər həyatını itirən kimi dərhal sərhədlər bağlandı. 

Bu cür fikirləri səsləndirən, sual verən, şübhə yaradan insanların hamısı müxtəlif yollarla susduruldu. Həkimlər, mütəxəssislər və hətta Ümumdünya Səhiyyə Təşkilatı bu prosesdə canfəşanlıq etdi. 

Proses yekunlaşmaq üzrə olanda “ikinci dalğa gəlir”, “yeni təhlükə yaranır” deyərək insanları panikada saxlamaq fikri güdürdülər. Aydın görünür ki, pandemiya müəyyən siyasi məqsədlərə xidmət edib. Zaman keçdikcə də bunun şahidi oluruq”. 

Səbuhi Rəhimli vurğulayıb ki, Epşteyn dosyalarında Azərbaycanla bağlı yer alan məlumatlar getdikcə daha çox gündəmə gələcək: 

“Bu gün Azərbaycanla bağlı Ceffri Epşteyn dosyalarında yer alan məlumatlar gündəmə gəlir və düşünürəm ki, bu, getdikcə artacaq. Amma güman etmirəm ki, bu, böyük bir beynəlxalq qalmaqala səbəb olsun. 

Çünki daha əvvəl də buna bənzər dosyelar açıqlanmışdı - yazışmalar, görüşlər, səs yazıları ortaya çıxmışdı, amma heç bir ciddi effekt verməmişdi. Çünki yeni dünya düzənində belə şeylərin əhəmiyyəti olmayacaq. 

Bəzən xaricdə bəzi siyasilər “elə bir çıxış edəcəyəm ki, hamı ayağa qalxacaq” deyirdilər. Çıxışlar edilirdi, amma reaksiya olmurdu. Çünki artıq o dövr deyil. Dünyanın axarı bir az fərqli istiqamətdə dəyişib”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

 

Açar sözlər: Ceffri Epşteyn Səbunu Rəhimli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Fevral 2026 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see343

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see224

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see208

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see206

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see197

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see188

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see184

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see183

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see174

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see171

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see168

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see163

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see147

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see145

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see141

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see138

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri