Icma.az
close
up
RU
Yubileyini qeyd edən Xalq artisti: “Ömrü boşa verməmişəm”

Yubileyini qeyd edən Xalq artisti: “Ömrü boşa verməmişəm”

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Bu gün Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri Mənsum İbrahimovun 65 yaşı tamam olur.

Xalq artisti yubileyi ilə bağlı təəssüratlarını “Yeni Sabah”a bölüşüb.

O bildirib ki, doğum gününü yekun olaraq Bakıda qeyd edəcək: pizza sifarişi

“Bu il 65 illik yubileyim olduğuna görə doğum günümü qeyd etməklə bağlı çoxlu təkliflər var. Yubileyi ilk olaraq sentyabr ayının 28-də Ağdam Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Quzanlı Muğam Mərkəzində sənət dostlarımızla və deputatlarımızla birlikdə qeyd etdik. Oktyabr ayının 8-də Naxçıvanda Heydər Əliyev Sarayında Naxçıvan Dövlət Universitetinin təşəbbüsü ilə yenidən qeyd edəcəyik. Bir neçə gün canlı efirlərdə musiqi ifalarım yayımlanacaq. Bölgələrdən də təkliflər çoxdur. Güman ki, yekun olaraq Bakıda yubiley tədbiri keçiriləcək. Sənət nümayəndəsi olaraq yubiley yaşımız xalq üçün də maraqlıdır. Ona görə də bütün təklifləri dəyərləndirməyə çalışıram. Xalqımı çox sevirəm, çünki hər zaman sənətə və sənətkara yüksək qiymət verir. Dövlətimizdən də razıyam. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya da muğam sənətinə verdiyi dəyərə görə öz minnətdarlığımı bildirirəm”.

M.İbrahimovun fikrincə, doğum günləri insanın həyatına, keçdiyi yola nəzər salması üçün bir fürsətdir:

“Ad günləri olanda insan istər-istəməz dönüb arxaya baxır. Sevinirəm ki, ömrümü boşa verməmişəm. Hər zaman milli musiqimizin təbliğinə xidmət etmişəm. Bu gün gördüyüm dəyər də məni məmnun edir”.

Qeyd edək ki, Mənsum İsrafil oğlu İbrahimov 1960-cı il oktyabrın 1-də Ağdam rayonunun İmamqulubəyli kəndində anadan olub.

Aydan Hacı


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 01 Oktyabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri