Icma.az
close
up
RU
Səbail yubileyini Birinci Liqada qeyd etdi

Səbail yubileyini Birinci Liqada qeyd etdi

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Səbail” tarixinin 300-cü oyununu keçirib. 

Fanat.Az PFL-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı klubunun yubileyi I Liqanın IV turuna təsadüf edib.

Paytaxt təmsilçisi səfərdə “Şimal”la görüşüb. “Səbail” mövsümdəki ilk xal itkisinə yubileyində üzülüb – 0:0.

Əsası 2016-cı ildə qoyulan klub 2016/17 mövsümündə I Divizionda (indiki I Liqa), ardınca 8 mövsüm Premyer Liqada mübarizə aparıb. Cari çempionatda yenidən I liqada çıxış edən “Səbail” 9 dəfə ölkə kuboku uğrunda mübarizəyə qoşulub, 1 dəfə Avropa Liqasının iştirakçısı olub.

Paytaxt təmsilçisi bu müddətdə Premyer Liqada 240, I Liqada 30, ölkə kubokunda 28, Avropa Liqasında 2 matça çıxıb. “Səbail” 300 oyunda 87 qələbə qazanıb, 59 heç-heçə edib və 154 dəfə uduzub. 347 qol vuran bakılılar 461 top buraxıb.

Qeyd edək ki, “Səbail” ilk matçını 2016-cı il sentyabrın 8-də keçirib. I Divizionun I turunun “Mil-Muğan”la səfər görüşündə paytaxt klubu 3:0 hesablı qələbə qazanıb.
 

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://fanat.az
archiveBu xəbər 03 Oktyabr 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri