Yubo Jay: COP29da iqlim maliyyəsinə çıxış imkanlarını sadələşdirmək bizim əsas məqsədimiz olmalıdır AZƏRTAC
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 15 noyabr, AZƏRTAC
Mən Çindən gəlmişəm. Özəl sektorda çalışıram. Təmsil etdiyim şirkət “yaşıl nəqliyyat” vasitələrinin istehsalı ilə məşğuldur. Dördüncü dəfədir ki, COP konfranslarında iştirak edirəm. Bizim COP29-da iştirak etməkdə əsas məqsədimiz çinli, eləcə də qlobal tərəfdaşlarla əməkdaşlıq qurmaqdır.
Bunu AZƏRTAC-a müsahibəsində Çin nümayəndə heyətinin üzvü Yubo Jay deyib.
Y.Jay COP29 konfransında “yaşıl maliyyə” barədə önəmli müzakirələr aparıldığını qeyd edərək vurğulayıb: "Deyə bilərəm ki, maliyyə sektorunun “yaşıl nəqliyyat” sahəsinə investisiya yatırmasına ehtiyac var. Burada iştirak edən hər bir ölkə və şirkətin COP-la bağlı öz hədəfləri və ambisiyaları mövcuddur. COP29-da iqlim maliyyəsinə çıxış imkanlarını sadələşdirmək bizim əsas məqsədimiz olmalıdır. Burada yüksəksəviyyəli müzakirələr aparılır. İqlimlə bağlı müxtəlif mövzulara toxunulur və bu da məlumat baxımından çox faydalıdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 15 Noyabr 2024 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















