Icma.az
close
up
RU
Azərbaycan Türkiyə dostluğu və qardaşlığı əbədidir, sarsılmazdır

Azərbaycan Türkiyə dostluğu və qardaşlığı əbədidir, sarsılmazdır

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Ölkəmizin Kahramanmaraşın dirçəldilməsinə dəstəyi bunu bir daha təsdiqləyir

Azərbaycan və Türkiyə arasında əsrlərə söykənən qardaşlıq münasibətləri XX əsrin əvvəllərindən etibarən yeni mərhələyə qədəm qoyub. Ortaq tarix, mədəniyyət və dil birliyi bu əlaqələrin daha da güclənməsinə zəmin yaradıb. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda Osmanlı İmperiyasının varisi sayılan Türkiyə həmin dövrdə gənc müstəqil dövləti dəstəkləyən ilk ölkələrdən biri olub, bu münasibətlər diplomatik səviyyədə davam etdirilib. Lakin sovet dövründə bu əlaqələr formal səviyyədə zəifləyib, daha çox qeyri-rəsmi münasibətlər şəklində yaşamağa davam edib. 

1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsi ilə bu münasibətlər yenidən canlanıb. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olmaqla, diplomatik əlaqələrin bərpasında və ölkəmizin beynəlxalq arenada möhkəmlənməsində mühüm rol oynayıb. Xüsusilə 1990-cı illərdə Türkiyə Azərbaycanın müstəqil siyasətinin formalaşması və iqtisadi inkişafının təmin olunması istiqamətində fəal dəstək göstərib. Bu dövrdən başlayaraq, iki ölkə arasında siyasi, iqtisadi və mədəni əməkdaşlıq sürətlə inkişaf etməyə başlayıb.

Enerji, nəqliyyat və ticarət sahələrində qurulan əlaqələr də münasibətlərin əsas sütunlarından biri olub. 2000-ci illərdə həyata keçirilən iri enerji və infrastruktur layihələri - xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri Azərbaycanın Avropaya enerji ixracını təmin etməklə yanaşı, Türkiyəni regionda mühüm enerji tranzit mərkəzinə çevirib. Bu əməkdaşlıq hər iki ölkənin iqtisadi dayanıqlığını və regional mövqeyini gücləndirib.

Bununla yanaşı, hərbi sahədə də tərəfdaşlıq möhkəm təməl üzərində qurulub. Türkiyə Azərbaycanın müdafiə potensialının artırılması üçün hərbi təlimlər və texniki dəstək verərək, hərbi əməkdaşlığı daha yüksək səviyyəyə çatdırıb. Xüsusilə 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini birmənalı dəstəkləməsi iki ölkə arasındakı siyasi və hərbi münasibətləri daha da möhkəmləndirib.

Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq da son illərdə sürətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu münasibətlər içərisində enerji sektoru xüsusi yer tutur. 2023-cü ilin göstəricilərinə əsasən, iki ölkə arasında ticarət dövriyyəsi 8 milyard ABŞ dollarına çatıb və bu rəqəmin hər il artması tendensiyası davam edir. Azərbaycanın qardaş ölkənin iqtisadiyyatına yatırdığı sərmayələrin həcmi artıq 20 milyard dolları ötüb və yaxın illərdə bu rəqəmin daha da yüksələcəyi proqnozlaşdırılır.

Ölkəmiz Cənubi Qafqazın ən böyük enerji ixracatçısı kimi Türkiyə ərazisindən Avropa bazarına enerji tədarükündə mühüm mövqeyə malikdir. Xüsusilə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi layihələr iki ölkə arasında enerji sahəsində əməkdaşlığın təməl sütunlarına çevrilib. Bu layihələr təkcə iqtisadi baxımdan deyil, həm də regional siyasi sabitlik və enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət kəsb edir.

2020-ci ildən tam fəaliyyətə başlayan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) isə Azərbaycanın təbii qazını Türkiyə vasitəsilə Avropaya çatdırmaqla Cənubi Qafqazı Avropa enerji bazarına birləşdirən əsas dəhlizə çevrilib. TANAP yalnız iqtisadi tərəfdaşlığı gücləndirməklə kifayətlənmir, həm də Avropanın enerji təhlükəsizliyi siyasətində Azərbaycanın və Türkiyənin rolunu əhəmiyyətli dərəcədə artırır.

Bu tərəfdaşlığın daha bir nümunəsi isə İğdır-Naxçıvan qaz kəməri layihəsidir. Uzun illər Ermənistanın blokadada saxladığı Naxçıvan Muxtar Respublikası üçün bu kəmər həyati əhəmiyyət daşıyır. Azərbaycan və Türkiyə prezidentlərinin uzaqgörən siyasəti nəticəsində ərsəyə gələn bu layihə Naxçıvanın enerji təminatında yeni mərhələ açıb. Cari il martın 5-də İğdır-Naxçıvan qaz kəmərinin istismara verilməsi iki qardaş ölkənin həmrəyliyinin və ortaq enerji siyasətinin növbəti təntənəsidir. Kəmər Naxçıvanın təbii qaz ehtiyacını tam təmin etməklə yanaşı, muxtar respublikanın enerji təhlükəsizliyini gücləndirib və bir mənbədən asılılığını aradan qaldırıb.

2023-cü ilin fevralında Türkiyənin cənub-şərqində baş verən və “əsrin faciəsi” adlandırılan dəhşətli zəlzələdən dərhal sonra Azərbaycan dövləti və xalqı qardaş ölkənin yanında oldu. Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, həkimlər və könüllülər zərərçəkən ərazilərə ezam olundular, humanitar yardımlar göndərildi. 5373 tonluq humanitar yardımın tərkibində 9183 çadır, 145 konteyner tipli mobil ev, səhra hospitalı, səhra mətbəxi, generatorlar və digər həyati əhəmiyyətli ləvazimatlar yer aldı. Azərbaycan xilasediciləri dağıntılar altından 53 nəfəri sağ çıxardı, 780 nəfərin cəsədini tapdı, ümumilikdə 3123 nəfərə tibbi yardım göstərildi. Bu yardımların ümumi maliyyə dəyəri 31 milyon 510 min 900 ABŞ dolları (53 milyon 568 min 530 AZN) təşkil etdi. Həmçinin 13 milyon 397 min 883 ABŞ dolları (22 milyon 776 min 400 AZN) birbaşa maliyyə yardımı şəklində təqdim olundu.

Lakin bu dəstək yalnız təcili yardım səviyyəsində qalmaqla kifayətlənmədi. Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə Azərbaycanın qardaş ölkəyə uzunmüddətli dəstəyi üçün Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin inşasına start verildi. Məhəllənin tikintisinə 100 milyon ABŞ dolları (170 milyon AZN) vəsait ayrıldı və tikinti işləri Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirildi. 27,6 hektarlıq ərazini əhatə edən məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olunub. Həmçinin burada məskunlaşacaq ailələr üçün 1595 ticarət obyekti də yaradılıb.

Layihənin əlamətdar məqamlarından biri 2023-cü ilin aprelin 29-da keçirilən TEKNOFEST festivalı çərçivəsində Heydər Əliyev adına məktəbin və uşaq bağçasının təməlqoyma mərasimi oldu. Bu mərasimə Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videokonfrans vasitəsilə qatıldılar. Daha sonra, 2023-cü ilin sentyabrında Naxçıvanda iki ölkə arasında bu layihəyə dair Əməkdaşlıq Sazişi imzalandı. Nəticədə 2024-cü ilin sentyabrında Heydər Əliyev adına ibtidai məktəb və uşaq bağçasının açılışı baş tutdu. Məktəb tədrisin və uşaqların fərdi inkişafının yüksək səviyyədə təşkili üçün bütün zəruri avadanlıq və tədris materialları ilə təmin edilib.

Kahramanmaraşda ucaldılan Azərbaycan-Türkiyə dostluq abidəsi isə bu sarsılmaz qardaşlığın rəmzinə çevrilib. Bu layihə təkcə bir tikinti layihəsi deyil, eyni zamanda, Azərbaycan və Türkiyə qardaşlığının, ağır günlərdə bir-birinə dayaq olmağın, dostluq və həmrəyliyin əyani nümunəsidir. “Azərbaycan” məhəlləsi iki ölkə arasında humanitar həmrəyliyin və strateji tərəfdaşlığın gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan-Türkiyə qardaşlığının əyani nümunəsi olan “Azərbaycan” məhəlləsi artıq ilk sakinlərini qəbul etməyə hazırdır. Bu gün – iyunun 19-da isə məhəllənin rəsmi açılış mərasiminin keçirilməsi planlaşdırılır.

Əminliklə demək olar ki, bu layihə və göstərilən yardımlar təkcə Azərbaycan və Türkiyə arasında deyil, bütövlükdə Türk dünyasında qardaşlığın və birliyin möhkəmlənməsinə, həmçinin regionda sülhün və təhlükəsizliyin təmininə töhfə verən nadir nümunəyə çevrilib. Bir sözlə, Azərbaycan-Türkiyə münasibətləri “Bir millət, iki dövlət” fəlsəfəsinin real və canlı təzahürüdür.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 İyun 2025 01:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see381

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see350

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see341

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see312

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see308

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see289

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see257

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see253

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see239

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see232

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see217

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see208

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see207

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see205

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see197

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see196

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see186

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri