Icma.az
close
up
RU
Yuğ milli yaddaşa qayıdış kimi... Özünəməxsus repertuarı olan teatr

Yuğ milli yaddaşa qayıdış kimi... Özünəməxsus repertuarı olan teatr

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

18 oktyabr məşhur "Yuğ" teatrının yaranma günüdür.

Kulis.az bu münasibətlə Vahid Məhərrəmovun "Yuğ" teatrı xalqın təfəkküründən, hikmətindən və ruhundan yarandı" yazısını təqdim edir.


1989-cu ildə ölkəmizdə fəaliyyət göstərən teatrların sırasına yeni biri -"Yuğ" teatrının da adı əlavə olundu. Yuğ Teatr-Studiyası kimi Xalq artisti Həsənağa Turabovun rəhbərliyi və tanınmış rejissor Vaqif İbrahimoğlunun təşəbbüsü ilə yaradıldı. 1992-ci ildə Yuğ Teatr-Studiyası dövlət statusu aldı. Bu günlərdə 35 yaşı tamam olacaq teatrda Vaqif İbrahimoğlunun böyük xidmətləri olub.

Tamaşaçıların böyük sevgisini qazanmış Vaqif İbrahimoğlu Bakının qədim yaşayış məskənlərindən biri olan Mərdəkan qəsəbəsində dünyaya göz açmışdı. 1967-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və incəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə qəbul olmuşdu. İllərdən bəri ürəyində gəzdirdiyi arzusuna qovuşmuşdu. 1972-ci ildə ali təhsilini uğurla başa vuran gələcəyin ustad sənətkarı 1973-1976-cı illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi çalışmışdı. Bu illər ərzində onlarla obraza həyat vermiş, səhnəyə yeniliklər gətirmişdi. 1976-1979-cu illərdə Azərbaycan Teatr Cəmiyyətinin nəzdindəki Eksperimental Teatr Studiyasının, 1979-1982-ci illərdə isə Tədris Teatrının bədii rəhbəri olmuşdur. 1982-ci ildə isə o, rejissorluq fəaliyyətinə başlamışdı. 1982-ci ildən 1989-cu ilə kimi Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş rejissor vəzifəsində işləmişdi.

1989-cu ildən "Yuğ" teatrının bədii rəhbəri vəzifəsində çalışan Vaqif İbrahimoğlu ömrünün sonuna qədər 90-a yaxın tamaşaya quruluş vermişdi. Tanınmış rejissor 22 may 1991-ci ildə Azərbaycan Respublikasının "Əməkdar incəsənət xadimi" fəxri adını almışdı. O, 2006-cı ildən Prezident təqaüdünə layiq görülmüşdü. Görkəmli sənətkar Vaqif İbrahimoğlu 12 may 2011-ci ildə dünyasını dəyişib. 35 yaşı tamam olan "Yuğ" Dövlət Teatrı hazırda Abdulla Şaiq adına Kukla Teatrında fəaliyyətini davam etdirir. Teatrın rejissorları, aktyorları tarixi ənənələrinə sadiq qalaraq tamaşaçıların zövqünü oxşayan bir-birindən maraqlı əsərlər səhnəyə qoyurlar.

Dünyaya, həyata baxışları ilə seçilən rejissor

18 oktyabr 1989-cu ildə fəaliyyətə başlayan "Yuğ" teatrı dillərdən düşməyən, unudulmayan əfsanələrə, qanımıza, canımıza hopmuş milli adət-ənənələrə müraciət etdi. Sanki unudulmaqda olan adət-ənənələri yenidən yaddaşlara qaytardı. Fərqli, bənzərsiz ideoloji axtarışlara üstünlük verən teatr qısa müddət ərzində öz auditoriyasını yaratdı. Bu fakt göstərdi ki, belə bir teatrın yaranmasına cəmiyyətin, xalqın ehtiyacı var imiş. Səhnəyə qoyulan tamaşalardan açıq-aydın görünən o idi ki, görkəmli rejissor Vaqif İbrahimoğlu dünyaya, həyata və zamana öz baxışları ilə seçilən və sevilən bir sənətkardır. Dostlarının danışdığına görə, Vaqif İbrahimoğlu həmişə deyirmiş ki, hər bir cərəyanın yaranmasının, özünü təsdiq etməsinin iyirmi il müddəti var. İyirmi ildən sonra isə artıq çiçəklənmə və irəli getmə dövrü başlanır. Artıq "Yuğ" Dövlət Teatrı həmin mərhələni çoxdan adlayaraq bu gün bir-birindən maraqlı əsərlər tamaşaya qoyur.

"Yuğ" Dövlət Teatrı yaranandan bu günə qədər milli və xarici klassiklərin, eləcə də dövrümüzün yazarlarının əsərləri əsasında 150-yə yaxın tamaşa hazırlayıb. Teatrın ilk tamaşası sevimli və unudulmaz şair Məmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poeması əsasında hazırlanmış "Salam" olub. Sanki kollektiv bu tamaşa ilə xalqa, dünyaya, teatrsevərlərə "salam" verib, yeni ruhda, yeni ovqatda, yeni formada bir teatrın yarandığını bildirib. Yaradıcı kollektiv bu illər ərzində klassik şairlərimizdən Məhəmməd Füzulinin, Nizami Gəncəvinin, Şah İsmayıl Xətainin, müasirlərimizdən Ramiz Rövşənin, Vaqif Bayatlı Odərin şeirləri, Kamal Abdullanın, Afaq Məsudun, Firuz Mustafanın, Orxan Fikrətoğlunun əsərləri əsasında müxtəlif tamaşalara quruluş verib. Bununla yanaşı, teatrın səhnəsində görkəmli şair və yazıçılarımızdan Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Cəfər Cabbarlının, İlyas Əfəndiyevin, dünya klassiklərindən Uilyam Şekspir, Samuel Bekketin, Anton Pavloviç Çexovun, Frans Kafkanın, Antuan Sent-Ekzüperi kimi görkəmli müəlliflərin də əsərləri tamaşaya qoyulub.

"Yuğ" Dövlət Teatrı fəaliyyətini uğurla davam etdirir. Tamaşaçıların zövqünü oxşayan yeni əsərlər səhnəyə qoyulur. Teatrın fəaliyyəti ilə yaxından tanış olmaq üçün ədəbi-bədii hissə müdiri, teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərovla, həmçinin baş rejissor Mikayıl Mikayılovla görüşüb söhbət etdik.

Öyrəndik ki, ədəbi-bədii hissə müdiri Elçin Cəfərov 2006-cı ildən bu teatrda çalışır. Bacarığını nəzərə alan görkəmli rejissor Vaqif İbrahimoğlu onu tələbəlik illərindən teatra dəvət edib. Elə o vaxtdan da Elçin Cəfərov burada çalışır.

Özünəməxsus repertuarı olan teatr

Elçin Cəfərov bildirdi ki, "Yuğ" Dövlət Teatrı həmişə özünəməxsus repertuarı ilə diqqəti cəlb edib: "Repertuarımız həmişəki kimi zəngindir. Tamaşaya qoyduğumuz əsərlərin sırasında həm milli, həm dünya klassik dramaturgiyasından dəyərli nümunələr var. Bununla bərabər, yaşadığımız günlə, zamanla ayaqlaşaraq müasir dövrdə yazıb-yaradan gənclərin və ortayaşlı dramaturqların əsərlərinə də tez-tez müraciət edirik. Dram əsərləri ilə bərabər teatrımızın yaradıcı kollektivi zaman-zaman nəsr və poeziya nümunələri əsasında da maraqlı tamaşalar hazırlayıblar. Yeri gəlmişkən deyim ki, bu tamaşalar baxanlar tərəfindən böyük maraqla qarşılanıb. "Mən, Məhəmməd Füzuli..." adlı səhnə divanı layihəmiz olub. Layihə çərçivəsində "Yuğ" Teatrının 8 rejissoru Füzulinin 8 müxtəlif qəzəlini səhnələşdirmişdi. Nizami Gəncəvi, Şah İsmayıl Xətainin, Ramiz Rövşənin, Vaqif Bayatlı Odərin şeirləri əsasında tamaşalar hazırlayıb nümayiş etdirmişik. Bu gün həmin ənənəni yenə də uğurla davam etdiririk".

Teatrşünas Elçin Cəfərov "Yuğ" Dövlət Teatrının adına da aydınlıq gətirdi. Dedi ki, teatrımızın adı türk xalqlarının qədim yuğ mərasimlərindən götürülüb. Məlumdur ki, keçmişdə insanlar istər bayramlarda, istərsə də başqa əlamətdar günlərdə bir yerə toplaşaraq müxtəlif maraqlı mərasimlər icra ediblər. "Yuğ" sözü də özündə toplanış, yığıncaq, mərasim mənasını ifadə edir. Ötən əsrin 80-ci illərinin sonlarından cəmiyyətdə yenilik mehi əsməyə başladı. Əsən bu "meh"in təsirindən sanki milli ruhda bir oyanış, keçmişə dönüş, milli adət-ənənələrə bir qayıdış, hörmət duymaq özünü büruzə verdi. Bax "Yuğ" teatrı bu oyanışdan, adət-ənənələrə qayıdışdan, milli ruhun təzələnməsindən, xalqın hikmətindən, dərin təfəkküründən yarandı. Sevimli rejissorumuz və müəllimimiz Vaqif İbrahimoğlu dövrün nəbzini tutaraq həmin zaman kəsiyində bu teatrı yaratdı. Bununla da mədəniyyətimizdə, teatr tariximizdə uğurlu bir addım atıldı. Bu, sanki özünədönüşün, kökəqayıdışın təzahürü idi. Demək olar ki, "Yuğ" zamanın tələbindən doğuldu. Yeri gəlmişkən, qeyd edim ki, bu formalı teatrlar dünyada, Avropada çoxdan fəaliyyət göstərirdi. "Yuğ" Teatrı da Azərbaycanda yaranaraq sanki dünyada gedən proseslərin güclü axınına qoşuldu. Zaman keçdikcə Avropa tipli bu teatr inkişaf edərək formalaşdı.

"Yuğ" Dövlət Teatrı milli yaddaşa qayıdış kimi meydana çıxdı

Bu gün demək olar ki, bütün inkişaf etmiş ölkələrdə "Yuğ"a oxşayan teatrlar fəaliyyət göstərir, - deyə teatrın baş rejissoru Mikayıl Mikayılov söhbətimizə qoşuldu.

- Bu da onu göstərir ki, xalqlar nə qədər inkişaf etsələr də, elmi tərəqqidə uğurlar qazansalar da, milli ruhlarının bünövrəsi olan mifologiyadan, əsatirlərdən, əfsanə və nağıllardan ayrılmaq istəmirlər. Çünki bütün xalqların kökü keçmişinə bağlıdır. Heç bir inkişaf, heç bir tərəqqi xalqları ulu keçmişindən, dünənindən ayırıb bu bağı qıra bilməz. "Yuğ" Dövlət Teatrı da bir növ, milli mədəniyyətimizə, milli kökümüzə qayıdış kimi meydana çıxdı. Xalqın təfəkküründən, hikmətindən və ruhundan süzülə-süzülə boy verdi. Yəni xalqımız bu teatrın yaranması ilə dünyada gedən proseslərə qoşuldu, mədəni inkişafdan geri qalmadı. 17 ildən çoxdur ki, "Yuğ" Dövlət Teatrında həm rejissor, həm də aktyor kimi fəaliyyət göstərirəm. 2022-ci ildən isə baş rejissor təyin olunmuşam. "Yuğ" Dövlət Teatrı mənə çox doğmadı. 1990-cı illərin əvvəllərində anam Sonaxanım Mikayılova da teatrda çalışırdı. Mən də onunla teatra gəlirdim. Demək olar ki, bütün tamaşaların məşqlərində iştirak edirdim. Vaqif İbrahimoğlu mənə zınqırov vermişdi. Məşqarası antraktlarda səhnənin ortasından keçib zınqırovu çalırdım. Sanki bu zınqırovun səsi məni də teatr aləminə səsləyirdi. Həmin zınqırovun səsi hələ də qulaqlarımdadır. Bəlkə də o günlərdə Vaqif müəllimin ağlına da gəlməzdi ki, bu dəcəl uşaq nə vaxtsa onun yaratdığı teatrda baş rejissor kimi çalışacaq. Sözün düzünü deyim ki, bu, heç mənim də ağlıma gəlməzdi. Amma ağlıma gəlməyənlər günlərin birində başıma gəldi. "Yuğ" Dövlət Teatrında yetərincə yaradıcı potensial var, Vaqif İbrahimoğlunun yetirmələri çoxdur. Mən daha çox müstəqil rejissor kimi fəaliyyət göstərirdim, Azərbaycandan başqa xarici ölkələrdə tamaşa səhnələşdirməyə dəvət olunurdum. Bu gün teatrımız çətin dönəmini yaşayır. Çünki 8 ildir binasız qalmışıq. Abdulla Şaiq adına Kukla Teatrında fəaliyyət göstəririk. Bu səbəbdən yaradıcılıq işləri ürəyimiz istədiyi kimi alınmır, bəzi çətinliklər var. Yüksək potensiala malik kollektiv bacardığını deyil, mövcud şəraitdə nə mümkündürsə, onu edir. Əgər teatrımızın özünün binası olsa, yaradıcılıq üçün daha yaxşı şərait yaranar. Biz də bu şəraitdən yetərincə istifadə edib bir-birindən dəyərli əsərlər tamaşaya qoyarıq. Düzdür, teatrımızın bina probleminin həlli yönündə də işlər gedir. Yəqin ki, günlərin birində bu problem də müsbət həllini tapar.

"Yuğ"un uğuru Azərbaycan teatrının uğurudur

Teatrın ədəbi-bədii hissə müdiri Elçin Cəfərov "Yuğ"un səhnəyə, tamaşalara hansı yeniliklər, hansı dəyişikliklər gətirdiyindən də söz açdı. Dedi ki, bütün sahələrin təzə nəfəsə, təzələnməyə, yenilənməyə ehtiyacı var. Təzələnmə, yenilənmə isə bir anın, bir günün içində baş verən proses deyil. Bunun üçün xeyli zaman keçməsi lazımdır. Həm də yenilik həmişə gülərüzlə qarşılanmır. Sən yenilik gətirdiyini işinlə, əməlinlə təsdiq etməlisən. Düşünürəm ki, artıq teatrımız bunu təsdiq edib. "Yuğ" yaranışı ilə, gəlişi ilə səhnəyə, tamaşalara özəl bir poetika, yeni ruh, yeni dalğa gətirdi. Teatrın poetikası qədim türklərin "yuğlama" (həlak olmuş igidin şərəfinə qopuz (saz) musiqisinin müşayiəti ilə təntənəli surətdə keçirilən yas məclisi) mərasimi, şamançılıq ənənəsinə söykənir. Bu teatr öz yaradıcılığında milli oyun mədəniyyəti ilə Avropa teatrının qabaqcıl tendensiyalarını üzvi şəkildə birləşdirməyə çalışır. Vaqif İbrahimoğlu dünyasını dəyişəndən sonra da onun yaratdığı poetika əsasında işləyirik. Paralel olaraq, dünya teatr təcrübəsini dərindən öyrənməyə və yenilikləri teatrın praktiki fəaliyyətinə tətbiq etməyə çalışırıq. Tamaşalardan aydın görünən odur ki, "Yuğ" özündən əvvəlki teatrları təkrarlamadı, mədəniyyətimizdə yeni yol açdı, təzə cığır saldı. Qabaqcıl ideyaların carçısı oldu. "Yuğ" Dövlət Teatrı həm də bir məktəbdir. Yeni aktyorlar və rejissorlar nəsli yetişdirir. Hazırda teatrımızda çalışan rejissorlar Gümrah Ömər, Əbdülqəni Əliyev, Tural Mustafayev, Günay Səttarova, İradə Gözəlova, Mirsahib Ağayev və başqaları "Yuğ"un yetirmələridirlər.

"Yuğ" Dövlət Teatrının yaranması, yeni və fərqli estetikada fəaliyyət göstərməsi mədəniyyət tariximizin şərəfli bir səhifəsidir, - deyə baş rejissor Mikayıl Mikayılov söhbətimizə qoşuldu.

- Azərbaycanda bu teatrın timsalında ilk dəfə postdramatik üslubda sənət ocağı yarandı. Bu ocağın odu bu gün də yanır, bu gün də sənət adamlarını istisinə toplayır. Düşünürəm ki, bu, böyük uğurdur. Amma bu uğur təkcə "Yuğ" Dövlət Teatrının yox, Azərbaycan teatrının uğurudur. Həmin ocağın təməlində islam mədəniyyəti, türk mifologiyası dayanır. Bu teatr estetikası Azərbaycan türkünün beyninin, təfəkkürünün məhsuludur.

Hazırda teatrda rumıniyalı dramaturq Mateh Vişnekin əsəri əsasında "Panda" adlı tamaşa üzərində məşqlər gedir. Əsas rollarda Oktay Mehdiyev və Günəş Tagin oynayır. Tamaşanın rəssamı Umay Həsənovadır. İnanırıq ki, 35 yaşını qeyd edəcək "Yuğ" Dövlət Teatrının yaradıcı kollektivi bundan sonra da uğurla səhnələşdirəcəkləri onlarla, yüzlərlə maraqlı əsərlərilə tamaşaçıları sevindirəcək.

Son arzu - Tərlanə Yaqubqızı “Kino rəssamlığının tarixi və müasir mənzərəsi” nəşr olunub "Bu hərəkətlərinə görə xalqın yaddaşından silinəcəklər" - Şuşalılara müraciət
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://kulis.az
archiveBu xəbər 18 Oktyabr 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see156

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri