Icma.az
close
up
RU
Millimizin özünəməxsus REKORDU TƏHLİL

Millimizin özünəməxsus REKORDU TƏHLİL

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qadınlardan ibarət Azərbaycan millisi AVRO-2025-in seçmə mərhələsində növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, Belçika ilə səfər görüşünün nəticəsi əvvəlkilərdən fərqlənməyib.

Bunadək ardıcıl 4 məğlubiyyət alan Evren Alkayanın yetirmələri yenə uduzublar. C qrupunun liderinin qalib gələcəyi öncədən gün kimi aydın olsa da, matçın nəticəsi az qala sürpriz sayılır.

35 xallıq irəliləyiş
Millimiz Belçika ilə Bakıdakı görüşdə 108 xallıq fərqlə uduzmuşdu. Bu üzdən komandanı səfərdə daha ağır oyun gözləyirdi. Rəqibin Litva ilə 1-ci yer uğrunda mübarizə aparması, hər topun həlledici ola bilmək ehtimalı da amansız Belçika gözləməyə əsas verirdi. Üstəlik, komandamız Belçikadakı görüşə Aylin Niftəliyeva, Angelina İsmayılova, Aylin Əkbərzadə, Səlminaz Ramazanlı, Leyla Allahverdiyeva, Valeriya Kitayeva, Sitarə Abbasova, Elanur Gökçöl, Deniz Gökçöl, Şilan Akbingöl, Aleksandra Mollenhauer və Adilə Yusubovadam ibarət heyətlə yollanmışdı. Orta yaşı 17,5 olan yığmanın qat-qat təcrübəli rəqib önündə darmadağın olacağı istisna edilmirdi. Amma millimiz Bakıdakı ilə müqayisədə daha kiçik hesabla – cəmi 73 xal fərqi ilə uduzub. Bu, qısa müddətdə 35 xallıq irəliləyişdir.

Görünməmiş müdafiə
C qrupunun aşkar autsayderi olan millimizin ağlasığmaz nəticələrlə məğlubiyyətləri o qədər çoxdur ki, Belçikadakı yenilgi şükürlü sayılır. Xüsusilə də müdafiədəki oyun ən yaxşısıdır. Komandamız rəqibinə cəmi 97 xal qazanmaq imkanı verib. Bu, yığmamızın cari tsikldəki rekordudur. Komandamız keçirdiyi əvvəlki 4 görüşün üçündə 100-dən çox xala üzülüb. Yeganə istisna Litvadakı “99” idi. Həmin nəticə 2 xal yaxşılaşdırılıb. Bir sözlə, Alkayanın yetirmələri indiyədək göstərmədikləri müdafiəni nümayiş etdiriblər.

Cəmi 16 xal
Belçikadakı matçın son periodunda meydan sahibləri 16 xal toplayıb. Bu da millimiz üçün ən yaxşı nəticədir. Hər 10 dəqiqədə rəqiblərinə 20-30, bəzən daha çox xal bağışlayan komandamız ilk dəfə belə etibarlı oynayıb. Təbii ki, buna etibarlı demək mümkündürsə. Əvvəlki ən yaxşı göstərici 20-yə bərabər idi. Bu, Polşadakı qarşılaşmanın 3-cü periodunda qeydə alınmışdı.

100 saniyə gözləyək
Yığmamız Belçikadakı görüşdə vur-tut 24 xal toplayıb. 40 dəqiqə ərzində qazanılan bu nəticə hər 100 saniyəyə 1 xal anlamına gəlir. Yəni millimiz hər 1 xalı orta hesabla 1 dəqiqə 40 saniyə gözləyir. Bu, millinin seçmə mərhələdəki antirekordudur. Ən pis halda 28 xal yığan komandamız Belçika ilə Bakıda imza atdığı həmin “rekord”dan 4 xal da uzaq düşüb.

Meydanda “səbət” olmayıb?
Belçikadakı qarşılaşmanın 3-cü periodu hücum baxımından daha acınacaqlı olub. Komandamız 10 dəqiqəyə cəmi 4 xal yığıb. Bu, ilk baxışdan elə təəssürat yaradır ki, millimiz üçün meydanda “səbət” olmayıb. Amma bu nəticə də mütləq antirekord yox, onun təkrarıdır. Komandamız Belçika ilə Bakıdakı görüşün 3-cü 10 dəqiqəsində də cəmi 4 xal yığıb.

Millimizin seçmə mərhələdəki oyunları
09.11.2023. Litva – Azərbaycan – 99:62 (22:18, 24:19, 30:11, 23:14)
12.11.2023. Azərbaycan – Belçika – 28:136 (6:25, 4:38, 6:39, 12:34)
07.11.2024. Polşa – Azərbaycan – 105:51 (32:16, 32:15, 20:10, 21:10)
10.11.2024. Azərbaycan – Litva – 47:108 (16:23, 13:30, 13:24, 5:31)
06.02.2025. Belçika – Azərbaycan – 97:24 (27:5, 25:7, 29:4, 16:8)

Eyni gündə
Azərbaycan millisi Belçika ilə görüşdə 24 xal yığmaqla AVRO-2025-in seçmə mərhələsinin də antirekorduna şərik çıxıb. Belə ki, heç bir komanda tsiklin matçlarından bundan az xal toplamayıb. Bizim milli kimi görüşü 24 xalla başa vuran İrlandiya maraqlı olub. Maraqlıdır ki, “eyni gündə” olan komandalar elə eyni gündə bu aqibətlə üzləşiblər. Ada təmsilçisi Fransa ilə səfər görüşündə 24:125 hesabı ilə uduzub.

“Beşlik”də
Seçmə mərhələyə qatılan 32 yığmadan 5-i qələbə qazanmayıb. Bu uğursuzlardan biri olan millimiz ən yaxşı halda Avstriya, İrlandiya, Şimali Makedoniya, Bosniya və Herseqovinaya baxıb təsəlli tapa bilər. Amma cəmi 212 xal toplayan və rəqiblərin 545 xalına üzülən komandamız bu göstəricilərdə seçmə mərhələnin ən zəifidir. Təbii ki, 333 xallıq mənfi saldo da ən aşağıdır. Hətta İrlandiya da bütün göstəricilərdə daha yaxşıdır. Adalılar 244 xallıq mənfi saldoya malikdir - 243-487.

Qeyd edək ki, yığmamız tsikldə son qarşılaşmasını fevralın 9-da Bakıda Polşaya qarşı keçirəcək.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 07 Fevral 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see765

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see504

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see298

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see286

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see273

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see268

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see267

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see265

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see248

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see237

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see225

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see223

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see222

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see220

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see216

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see216

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see215

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see206

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see198

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri