Icma.az
close
up
RU
Yük avtomobillərində arxa duman işığı dəb i: Hansı CƏRİMƏ GÖZLƏYİR?

Yük avtomobillərində arxa duman işığı dəb i: Hansı CƏRİMƏ GÖZLƏYİR?

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bəzi yük avtomobillərinin arxa hissəsinə quraşdırılan duman işıqları sürücülərin haqlı narazılığına səbəb olub.

Oxu.Az xəbər verir ki, sosial şəbəkədə bu narazılığı əks etdirən videogörüntü yayımlanıb.

Qeyd olunub ki, son vaxtlar bəzi yük maşınlarının sürücüləri tərəfindən quraşdırılan bu cür işıqlar qanunsuz olmaqla yanaşı, həm də arxadan gələn digər nəqliyyat vasitələrinin sürücüləri üçün real təhlükə yaradır.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında bu cür konstruksiya dəyişikliklərinin yolverilməz olduğunu bildirib.

O qeyd edib ki, qanunvericiliyin tələbinə əsasən, nəqliyyat vasitələrinin xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi onun konstruksiyasının tələblərinə uyğun olmalıdır:

"Hazırda sosial şəbəkə seqmentində paylaşılan videogörüntü ilə bağlı qeyd edim ki, orada yük avtomobilinin arxa hissəsində ağ rəngli işıq cihazının quraşdırılması kobud qayda pozuntusudur və əlavə avadanlıq hesab olunur. Bu cür hallar digər hərəkət iştirakçıları üçün ciddi çaşqınlıq yarada və ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər ki, bu da yolverilməzdir", - deyə M.Ağayev bildirib.

Polis polkovnik-leytenantı onu da diqqətə çatdırıb ki, bu cür konstruksiya dəyişikliyinə görə sürücülər 100 manat cərimə oluna bilərlər.

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 1 saylı Əlavəsinin tələbinə əsasən, geriyə hərəkət fənərləri və müəyyən işıqlarla işıqlandırılan dövlət qeydiyyat nişanları istisna olunmaqla, nəqliyyat vasitəsinin önünə qırmızı, arxasına isə ağ rəngli işıq cihazları qoşmaq olmaz. Nəqliyyat vasitəsinin işıq cihazlarında hər hansı nasazlıq varsa, o, mütləq aradan qaldırılmalıdır.

Qeyd edim ki, İnzibati Xətalar Məcəlləsinə (İXM) əsasən, nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün deyilsə, fiziki şəxslər nəqliyyat vasitəsinin idarəetməsindən kənarlaşdırılır və 150 manat məbləğində cərimə edilirlər.

Baş Dövlət Yol Polisi İdarəsi olaraq, bir daha bütün sürücüləri bu cür konstruksiya dəyişikliklərindən çəkinməyə çağırırıq", - deyə M.Ağayev vurğulayıb.

Əzizə İsmayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 Yanvar 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see280

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see278

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see272

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see237

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see224

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see138

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri