Icma.az
close
up
RU
Yollarda təhlükə yaradan velosipedçiləri hansı cərimə gözləyir?

Yollarda təhlükə yaradan velosipedçiləri hansı cərimə gözləyir?

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda bir sıra yollarda velosiped zolaqları çəkilib və çəkilməkdə davam edir. Lakin əfsuslar olsun ki, bir sıra hallarda velosipedçilərin zolaq olduğu halda zolaqdan istifadə etmədiyinin, ya avtomobil yolu, ya da piyadaların hərəkət etdiyi yoldan istifadə edərək, təhlükə yaratdığının şahidi oluruq.

Modern.az-ın məlumatına görə, məsələ ilə bağlı Trend-ə açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə rəisi Toğrul Nəsirli bildirib ki, velosipedçilərin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi, onların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisəsinin qarşısının alınması istiqamətində mütəmadi profilaktik tədbirlər həyata keçirilir.

“Buna baxmayaraq, bəzi velosiped sürücüləri qaydaları kobud şəkildə pozaraq, həm özlərinin, həm də digər nəqliyyat vasitəsi sürücülərinin həyatlarını təhlükə altına atırlar. Xüsusilə də velosiped zolağı olduğu tədqirdə, bəzən bu zolaqdan istifadə etmirlər ki, nəticədə xoşagəlməz hallar baş verir.

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə əsasən, velosiped yolu olduğu halda velosipedçinin başqa zolaqla hərəkət etməsi qadağandır.

Belə hallar aşkar ediləndə İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən, həmin sürücü üçün 40 manat məbləğində cərimə nəzərdə tutulub. Bütün bunları nəzərə alaraq, bu tip nəqliyyat vasitələrini idarə edən sürücülərdən yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etmələrini xahiş edirik”, - deyə T.Nəsirli əlavə edib.

Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov da bildirib ki, İnzibati Xətalar Məcəlləsində velosiped idarə edən şəxslər üçün cərimə nəzərdə tutulur.

“Əgər onlar piyadalara mane olarlarsa, 40 manat cərimə olunurlar. Əgər velosiped zolağı varsa, velosipedlər həmin zolaqla hərəkət etməlidirlər, zolaqdan kənarda digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə mane olmamalıdırlar.

Bu qaydaları pozanlar üçün qanunvericilikdə cərimələr nəzərdə tutulur. Velosiped sürücüləri də qaydalara riayət etməlidirlər”, - deyə o əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Noyabr 2024 00:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see633

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see329

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see320

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see320

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see312

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see297

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see289

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see283

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see276

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see273

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see253

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see253

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see251

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see246

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see243

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see236

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see233

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see216

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see214

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri