Icma.az
close
up
RU
Yük daşımalarında yeni marşrut Orta dəhliz niyə ön plandadır?

Yük daşımalarında yeni marşrut Orta dəhliz niyə ön plandadır?

Metbuat saytına istinadən Icma.az xəbər verir.

Son illərdə dünya üzrə baş verən geosiyasi gərginliklər, xüsusilə də Rusiya-Ukrayna müharibəsi beynəlxalq nəqliyyat sisteminə ciddi təsir göstərib.

Metbuat.az xəbər verir ki, münaqişə təkcə regional sabitliyi pozmayıb, həm də beynəlxalq yükdaşımaların marşrut seçimlərinə, daşınma xərclərinə və təhlükəsizlik məsələlərinə ciddi şəkildə təsir edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, Rusiya və Ukrayna arasında davam edən müharibə təhlükəsizlik risklərini artıraraq ənənəvi marşrutların təhlükəli və qeyri-stabil olmasına səbəb olub. Xüsusilə, Şimal nəqliyyat dəhlizi üzərindəki risklər nəticəsində yüklərin Orta dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) istiqamətinə yönləndirilməsi sürətlənib.

Orta dəhliz məsafə, təhlükəsizlik və vaxt baxımından bir sıra üstünlüklərə malik olsa da, hələlik Çin-Avropa ticarət dövriyyəsinin cəmi 4-6 faizini təşkil edir. Bununla yanaşı, Süveyş kanalı üzərindən daşınmalarda da 50 faizədək azalma müşahidə olunmuşdur. Münaqişə və digər geosiyasi faktorlar beynəlxalq daşımaların dəyərini artırmaqla yanaşı, qlobal tədarük zəncirini də sarsıdıb.

Hazırda Orta dəhliz, xüsusilə Çin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində strateji əhəmiyyət qazanmaqdadır. 2024-cü ildə bu dəhliz vasitəsilə 3.6 milyon ton yük və 50 min TEU konteyner daşınmış, ümumi buraxıcılıq qabiliyyəti isə 10 milyon ton təşkil edib. Növbəti mərhələdə bu göstəricinin 25 milyon ton yük və 200 min konteyner səviyyəsinə çatdırılması planlaşdırılır.

Beynəlxalq təşkilatlar, o cümlədən ADB, BMT-nin SPECA Proqramı, Türk Dövlətləri Təşkilatı və CAREC, bu dəhlizi strateji və perspektivli marşrut kimi tanıyır. Gözləntilərə görə, yaxın gələcəkdə Orta dəhliz üzrə yükdaşımaların payı 15-20 faizə qədər artacaq.

Daşımaların səmərəliliyini artırmaq üçün dəhlizlər üzrə vahid idarəetmə sistemi və bir operator modelinin tətbiqi zəruri sayılır. Bu, zaman itkilərinin qarşısını alaraq yük cəlbediciliyini artırır.

Xəzər və Qara dənizdə liman infrastrukturlarının və gəmiçilik xidmətlərinin inkişafı, limanların dəmir yolları ilə əlaqələrinin möhkəmləndirilməsi prioritet məsələlərdəndir.

Uzun məsafəli və iri həcmli yüklərin daşınması üçün dəmir yollarının modernləşdirilməsi və multimodal daşımaların inteqrasiyası vacibdir.

Qeyd olunur ki, nəqliyyat dəhlizləri boyunca xidmət təminatçıları arasında rəqəmsal platformalar üzərindən çevik informasiya mübadiləsi yaradılmalıdır. Bu, sənədləşmə proseslərini sürətləndirəcək və təkrarçılığın qarşısını alacaq.

Gülbəniz Hüseynli / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 10 İyul 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri