Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Milli maraqlar hər zaman ön plandadır

Milli maraqlar hər zaman ön plandadır

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dekabrın 25-də Bakı-Qroznı istiqaməti üzrə uçan AZAL təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyət üçün sarsıdıcı hadisə oldu. Qəzadan sonra Azərbaycan Prezidenti dərhal hadisəyə reaksiya göstərərək ciddi tədbirlər gördü və dövlətin mövqeyini açıq şəkildə ifadə etdi.Prezident İlham Əliyev hadisə barədə məlumat alan kimi uçuş istiqamətini dəyişərək Bakıya geri qayıtdı və operativ müşavirə keçirdi. Qəzadan sonra hökumət tərəfindən Dövlət Komissiyası yaradıldı və Azərbaycan nümayəndələri dərhal Aktauya ezam olundu. İlk növbədə qəzanın texniki aspektlərini araşdırmaq, sübutlar toplamaq və vəziyyətin tam mənzərəsini yaratmaq üçün foto və video materiallar əldə edildi.

Qəzaya ilkin olaraq təyyarənin xarici təsirə məruz qalması səbəb kimi göstərildi. Bu təsirlər, xüsusən də radioelektron müdaxilə və yerdən açılan atəşin nəticələri açıq-aşkar aviasiya qaydalarının pozulduğunu göstərir. Hadisənin Rusiya ərazisində baş verməsi və bəzi dairələrin təyyarənin vurulmasını ört-basdır etmə cəhdləri Azərbaycan tərəfinin qətiyyətli mövqeyini daha da gücləndirdi.
Azərbaycan tərəfi Dövlətlərarası Aviasiya Komitəsinin araşdırmada aparıcı rol oynamağına qarşı çıxaraq beynəlxalq ekspertlərdən ibarət qrupun yaradılmasını təmin etdi. Bu, obyektivliyin qorunması və nəticələrin şəffaf olması baxımından önəmli addım idi.
Dövlətimizin başçısı qəza zamanı həyatını itirən və xəsarət alan ekipaj üzvlərinin qəhrəmanlığını yüksək qiymətləndirdi. Onların peşəkarlığı və fədakarlığı nəticəsində qəzanın daha ağır fəsadları qarşısı alındı. Xüsusilə, ekipaj üzvlərinin sərnişinləri xilas etmək üçün göstərdiyi səylər Azərbaycanın aviasiya tarixində əsl qəhrəmanlıq nümunəsi kimi qiymətləndirildi.
Qazaxıstan xilasedicilərinin və tibbi personalının dərhal reaksiyası və yardımları Azərbaycan tərəfindən yüksək qiymətləndirildi. Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı zamanı bu yardımlara görə minnətdarlığını bildirdi və qəzanın araşdırılması prosesində hər iki ölkənin birgə əməkdaşlığının əhəmiyyətini vurğuladı. Bu hadisə Azərbaycan-Qazaxıstan dostluq münasibətlərinin sınaqdan çıxdığını və daha da möhkəmləndiyini bir daha təsdiq etdi.
Azərbaycan Rusiyadan hadisə ilə bağlı açıq və ədalətli mövqe gözlədiyini bəyan etdi. Cənab İlham Əliyev Azərbaycanın konkret tələblərini irəli sürdü: Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. Günahını etiraf etməlidir. Günahkarları cəzalandırmalı və təzminat ödəməlidir.
Bu tələblərin bəziləri artıq qəbul olunsa da, Azərbaycan tərəfi digər şərtlərin də yerinə yetirilməsində israrlıdır. Azərbaycan Prezidenti bu məsələdə qətiyyətli və prinsipial yanaşmasını açıq şəkildə ifadə edib.
Hadisədən sonra cənab İlham Əliyevin göstərişi ilə AZAL-ın Rusiyanın bəzi şəhərlərinə uçuşları dayandırıldı. Təhlükəsizlik məsələlərinin prioritet olduğunu vurğulayan dövlət rəhbərliyi, sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün bu qərarı qaçılmaz adlandırdı.
AZAL təyyarəsinin qəzaya uğraması beynəlxalq aviasiya və diplomatiya sahəsində ciddi müzakirələrə səbəb oldu. Hadisəyə Azərbaycanın qətiyyətli və ədalətli yanaşması bir daha göstərdi ki, milli maraqlar hər zaman ön plandadır. Prezident İlham Əliyevin bu məsələdə göstərdiyi prinsipial mövqe ölkənin təhlükəsizlik, obyektivlik və beynəlxalq hüquqa əsaslanan mövqeyini açıq şəkildə ortaya qoyur. Hadisənin tam araşdırılması və nəticələrin dəqiqləşdirilməsi istiqamətində işlər davam edir və Azərbaycan xalqı prosesin şəffaf şəkildə aparılmasını yaxından izləyir.

Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Yanvar 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see717

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see681

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see680

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see517

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see492

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see485

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see473

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see415

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see367

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see358

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see357

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see349

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see346

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see339

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see337

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see334

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see330

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see328

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see319

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see307
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri