Yüksək inflyasiya Rusiyada iqtisadi yenidənqurmaya mane olur
Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yüksək inflyasiya iqtisadiyyatın struktur baxımından yenidən qurulmasına və işçi qüvvəsinin daha səmərəli sektorlara köçürülməsinə mane olur.
AZƏRTAC xəbər verir ki, Rusiya Bankının sədri Elvira Nabiullina bu açıqlamanı Moskva Birjasının Birja Forumunda verib. O, işçi qüvvəsinin çatışmazlığı nəzərə alınmaqla, əmək resurslarının daha yüksək məhsuldarlığa malik sahələrə köçürülməsinin zəruriliyini vurğulayıb.
Rusiya maliyyə qurumunun rəhbəri, həmçinin inflyasiya ilə kredit əlçatanlığı arasında birbaşa əlaqəyə işarə edib. “Yüksək inflyasiya və orta faiz dərəcələri ilə kreditlərin əlçatanlığı olan ölkələr yoxdur. Bu səbəbdən yüksək inflyasiya hədəfinin daha aşağı faiz dərəcələrinə səbəb olacağına inanmaq sadəlövhlükdür, tamamilə əksinə olmalıdır”, -deyə Nabiullina qeyd edib.
Onun sözlərinə görə, Rusiya iqtisadiyyatı ilk dəfə işçi qüvvəsi çatışmazlığı ilə üzləşir. 2025-ci ilin əvvəlində təxminən 2 faiz işsizlik və 10 faizə qədər yüksələn inflyasiya isə iqtisadiyyatda isinmənin göstəricisidir. “Bu, hakimiyyət və biznes üçün yeni bir reallıqdır”, - deyə Rusiya Bankının sədri qeyd edib. O əlavə edib ki, xarici şəraitin pisləşməsi faktiki olaraq daimi xarakter daşıyır.
Eyni zamanda, Nabiullina 2026-cı ilin əvvəlində nəyin bahasına olursa olsun 4 faizlik inflyasiyaya nail olmağın vacib olduğunu düşünmür, çünki onun 4,5-5,5 faiz proqnozu ilin əvvəlində müvəqqəti qiymət artımını da nəzərə alır.
Baxış sayı:105
Bu xəbər 16 Aprel 2026 15:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















